Biz dünyaya niyə görə nifrət edirik? Dünyanı bu qədər çirkin edən nədir? Kola şirkətinin insanları zəhərlədiyini bilə - bilə hələdə mağazalardan kola alaraq şirkətə pul qazandırmağımızmı? Yoxsa Apple şirkətinin uşaqların üstündən milyonlar qazandığını bilə - bilə Stiv Cobsu mükəmməl insaniyyətli biri sanmağımızmı? Milyonerlərin hansı çirkinliklərlə pul qazandığını bildiyimiz halda özünü inkişaf kitabları oxumağımızmı? Yoxsa Deyl Karneginin tənha ömür keçirdiyi halda insanlara dost qazanmağı öyrətməyimi? Və ya hər gün milyonlarla müsəlman öldüyü halda dünyanın terrorist deyincə ağıllarına müsəlman gəldiyi faktorumu? Daha biri var. Ətrafdakı hər şeyin beynimizdə yarandığını bilirik. Hər kəsin öz subyektiv gerçəkliyi olduğunu bilirik. Amma hələdə doğrunun nə olduğu mövzusunda mübahisə edirik. Hallüsinasiya gördükləri üçün insanları dəli adlandırıb disbanserə məhkum edirik. Bəs yaxşı, bəlkə əsl dəli bizik? Və mövcud olan reallığı görmürük. Reallıq nəylə müəyyən olunur ki? Daha çox insanın düşüncələri iləmi? Amma Albert Einsteinə də dəli deyirdilər. Çünki bütün dünya atomun parçalanmaz olduğuna inanırdı. Einstein isə atomu parçaladı.
Keçmişə qayıdaq.
Mağaralarda məskunlaşan insan toplumları ildırımın yandırdığı heyvanın ətrafında toplaşmış və qorxurdular. İlk insanlardan biri irəli yeriyib bişmiş ətdən yedi. Digərləri ona axmaq kimi baxırdı. Amma o inqilab etdi. Məhz onun sayəsində biz bu gün daha dadlı bir yemək yeyirik.
Yox, keçmiş deyərkən bunu nəzərdə tutmamışdım. Bu qədər keçmişə qayıtmağa ehtiyac yox idi. Mən öz uşaqlığıma qayıtmaq istəyirdim.
Keçmişə qayıdaq.1999 cu il.
- Buyurun əyləşin Nəzifə xanım - həkim yer göstərib öz kreslosunda oturdu.Hər ikisi əyləşdikdən sonra həkim danışmağa başladı :
- Deməli dünən gətirilən xəstənin anası sizsiniz.
- Bəli Vüsal Qurbanovun.Bu qadın mənim anam deyildi. Bu mənim xalamdı. Amma və lakin mən bu qadını illərlə anam deyə bilmişəm.
- Nə vaxt hiss etdiniz oğlunuzun psixi problemləri olduğunu?
Bu dövrdə mənim 11 yaşım var. Qardaşımı təzə öldürmüşəm. Ted dayı iləsə dünən dalaşmışam. Çünki onun qızıl saatını oğurlamışdım. Bunu niyə etdiyimi bilmirəm. Amma eləmişdim.
- Bilirsinizmi mən əslində onun doğma anası deyiləm. O mənim bacımın oğludur. Səbinə doğuş zamanı rəhmətə getdi.
Anam yəqin ki, cənnətdə idi. Çünki deyilənə görə doğum edərkən qadınların bütün günahları bağışlanır.
- Bacımı itirdikdən sonra övladına mən sahibləndim. Çünki uşağı atasına vermək olmazdı. Atası daima içir və sərxoş olurdu. Elə yeddi il qabaq sərxoş olarkən qəza törədib öldü. Vüsal çox əsəbi uşaq idi. Hər gün uşaqlarla dava edirdi. Evdəki hər şeyi qırırdı. Bir neçə gün əvvəl isə - kədər onun xirtdəyinə dirənib danışmağına mane olurdu - Elşəni öldürdü. Mənim doğma oğlumu.
Nəzifə xanım hönkürtü ilə ağlamağa başlayanda həkim ayağa qalxıb ona salfet uzatdı.
- İstəyirsinizsə bu söhbəti başqa vaxta saxlayaq. Onsuz da bir azdan həyat yoldaşınız da gələcək. Suallarımı ona verə bilərəm.
- Yox. Danışa bilərəm. Bu bir neçə gündə başa düşdük Vüsalın dəlicəsinə olduğunu. Prokurorluqdan həkim arayışı göndərmişdilər. Vüsalı həbs etməyib bu xəstəxanaya yatırmağı məsləhət görürdülər. Biz yoldaşımla bu məsələni danışanda Vüsal eşitdi. Həmçinin öyrəndi ki, mən onun doğma anası deyiləm. Bundan sonra daha da aqressivləşdi. Ən son isə dünən qonşudan oğurluq elədi.
Artıq hər şey aydın idi. Elşəni neçə dəfə öldürmək istəsəm də bacarmamışdım. Çünki bu mümkün deyildi. Onu artıq bir dəfə öldürmüşdüm. Onun üçün öz şizofren dünyamda bunu edə bilməmişdim. Elşənin məni başımdan vurması, mənim qəbirdə oyanmağım və bunun yuxu olmadığına adım qədər əmin olmağımın da artıq izahı var idi. Ağlım gedir gəlir və beynimdəki məkanlar hərdən dəyişirdi. Amma bir müddət sonra yenidən hər şey öz yoluna qayıdır və hekayəm davam edirdi. Tedlə aramızda olan mübahisədən sonra el arasında dəlixana adlandırılan, fəqət daha mədəni desək psixoloji dispanserə yatırılmışdım. Beynimdəki dünyada da hekayəm Tedlə olan mübahisə ilə bitirdi. Hər şey necədə heyrətamizdir elə deyilmi? İlahi, mənim beynim dahidir. Bəs yaxşı uşaq vaxtından bu xəstəxanada olmuşamsa əgər və heç bir təhsilim yoxdursa bu qədər psixoloji biliyi hardan bilirəm. Çünki illərdir həkimlər yanımda bunları danışdıqca dərrakəm qavrayır və şüuraltımın dərinliklərinə qazıyırdı. Budur daha biri.
