Xatırlatma

253 34 11
                                    

Əziz oxucular. Sizinlə həmsöhbət olduğum bu aylar ərzində siz sonu müəmma olan sıradan bir roman oxuduğunuzu düşünürdünüz. Amma mənim tərəfimdən baxarkən hər şey fərqli görünür. Mənim üç illik zəhmətimin məhsulu idi bu roman. Neçə insanla olan söhbətlərimin, onların kədərli taleyini dinləyərkən həqiqətən də ağrıyan ürəyimin, psixologiyanı öyrənmək üçün gecələr yatmayıb oxuduğum kitabların məhsulu idi bu roman. Gələk indi sonunun müəmma olan hissəsinə. Əsərdə zamanla buraxdığım ipuçlarını yaxalaya bilsəydiniz bəlkə də sonunu müəyyən edə bilərdiniz. Amma boş verin. Elə olsa həyəcanı qalmazdı elə deyilmi? İndiysə növbəti fəsilə keçmədən öncə kiçik bir xatırlatma etmək istəyirəm.

Xatırlatma.

Boşluqda dayanmışdım. Və niyə görəsə içimdə elə bir hiss vardı ki, sanki qarşımda görünməz tanrının özü dayanıb.
- Mən düzmü edirəm Allahım? Yəni elədiklərimdən razısan mı?
- Bu sualın cavabını vermək üçün hələ çox tezdir. Yaşa və nəticəni gör. - Boşluğa səslənsəm də beynimin içində bir səs yanğılandı.

**********************************

Yarım saat sonra maşınıma oturub sərginin ünvanını tutdum. Çünki yata bilməmişdim. Elə bil sərgiyə getməməklə kainatın nizamını pozurdum. Sanki alın yazımı dəyişdirirdim. Elə bil bir kompyuter oyunun içindəydim və sərgiyə getmək adlı missiyanı yerinə yetirməsəm hər şey çox fərqli olardı.

***********************************

....Amma bir gecə heç cürə yata bilmədim. Mənim üçün çətin idi. Bütün şəhər yatmasına rəğmən mən eyvanda oturub bütün dünyaya lənət oxuyurdum. Onda yadıma Elşən düşdü. Bəlkə ona zəng vurum. Amma yox. Bu düz olmazdı. Gecənin bir yarısı kimisə narahat etmək sadəcə olaraq alçaqlıq idi. Amma məgər təkcə mənmi narahat olmalıyam. Qoy cəhənnəmə özümlə birlikdə kimisə də aparım. İnsan özü ilə bərabər kiminsə də əzab çəkdiyini görəndə yüngüllük və təskinlik tapır. Mənimlə birgə başqaları da əzab çəkməyə layiqdir. Buna sadəcə məhkumdur. Xüsusilə də mənim kimi dünyaya nifrət edən birinin gözündən baxdıqda. İndividuallığın və insan eqosunun son həddi. Telefon zəngi məni fikirdən ayırdı. Dəstəyi qulağıma qoyduqda Elşənin səsini eşitdim.
- Vüsal bağışla narahat edirəm. Amma mənim yuxum qaçıb. Yata bilmirəm. Bəlkə görüşək.

Yerimdə donub qaldım. Bu karmadı.

*******************************

Elşənin digər yandan da özünün götürülmə uşaq olduğu ilə bağlı şübhələri də vardı. Dediyinə görə bir dəfə anası ilə xalası buna bənzər nəsə danışarkən eşidibmiş. Xalasının daima diqqətinə rəğmən ikinci uşaq olandan sonra valideynlərinin Elşənə qarşı olan diqqətləri azalmışdır.

Həqiqət bu idi ki, xalası heç vaxt evlənməmiş və heç vaxt uşağı olmamışdır. Bu Elşən üçün bir avantaj idi.

*****************************

- Vüsal dur. Evin yanır.

Bilmirəm niyəsə görə ağlıma Elşən gəldi.
" Elşən evimi yandırıb "

*****************************

Bir saatlıq döyülmədən sonra qardaşlarının və atasının iştirakı ilə Səbinə evdən qovuldu. O çəmadanını yığıb yağışlı küçənin çarəsizliyinə atıldı.

