İyirmi dördüncü fəsil

339 43 41
                                    

Səmada dayanmışdım. Və niyə görəsə içimdə elə bir hiss vardı ki, sanki qarşımda görünməz tanrının özü dayanıb.
- Mən düzmü edirəm Allahım?  Yəni elədiklərimdən razısan mı?
- Həyat sənindir - beynimin içində bir səs yanğılandı - bu sənin ikinci şansındır. Artıq onunla nə etmək lazım olduğunu sən bilirsən. Həqiqəti axtararaq tapanların inamı, gerçəkliyin olduğuna kor - koranə insanların inancından daha möhkəm olur. Sən şanslısan ki, bu lütfə nail olmusan.

Mən yenə nəsə soruşmaq istədim. Amma uzaqdan gələn zəng səsi məni bu hüzurdan duman kimi yox etdirirdi. Mən aşağı düşməyə başladım. Bir an içində hər şey yoxa çıxırdı. Sonra qaranlıq çökdü. Bu mənim qaranlığım idi. Ya da mən sadəcə göz qapaqlarımı içdən görürdüm.
Gözlərimi açdım. Yatağımda idim. Gözlərimi fırladır və ətraf mühiti incələyirdim. Bura mənim evim idi. Digər otaqda telefon zəng çalır və öz zırıltısı ilə olub qalan yuxumu da əlimdən alırdı.

Hər şey necə başlayırsa eləcə də bitir. Bizdə burdan başlamışdıq elə deyilmi?  Xatırlayırsınız. Yuxudan məni Elşənin zəngi oyatmışdı. Sonra mən sərgiyə getdim. Elşənli macəralarım belə başladı.  Sonra mən Səbinəylə tanış oldum və onu sevdim. Ən axırda isə məlum oldu ki, sən demə mən şizofrenəm. Bu absurd idi. Çünki hər şeyi mən yuxuda görmüşəm. Budur indi öz evimdə və öz yatağımda uzanmışam. Bunların heç biri olmayıb. Sadəcə indi də çalmaqda olan telefon zəngi mən yuxuda olarkən beynimə çatıb və bu lənət zəngin üzündən bu qədər qarmaqarışıq yuxunu görmüşəm. Əslində bütün hekayəni bir neçə saniyə ərzində mən yuxuda görmüşdüm.

Yuxu zamanı beyin bütün aktivliyi ilə işlədiyindən illərlə sürən yuxu hekayəmiz bir neçə saniyənin içində baş verə bilir. Əslində adicə bu faktın özü kainatda zaman və məkan mövhumlarının olmadığını sübut edir. Zaman yoxdur və o bizim beynimizdə yaranır. Məsələn beynimiz indi olduğundan daha sürətli işləsə onda zaman daha sürətli hərəkət edər və bir neçə illik işlər bir neçə saniyənin ərzində baş verər.

İndi gələk səhər - səhər zırıldayıb məni yuxudan oyadan telefon zənginə. Şübhə eləmirdim ki, bu mənim müdirimdir. Onda inkişaf eləmiş mədəniyyət imkan verirdi ki, səhər səhər zəng edib ya məni dünənki işimə görə danlasın ya da bazar günü belə olsa məni işə çağırsın.

Hər şey bir qırağa məni bu maraqlı yuxudan oyatdığı üçün bu dəqiqə içimdən gələn bütün söyüşlərə layiqdir. Düşünsənizə mənim bu yuxuma bir roman yazmaq hətta bir film çəkmək belə olar. Hətta bir az da özümü sıxsam teleserial yaratmaq belə olar.

Telefonun durmadan çalan zəngi isə artıq mənim əsəblərimi pozurdu. Əslində asanca buna son vermək olardı. Sadəcə yerimdən qalxar, dəstəyi götürər və məni səhər yuxumdan oyadan bu it oğlu itin üzünə söyə bilərdim. Yuxumda Elşənin mənə öyrətdiyi cəsarətli davranışın qalıqları hələ də qanımda qalırdı. Sadəcə bu yuxunun təsiri ilə belə zəng edən müdirim olsa belə onun cavabını verə bilərdim. Bu yuxu mənim beynimdə yeni ideyalar doğurmuşdu. Hətta bir anlıq işdən çıxıb özümə kitabxana açmağı düşündüm.

