Beşinci fəsil

380 50 16
                                    

Mən müdürümü Elşənin atacağı güllənin trayektoriyasından çəkmək üçün onun üstünə tullandım.

İndi bir dəqiqə dayanaq. Heç maraqlanmırsınızmı ki, bu Elşən kimdir? Bu rəssam, biznesmen, dəli - dahi kimdir? Böyük ehtimalla maraqlanırsınız. Və mən də rəhmdil bir yazıçı kimi sizin suallarınıza cavab verəcəm.
Elşən İsgəndərov sizin də bildiyiniz kimi uşaqlıqda bizim məhlədə qalırdı. Nə vaxt doğulduğunu bilmirəm.Çünki heç vaxt soruşmamışdım. Bunun da səbəbi eqom idi. Onu heç vaxt təbrik eləmək istəmirdim. Axı məni də heç vaxt təbrik eləməyiblər. Məgər təkcə mənmi bu hörmətsizliyi görməliydim?

Psixologiyada buna bumeranq effekti və ya effectos bumeranqa deyirlər. Hər bir insan cəmiyyətə o cür münasibət bəsləyir ki, hansı ki, onun özünə də o cür münasibət göstərirlər. Başqa cür desək hər bir insan cəmiyyətdən aldığı münasibəti bumeranq effekti ilə cəmiyyətə qaytarır. Yəni ki, bir insan bu gündən sonra nə vaxtsa sizə bir pislik eləsə bilin ki, onun özünə də nə vaxtsa o pislik edilib.

Bəs yaxşı siz heç bilirsinizmi ki, bir uşağın ad gününü təbrik eləməmək ona necə əzab verir. Mən bilirəm. Burda söhbət heç də ad gününü unutmaqdan getmir. Burda bilə bilə ki, sənin ad günündür təbrik eləməməkdən gedir. Mən illərlə bir təbrik almadan böyüdüm. Uşaqlığım başqa uşaqların hədiyyə almasını gördükdən sonra qaranlıq otağımda ağlamaqlarımla keçirdi. Onların sahib olduqlarını məndə arzulayırdım. Və arada pul yığıb özümə nəsə alırdım. Həmin aldıqlarımı valideynlərimdən gizlətsəmdə nə vaxtsa üstü açılır və həmin günün səhəri mən axsaya - axsaya gəzirdim. Həm də ac olurdum. Çünki mən onların sevimli övladlarını öldürmüşdüm.

Hesab edirəm sizi ağlada bildim. İndi isə qayıdaq Elşənin hekayəsinə. Biz Elşənlə heç vaxt oyun oynamazdıq. Həmişə bir kənarda oturub söhbət edərdik. Biz dərddən və gələcəkdən danışardıq.Digər yandan da özünün götürülmə uşaq olduğu ilə bağlı şübhələri də vardı. Dediyinə görə bir dəfə anası ilə xalası buna bənzər nəsə danışarkən eşidibmiş. Xalasının daima diqqətinə rəğmən ikinci uşaq olandan sonra valideynlərinin Elşənə qarşı olan laqeydliyi onun bu şübhələrinə təkan verirdi. Uşaqlıqdan payızı sevirdi. Və tez tez anasını onu payızda doğmadığına görə günahlandırırdı. Hələ uşaqlıqdan diqqətimi çəkən bir xüsusiyyəti var idi Elşənin. Yaslarda həmişə gülürdü. Qonşuda kimsə öləndə hamımız ora gedirdik. Elşənin üzündə elə ifadə olardı ki, sanki xeyirli bir məclisə gəlib. Bir dəfə bunun səbəbini ondan soruşanda demişdi ki, niyə də olmasın. Mən onun adına sevinirəm. O burdan daha yaxşı yerə gedib axı.

Elşəndə nəyinsə çatışmadığı dəqiq idi.

Və bir həqiqət də var idi ki, Elşəngil çox kasıb idilər.

Elşəni arada oğrun oğrun zibil qablarını eşələyərkən görürdüm. Ailəm məni ac saxlayanda mən Elşənin zibil qablarından çıxartdığı kirli çörəkləri ağzına tıxadığına baxır və az da olsa təskinlik tapırdım. Deməli o da mənim kimi acdır.

Bir müddət sonra Elşəngil bizim məhlədən köçdülər. Elşənin özünün danışdığına görə getdiyi yerdə və məktəbdə hamı ona zibillik qurdu deyir və valideynlər uşaqlarına bərk bərk tapşırırdılar ki, Elşəndən uzaq dursunlar. Amma onlar həddindən daha çox Elşənə yaxınlaşırdılar. Elşən də mənim kimi təpiklərin arasında çox qalıb. Evə hər gün ağzı - burnu qan içində gəlsə də valideynləri heç bir şey eləmir və əksinə dava elədiyinə görə Elşəni danlayırdılar.
- Təmiz avara olmusan sən. Hər gün dava edirsən.
- Mən heç nə eləmirəm. Onlar durduq yerdə mənim üstümə tökülürlər.
- İndi sən nə demək istəyirsən. Biz məktəbə gedib şikayət edək? Başa düş. Onların ataları güclü və pullu adamlardı. Duran yerdə başımıza iş açarıq.

Həqiqət bu idi ki, Elşəngil çox kasıb idilər.

Elşənin kədərli anlarından biridə onun son zəng tədbiri ilə bağlıdır. Əvvəlcədən gedən danışıqlara görə hər kəs eyni paltarda olmalı idi. Amma Elşənin ailəsinin bu paltarı tikdirməyə pulu yox idi. Elşən bir ay işləyib yığdığı pulla özünə paltar alır və həvəslə tədbirə gedir. Amma əvvəlcədən bəzilərinin tapşırığına əsasən Elşəni qapıçı məktəbə buraxmır. Elşən nə qədər yalvar yaxar etsədə axırda bir neçə qolu zorbalının zərbələri ilə çıxıb evə gəlir. Anası bu illər ərzində məktəbdə dost tapmadığına görə onu danlasa da, xalası oğlanı qucaqlayıb ona " bir gün hamıya kim olduğunu sübut edəcəksən " deyir.

Həqiqət bu idi ki, xalası heç vaxt ərə getməmiş və heç vaxt ana olmamışdı. Və bu Elşən üçün avantaj idi.

Daha sonra Elşən əsgərlik xidmətinə gedir. Və burada həyatının aforizmini öyrənir.

Həyatla ölüm arasında məsafə həmişə qısa olub.

Dediyinə görə əsgərlikdən ona qalan ancaq bu aforizm olur. Amma bu dövrdə Elşən əsl kişi kimi yetişir və əzilmiş böyrəklə evə qayıdır. Lap uşaqlıqdan özündə rəssamlığı və heykəltəraşlığı kəşf etdiyindən bu işə ciddi yanaşır. Bir neçə il ərzində uğurlu fəaliyyətdən sonra sərgi açmaq qərarına gəlir.

Çünki həqiqət bu idi ki, Elşənin pulu həqiqətən çox idi.

Və məhz həmin vaxt yadına mən düşürəm.

Mənim qaranlıq dünyamHikayelerin yaşadığı yer. Şimdi keşfedin