Nyu Cersinin gözəl küçələri ilə gəzir və düşdüyüm çıxılmaz vəziyyətdən çıxış yolu axtarırdım. Bilirsinizmi Amerika heç də filmlərdə gördüyümüzə bənzəmir. Buranın da hay - küylü əhalisi var və qələbəlik küçədə yerimək heç də hollywoodda olduğu kimi karizmatik olmur. Başa düşə bilmirdim bir yandan da. Belə böyük şəhərdə mən neyləyəcəkdim və hara gedəcəkdim. Otelə qayıtmaq qərarına gəlsəm də orda məni daha bir sürpriz gözləyirdi. Mən piştaxtaya yanaşıb key deyərək açarı almağa çalışırdım. Bu söz yaddaşımda kompyuter oyunlarının açılmayan levellərindən qalmışdı. Yenə bu gülərüz oğlan mənə nəsə izah etməyə çalışırdı. Mən heç nə başa düşməsəm də diqqətimi toplayır qulaq asırdım. Əlbəttə o mənə bəzi tanış sözləri söyləyirdi. Amma elə danışırdı ki, nə dediyini anlamaq qeyri mümkün idi. Nəhayət o əliylə dəftərindəki tarixləri göstərəndə mənə bəlli oldu ki, bu oteldə qalma müddətim bu gün sona yetib. Pulumun ödəndiyini ümid edərək qapıya tərəf addımladım. Qarşımı heç kim kəsməməyindən dolayı qətiləşdirdim ki, Elşən dəlisi mənim bu oteldəki sərfiyyatımı qarşılayıb. Bildiyim bütün söyüşləri Elşənə yağdıraraq oteli tərk etdim. Küçə boyu əllərim cibimdə gəzirdim. Mənə elə gəlirdi ki, oteldən o qədər də çox uzaqlaşmamışam. Amma bir saat sonra başa düşdüm ki, artıq istəsəm də otel tərəfə qayıda bilmərəm. Amerika küçələrində avaralanmaq çox qəribə hiss idi. Filmlərdəki küçələrdə qəmli gəzən qəhrəmanlar adətən problemlərinin həllini tapırlar. Amma mən ümumiyyətlə bilmirdim hansı problemimin həllini axtarım.
Böyük ehtimalla hər biriniz hansısa problemi düşünərkən qulaqcıqdakı qəmli musiqinin sədaları ilə küçədə gəzişmisiniz. Külək sizin saçlarınızla rəqs edərkən siz bundan həzz alırsınız. Çünki kinolarda belə görmüsünüz elə deyilmi? Sizi belə şeylərə vadar edən tamamlanmamış geştaldır.
Geştaldın nə olduğunu bilirsinizmi? Mən bilirəm. Hər bir insanın şəxsiyyətində tamamlanmamış nələrsə olur. Bu hər birinizdə hər birimizdə var. Hər insanın geştaldı müəyyən mənada tamamlanmayıb. Məsələn götürək çox dava edən bir yeniyetmə oğlan. O bilirsinizmi niyə çox dava edir? Çünki o əslində davadan çox qorxur. Onun geştaldındakı oğlan obrazı isə davadan qorxmamaq üzrə yetişib. O da geştaldını tamamlamaq üçün dava edir. Qızlar niyə bu qədər özlərinə əl gəzdirirlər evdən çıxarkən. Çünki filmlərdə gördükləri cazibədar qadınlar onların şüuraltısında qadın obrazını bu cür formalaşdırıblar. Və geştald necəsə tamamlanmalıdır. Əks halda nevrozdan şizofreniyaya qədər xəstəliklər üzə çıxa bilər.
Gecə düşdükcə və qaranlıq dərəcəsi çoxaldıqca məndəki diskomfortluq hissi də çoxalırdı. Çünki küçələrdə avaraların da sayı artırdı. Saat 12 də artıq mən kifayət qədər təhlükəli zonada idim. Evlərin birinin baxçasına girib həyatində uzandım. Bu o qədər də çətin deyildi. Çünki Amerikada evlərin həyəti bizdə olduğu kimi hasarla əhatəyə alınmır. Bütün mühafizə evlərin içini qorumağa ayrılır. Həyətdə yuxuya necə getdiyimi heç anlamadım. O vaxt ayıldım ki, kimsə çiynimdən astaca vuraraq məni yuxudan oyandırdı. Mən gözlərimi açanda mənə doğru əyilmiş, xalis amerikan cizgilərinə məxsus qoca kişini gördüm. O mənə ingiliscə nəsə deyirdi. Mən ona sınıq salxaq ingilis dilində" I dont know English" deyəndən sonra o rusca danışmağa başladı. Bu dəfə mən ona " ya niznayu ruskiy yazık " dedim və o güldü. Daha sonrakı kəlmələri məni təəccübləndirdi. O dedi :
- Türkcə biliyormusun?Şok keçirdim və sıçrayaraq ayağa qalxdım. Ona bu dili bildiyimi və özümün də azəri türkü olduğumu söylədim. O Azərbaycan dövlətini tanımasada türk olduğumu anlayandan sonra məni evinə dəvət etdi. Onun mətbəxində oturub pizza yeyərkən hekayəmi danışaraq, dostumun zarafatı ilə öz ölkəmdə yatıb burda oyandığımı dedim. Amerikan empatiyasının qanına hopdurduğu mehribanlıqla kişi bir neçə il işi ilə bağlı Türkiyədə yaşadığını dedi. Türkcəni də orda öyrənibmiş. Sonra əlavə etdi ki, bəxtim gətirib ki, məni o tapıb. Yoxsa bu küçələrdə bu vəziyyətdə ölə bilərəmmiş. Adının nə olduğunu soruşanda Ted deyə cavab verdi. Ted bu evdə tək yaşayırmış. Uşaqları İngiltərədə oxuyurmuş. Xanımını isə bir il əvvəl avtomobil qəzasında itirib.