******************************

Səbinənin həyat hekayəsini dinlədikcə onunla aramızda daha çox oxşarlığın olduğunu aşkar eləyirdim. İkimiz də valideynlərimizin əlindən o ki var çəkmişdik. Və bir - birimizin halından da xəbərimiz var idi.

*******************************

Səbinə soruşdu :
- Sən indi uzun müddətdir ki, valideynlərini görmürsən?
- Məsələ burasındadır ki, onlar mənim həqiqi valideynlərim deyillər. Ordan - burdan eşitdiyimə görə mən anamın bacısının oğluymuşam. Əsl anam mən doğularkən ölüb. Anamın bacısı da mənə baxmağa məcbur olsa da həmişə sevimli bacısını öldürdüyüm üçün mənə nifrət edib. Bu nifrət tədricən ərinə də sirayət edir. Hələ bir sevimli oğullarını da öldürdükdən sonra mənə qarşı ümumiyyətlə düşmən kəsilirlər.

*******************************

Qardaşım vəziyyətdən şad olmuş halda mənə baxırdı. Və o zaman mən şeytanı gördüm. O mənə pıçıldayırdı.
Mən şeytanın ən yaxın dostuyam.
İrəli getməyimi və onu eyvandan itələməyimi yadıma salanda tüklərim biz biz olur.

*********************************

Əslində hər şey yolunda gedirdi. Amma içimdəki pis hisdən qurtula bilmirdim. Nəsə çatışmırdı. Ya da hər şey ola bildiyindən daha artıq idi. Bu intuisiyası kimi idi. Həm də qadınlarda olduğu kimi güclü intuisiya.

*********************************

Səbinənin ölümündən sonra mən yoxluq dünyasına düşmüşdüm. Səhəri gün qapımda polis göründü. Onlar məni aparmağa gəlmişdilər.

*********************************

Bilmirəm niyəsə görə içimdə dəqiq əminlik var idi ki, Səbinə özünü öldürməyib. Səbinəni kimsə damdan atmışdı.

***********************************

Tapança Elşənin əlində peyda olanda mən hələdə xilas olacağıma inanırdım. Ancaq alnımı dələrək beynimə girən güllə düşüncələrimə son verdi.

*********************************

.... Havasızlığın və torpaq ətrinin hissi ilə oyandım......... Məni basdırmışdılar.

********************************

- Deyəsən çox bərk yatmışdın - Elşən mənim oyandığımı görəndə gülümsəyərək dedi.

O belə deyirdi. Amma mən bir şeyə əmin idim. Bu yuxu deyildi.

*********************************

Bu dəfə mən ona " ya niznayu ruskiy yazık " dedim. O bir az susdu sonra mənə baxıb dedi :
- Türkcə biliyormusun?

*********************************

- Yadına sal Vüsal. Elşəni kim yetişdirirdi?
- Onun xalası.
- Səni yetişdirən qadın əslində sənin nəyin olur?
- Xalam.

***********************************

- Elşən, özün və Səbinə.... Hər üçünüzün valideynlər cəhətdən bəxti gətirməyib.

**********************************

- Qardaşın necə ölmüşdü? Binadan düşmüşdü. Səbinə necə öldü?

Həqiqətən də yadıma düşürdü. Səbinə mənim evlənmə təklifimi qəbul etməyib otaqdan çıxdı. Mən onun dalınca düşərək dama qədər qalxdım. Arxamca Elşən də gəlirdi. Mən Səbinəyə onu necə sevdiyimi deyirdim. Onunla evlənmək istədiyimi deyəndə şillə yedim. Hirsim gözümə vurdu. Mən onun üzündə şeytanı gördüm. Onu itələməyimi yadıma saldım. Səbinəni mən öldürdüm.

******************************

- Vüsal başa düşmürsən? Səni xilas eləməyin tək yolu bu idi.
- Onlar məni öldürə bilərdilər.
- Hər şey nəzarətim altında idi.

Elşənin bunu deyərkən nəyi nəzərdə tutduğunu heç vaxt bilmədim. Amma bu şüuraltımın bir parçası kimi məni sakitləşdirməyə kifayət etdi.

Mənim qaranlıq dünyamDonde viven las historias. Descúbrelo ahora