İş deyəndə ciddi bir şey başa düşməyin. Mən səhərdən axşama qədər otağım hesab elədiyim tövlədə oturur və idarənin anbarı ilə bağlı hesabatlar hazırlayıb müdürümə təhvil verirəm. Səhvlərim və qaralamalarımla yazıq kişini təmiz boğaza yığmışam. Amma çox vaxt bunu qəsdən edirəm. Çünki o demək olar ki hər ay öz piyini daha da artırmaq üçün bizim maaşımızdan kəsir.

Yuxumda Elşən qeyri-adi bir metodla mənim canımı bu işdən qurtarmışdı. Yadıma Elşən düşmüşkən onun indi harda olduğunu belə bilmirəm. Onu axırıncı dəfə görəndə o hələ də " zibillik qurdu " idi. Hər halda uşaqlar ona belə deyirdilər. İndi bəlkə də o bu dünyada deyil. Küçələrin birində illər əvvəl ölüb bəlkə də. Yaşayışı elə idi ki, əgər ölümünü eşitsəydim heç də təəccüblənməzdim. Və əmin idim ki, o indi milyonçu deyil. Təbii ki, də heç bir vaxt da ola bilməyəcək. Bu çox açıq idi. Rəssamlıq qabiliyyəti də heç vaxt olmayıb Elşənin. Belə şeylər ancaq kitablarda və filmlərdə ya da uydurulmuş həqiqətlərdə olur. Hə, birdə mənim yuxumda. Əlbəttə əslində biz yuxunu da uydurulmuş həqiqət kimi götürə bilərik.

Mənim yadıma birdən birə valideynlərimdə düşdü. Əslində elə bir ailəyə sahib olduğum üçün çox şanslıyam. Onlar çox gözəl insanlardı və məni hər zaman da dəstəkləyiblər. Düzdür yeniyetməlik dövründə onlarla aramda bir neçə fikir ayrılığı olmuşdu. Amma bu çox təbii bir hal idi. Çünki biz elə bir zəmanadə doğulduq ki, hansı ki, bu zamanda hər şey inkişaf edir və dəyərlər sürətlə dəyişirdi. İnternet və texnologiyanın həyatımıza təsiri ilə əvvəllər ideallarını ailədən götürürən uşaqlar indi bu motivləri özləri formalaşdırmağa başladılar. Nəticədə gənc və yaşlı nəsil arasında böyük fikir uçurumları formalaşmağa başladı. Valideynlərimiz tərəfindən tənqid edilən xüsusiyyətlərimiz əslində nə vaxtsa onların özündə də olub. Onlar da o vaxtı bizim kimi elədiklərinin doğruluqlarına adları qədər əmin olublar. Sadəcə yaşlarının müəyyən dövründə tutduqları yolun yanlış olduğunu anlayıblar. İndi də bunu bizə təlqin etməyə çalışırlar.
Bir tərəfdən də hələ eramızdan əvvəl Aristotel yazırdı ki, mən indiki gəncliyə baxanda gələcəyimizi fəlakət görürəm. Amma hələ də dünyamız dağılmayıb.

Dünya demişkən, əslində bura bizim hamımızın evidir. Biz 8 milyard insan əslində bir ailənin üzvləriyik. Ona görə də evimizi qorumaq bizim hər birimizin vəzifəsidir. Diqqətli olun.

Zəng edənə lənət oxuya oxuya ayağa qalxıram. Telefon dəstəyinə əlimi uzadıb dərindən nəfəs alıram. Bəlkə də zəng edən qardaşımdı. Çünki onu heç vaxt öldürməmişdim. Ümumiyyətlə mən yaxşı insan idim. Hələdə eləyəm.

Nəhayət telefona cavab verirəm.
- Alo.
- Alo Salam. Bağışlayın narahat edirəm. Mən Vüsal Qurbanovla danışıram?

İlahi bu kimdir?

- Bəli mənəm.
- Sizin incəsənətə və rəssamlığa dəyər verdiyiniz haqqında eşitmişəm. İcazə versəydiniz sizi bu gün açılışı olacaq rəsm sərgimə dəvət edərdim.

Bu dəfə səsi telefondaca tanıdım. Bu Elşən idi. Hər şey yenidən başlayırdı.

                      - Son -

Mənim qaranlıq dünyamWhere stories live. Discover now