Şizofreniya nədir? Qavrayış pozğunluqlarından biri olaraq bilinən psixi xəstəlik. Şizofreniyanın daha məşhur növləri paranoid və katatoniyadır. Paranoid şizofrenlər hər kəsdən şübhələnir və hətta kimlərsə tərəfindən özlərinə qarşı bir təhlükənin olduğuna inanırlar. Katatonik şizofrenlərdə isə davranış pozğunluqları yaranır. Məsələn belə bir insanın qolunu yuxarı qaldırsaq o saatlarla yorulmadan qolunu havada saxlayacaq. Çünki endirmək ümumiyyətlə onların ağıllarına gəlmir. Şizofren insanlar üçün ən çox bilinən xas keyfiyyət hallüsinasiyaların yaranmasıdır. Hallüsinasiya həqiqət də olmayan bir şeyin beynimiz tərəfindən qavranılmasıdır. Məsələn normal insan stolu ona görə görür ki, stol qıcığı onun gözündən daxil olaraq görmə mərkəzi hesab olunan ənsə payına təsir edir. Yəni ki, gördüklərimiz var olan nəsnədən gələn qıcığın ənsə payını qıcıqlandırması ilə yaranır. Şizofren insanlarda isə vahid qıcıq olmadığı halda ənsə payında öz - özünə oyanma yaranır. Bu üzdən şizofren insanlar olmayan bir şeyi görürlər. Və biz buna hallüsinasiya deyirik. Hallüsinasiyalar təkcə görmə ilə bağlı olmur. Beş duyğunun beşi ilə də Hallüsinasiyalar ola bilər. Olmayan bir səsi eşitmək, səbəbsiz toxunma hissinin yaranması, olmayan bir ətri hiss etmək və s. kimi.
İndi isə sual verirəm. Əgər şizofren insanlar hallüsinasiyaları bizim gördüyümüz gerçəklik kimi görürlərsə sizin şizofren olmadığınız və gördüklərinizin hallüsinasiya olmadığı və yaşadığınız dünyanın əslində beyninizin bir köşəsində yaranmadığı hardan məlumdur?
2015 - ci il.
Artıq mənə reallıq bütün çılpaqlığı ilə məlum idi. Gözlərimi açdım. Əllərim və ayaqlarım çarpayıya bərkidilmişdi. Bura mənim palatam idi. İllərim bu otaqda keçmişdi. Mən burda böyümüşdüm. Bu dörd, ağ divarların arasında. Saatlar əvvəl tibb bacısı gəlib mənə iynə vurmuşdu. İynə mənim sakitləşməyimə xidmət edirdi. Daha sonra həkim məni hipnoz vəziyyətinə salır və beynimin içinə girib mənə həqiqətləri açıqlayır. Bunun terapiyamda fayda verəcəyinə inanır zira.
İçəri yenə tibb bacısı girib əl və ayaqlarımı açdı. Mənə qalxmağa kömək etdi, daha sonrasa məni əlil arabasına əyləşdirdi. Əlil arabasında ağ uzun koridor boyunca hansısa otağa doğru gedirdik. Kompüterlər və kabellər olan bir otağa daxil olduq. Tibb bacısı üzümə gülümsəyərək dedi :
- İndi yeni həkiminizlə tanış olacaqsınız. Xəstəxanamıza elə bu gün transfer olunub bu həkim. Bir azdan öz asistanı ilə birgə bura gələcək.Bunu deyib otaqdan çıxdı. Mən hələdə başımı çiynimin üstünə atıb, əlil arabasında oturmuşdum. Bir azdan içəri həkim və asistanı girdi. Gözlərim get gedə açılır və başım çiynimin üstündən qalxaraq dikəlirdi. İlahi, mən bunları tanıyırdım. Bu sifətlər tanış idi. Onlar necə şüuraltımda qala bilərlər ki? Axı bu xəstəxanaya hələ birinci dəfə gəliblər. Deməli onları indiyə qədər görməmişəm. Bəs yaxşı, yaddaşıma necə hopublar ki? Yuxuda gördüyümüz və tanımadığımız insanları belə ən azı bir dəfə ya yolda ya avtobusda ya hansısa təsadüfi məclisdə görmüşük. Görmüşük və şüuraltımıza hopan üzlər bizə yuxuda görünüb. Amma mən bu insanları heç vaxt görə bilməzdim axı. Onların sifəti təhtəlşüuruma necə hopa bilərdi axı? Gözlərimi bərəldib baxmaqda davam edirdim. Çünki içəri girən həkim və asistanı Elşən və Səbinə idi.
YOU ARE READING
Mənim qaranlıq dünyam
Mystery / ThrillerBu roman hər kəs üçün deyil. Herman Hessenin diliylə desək "yalnız dəlilər üçün". Və bu həmdə sizin hekayənizdir. Çünki sizin hər birinizdə mən varam. Siz hər güzgüyə baxanda məni görürsünüz.