Epiloq

425 50 92
                                    

Bilmirəm bu hissəni epiloq adlandırmaq nə qədər düzgündür. Nəticədə əsər bitib. Amma epiloq əgər sondursa bu da mənim son sözlərimdi. Biz Vüsalın öldüyünümü, yoxsa şizofren olduğunumu, yaxud gördüklərinin yuxu olduğunumu bilmədik. Seçimi sizin öhdənizə buraxdım. Çünki hər birinizin içində bir qaranlıq dünya yatır. Və öz dünyanıza aid qərar vermək sizin öz əlinizdədir. Üç il əvvəl yazmağa başladığım bu roman müəyyən səbəblərə görə gec yəni bu gün bitdi. Bəlkə də burda susmağım daha məsləhətlidir. Amma hər zaman məsləhətləri ciddiyə almaq kimi bir məcburiyyətimiz yoxdur elə deyilmi?  Sizlərlə bəzi şeyləri bölüşmək istəyirəm.

Üç il əvvəl həyatımda birdən birə hər şey pis getməyə başladı. Daimi uğursuzluqlar və konfliktli münasibətlər məni durmadan izləyir və yaşamımı alt üst edirdi. Ən sonunda elə bir şey oldu ki, hansıki mənim yaşamaq eşqimi tamamilə əlimdən aldı. Artıq həyata bundan sonra necə davam edəcəyimi bilmirdim. Hər şey bitmiş və suya düşmüşdü. Günlərlə otağımdan çıxmır və ağlayırdım. Gecələr yuxum qaçır, məndə sadəcə çarpayıda uzanıb tavanı seyr edirdim. Nə kitab oxumağa həvəsim qalmışdı, nə bir sətir yazmağa. Musiqi dinləmək belə məni təskin etmirdi. Bu depressiya deyildi. Real həyati şərait idi. Köhnə maqnitofonlarda mahnı bitəndən sonra bir neçə dəqiqə kaset lenti boş boşuna fırladır. Mənim vəziyyətim eyni ilə buna bənzəyirdi. Mənasız və boş. Həyatımı yaşayıb qurtarmışdım və geri qalan illəri nəylə dolduracağımı bilmirdim. Otağımın bir küncündə oturub gözlərimi məchul nöqtəyə dikib baxdığım belə günlərin birində ağlıma bir ideya gəldi. Əlçatmaz və gözəl bir xəyal kimi. Əvvəlcə bu xəyalın əlçatmaz olduğunu fikirləşəndə tüklərim ürpəndi. Yenidən xəyal uçurumuna yuvarlanmaq istəmirdim. Amma bu mənim yaşama məqsədim ola bilərdi. Yenidən başlaya bilərdim. İtirdiklərimi geri qaytara bilərdim. Və ayağa qalxdım. Məqsədimə çatmaq üçün kitablar oxumağa başladım. Özümü inkişaf elətdirirdim. Əgər tutduğum yolun bütün şərtlərinə əməl etsəydim istədiyimə çatardım. Mən çalışdıqca sanki Tanrı da qarşıma daha çox imkanlar çıxarır və qapıları açırdı. İndi həmin vaxtdan üç il keçir. Üç il ərzində inanılmaz uğurlar qazandım, hansıki əvvəllər bunları xəyal eləmək üçün belə cəsarətim olmazdı. İndi düşündüyümdən daha çox irəli gedə bilmişəm. Və artıq bir şeyə əminəm. 30 yaşım olanda məqsədimə tam nail olmuş olacam. Yəni 12 il sonra.

İndi sizə bu romandan bir parçanı xatırlatmaq istəyirəm.

" Bunun artıq bir mənası yoxdur. Mən ölmüşəm "

- Doğru deyirsən. Sən ölmüsən. Və sənin öz gücünü dərk etməyinin bir mənası yoxdur sənin üçün. Amma digərləri üçün var.

- Hansı digərləri üçün?

- Sənin həyatınla tanış olan insanlar üçün. Onlar artıq bir insanın nəyə qadir olduğunu bilirlər.

Artıq anlayırsınız Elşən nə demək istəyirdi. Əziz oxucular bu roman sizin üçün yazıldı. Qarşınızda uzun bir həyat var. Və onunla nə etmək lazım olduğunu artıq bilirsiniz.

Mənim qaranlıq dünyamTempat cerita menjadi hidup. Temukan sekarang