Ted mənə yatmağa otaq verəndən və səmimi minnətdarlığımı eşidəndən sonra öz otağına çəkildi.
Səhər gözlərimi açanda ilk dəfə Tanrıya şükr elədim. Deməli o məni sevirmiş. Bəlkə də təzə təzə sevməyə başlayıb.
Tedlə qaldığım bir həftə boyunca ingilis dilini kifayət qədər yaxşı öyrəndim. Hətta o məni yaxınlıqdakı idarədə poçtalyon işinə düzəltdi. Mən artıq öz pulumu qazanır və Tedə yük olmurdum. Ted mənə deyirdi ki, mənim varlığımdan məmnundur. Bu evdə tək yaşamağa heç cürə öyrəşə bilmirmiş. Biz onunla əslində çox yaxşı anlaşırdıq. O vaxta qədər ki, xanımı tərəfindən ona hədiyyə olunmuş qızıl saatını itirdi. O məni günahlandırır və ov tüfəngini mənə tuşlayaraq saatı tələb edirdi. Mən heç nə bilmədiyimi desəm də mənə inanmırdı. Mən heç nəyin xeyri olmayacağını düşündüm. Tullanaraq tüfəngi onun əlindən almağa çalışdım. Biz bir birimizə sarılaraq yerə yıxıldıq. Və nə oldusa onda oldu. Atəş. Tedin sinəsində yumruq boyda qırmızı ləkə yarandı. Mən tez mətbəxə qaçıb ağ dəsmal gətirdim. Onu Tedin yarasına basacaqdım, amma Ted artıq ölmüşdü. Və mən təəssüf ki zamanı necə dala qaytarmaq lazımdır bilmirdim. Elə oradaca oturub ağlamağa başladım. Yenə hər şeyi unudaraq öz qaranlıq dünyama çəkilmişdim. Polis sirenalarının səsi məni xəyal yuxusundan oyatdı. Böyük ehtimalla qonşulardan kimsə polis çağırmışdı. Amerikada bu adi hal idi. Burda yaşadığım vaxt ərzində qabaqda qanunları pozaraq gedən maşının nömrəsini adi piyadanın götürüb polis verməsi hallarını çox gördüm. Bir dəfə qonşularımızdan biri digər qonşusunu öz doğma uşağını döydüyünə görə polisə vermişdi. Məsələ burasında idi ki Amerikada bu bizdəki kimi xəbərçilik hesab olunmur. Əksinə onlar bunu Amerika dövləti üçün etdiklərinə inanır və bununla fəxr edirlər.Polis qapını qıraraq içəri girdi. Bundan əvvəl bir neçə xəbərdarlıq eləsə də mən nəinki səsimi hətta nəfəsimi belə çıxarmamışdım. Üç zabit tapançalarını mənə tərəf tuşlayaraq dayanmışdılar.
- Astaca ayağa qalx. - Onlardan biri qışqırdı. Artıq mən ingiliscəni başa düşürdüm. - Nəsə səhv etsən atəş açacağıq.Amerika polisləri həqiqətən də çox qəddar olurlar. Bir dəfə gözümün qarşısında yol polisinin saxladığı maşının sürücüsü əllərini sükanın üstünə qoymadığı üçün xəbərdarlıq edilmədən başından dubinka zərbəsi almışdı. Sonradan öyrəndim ki, Amerikada belə bir qayda var ki, yol polisi sizi saxlayarsa və əlləriniz sükanın üzərində olmadan danışsanız dubinka kəllənizə gəlməlidir.
Ona görə səhv etməməyə çalışaraq ayağa qalxdım. Polislər yavaş-yavaş mənə yaxınlaşdılar. Sonra qəfil hərəkətlə qolumu burub məni yerə yatırdılar. Daha sonra qonşular polislərin mənim başımdan basaraq maşına oturduqlarını seyr etdilər.
Mən həyatımda ikinci cinayəti belə işlədim. Bu dəfə türmə qaçılmaz idi.
ESTÁS LEYENDO
Mənim qaranlıq dünyam
Misterio / SuspensoBu roman hər kəs üçün deyil. Herman Hessenin diliylə desək "yalnız dəlilər üçün". Və bu həmdə sizin hekayənizdir. Çünki sizin hər birinizdə mən varam. Siz hər güzgüyə baxanda məni görürsünüz.