On altıncı fəsil

294 38 14
                                    

Elşən bunu deyib otaqdan çıxdı. Mənsə hələdə yataqda uzanmışdım. Tərpənə bilmirdim. Amma Elşəni eşitmişdim. O yenə nə etmək istəyirdi?

Gecə ayılanda soyuqdan titrəyirdim. Üfunət qoxusu yenə burun dəliklərimdən beynimə dolurdu. Ayaq barmaqlarımda nəsə ağırlıq hiss etdim və sonra anladım ki, bu barmaqlarıma səliqəsiz şəkildə bağlanmış tənzifdi. Böyrəklərimdə və çənəmdə kəskin ağrı hiss edirdim. Ayaqlarımın harayı isə ümumiyyətlə dözülməz idi. Mən üstümə örtmək üçün nəsə axtarsam da təkcə uzandığım bu tövlənin döşəməsinə sərilmiş yaş samandan başqa heç nə tapmadım. Xəstələndiyimi dərk edirdim və dəhşətli soyuq məni tədricən məhv edirdi.

Səbinənin atasının xarakteri barədə düşünməyə başladım. O öz namusunu qorumaq üçün qızının başına açmadığı oyun qalmamışdı. O özünü ən qeyrətli kişi hesab edirdi.
Səhv, səhv, səhv.
Əslində ata övladının xoşbəxtliyi üçün borcludur. Nə üçün olursa olsun əgər o övladına əzab çəkdirirsə bax əsl qeyrətsizlik budur.

Amma bir həqiqət də var idi ki, şəxsi dəyərlər hər zaman hər şeydən daha dəyərlidir hər kəs üçün.

Mənim 10 ya 11 yaşım olardı. Yıxılmışdım. Dizlərimdən qan axırdı. Ağrı ayaq üstə qalxmağıma mane olurdu. Bu vaxt xilaskar kimi yanımda peyda olmuş mavi zaporojesi gördüm. Bu dünya tarixində ən mənasız və ən pis maşın idi. Mən ona dəstəklənərək ayağa qalxdım. Palçıqlı əllərimlə onun kapotuna dirsəklənib dayanmışdım. Bu vaxt güclü bir əl mənim çiyinlərimdən tutub yerə fırlatdı. Mən ağrıdan qışqıraraq yenidən yerə sərildim. Ayaq üstə duran dayı əlini yellədə - yellədə qışqırdı :
- Buna bax ee bütün maşını palçıq elədi. Ə sənə heç tərbiyə verməyiblər?  Mərifətin olsun bir.
Mən hirsli həm də yanıqlı bir şəkildə ona baxırdım. O isə daha da bərk qışqırdı :
- Ə nə durmusan üzümə baxırsan?  Dur rədd ol burdan.
Bunu deyib yekəpər əliylə mənim yaxalığımdan qamarladı. Mən yaranın verdiyi sancı və nifrətlə ordan uzaqlaşdım. O kişi adi bir dəmir parçası üçün kiçik uşağı incitdi. Hələ onda anlamışdım şəxsi dəyərlər hər zaman hər şeydən daha dəyərlidir hər kəs üçün.

Yuxudan qulağımda yaranan qəfil, kiçik ancaq incidici ağrının yaranması ilə oyandım. Ətrafdan qəribə, ürküdücü bir cingiltili səs yüksəlirdi. Şüurumun yarıqaranlığında dərk elədim ki, bu siçanların səsidir. Onlar ora - bura qaçışır və buranın sükutuna əsəbpozmağa kifayət edəcək dərəcədə səs- küy qatırdılar. Soyuqdan və bədən zəifliyindən titrəyirdim. Burda neçə gün qaldığımı bilmədim. Ancaq günəşi unudacaq qədər çox qalmışdım. Çox qəribə bir hiss oyanırdı məndə. Sanki həmişə bu qaranlıqda və üfunətdə elə beləcə soyuqdan donmamaq üçün dizlərimi qarnıma çəkib uzanmışam. Sanki heç vaxt rahat və isti çarpayıda uzanmamışam. Amma uzanmışdım. Və Elşən mənə işgəncə verəcəklərini deyib getmişdi. Maraqlıdır görəsən bu hansı dünyada olmuşdu. Bədənimdəki ağrılar və hərarətə, üşütməyə və mədəbulantısına necə dözməyim özümə də maraqlı idi.

Adaptasiya. Başqa adı ilə desək uyğunlaşma. Bilirsinizmi sizə elə gəlir ki, müəyyən bir şeylər var ki, siz onlara dözə bilməzsiniz. Səhv, səhv, səhv. Nə olarsa olsun, hər cür şiddətli, mənəvi və fiziki ağrıya dözə bilərsiniz. Bunu edən şüuraltınız ya da təhtəlşüurunuzdur. O sizi istənilən vəziyyətə adaptasiya edə biləcəkdir. Bilirsinizmi beyin nəyi harda etməyi dəqiq bilir. Siz normal vaxtı 12 saat ayaqüstə qalsanız yuxunuz gələcək. Amma xarici ölkələrin birinə uçarkən saatqurşaqları fərqinə görə normadan artıq ayaq üstə qalırsınız. Amma beyin sizin xaricə uçduğunuzu bilmir. O sadəcə sizin o ölkənin saatına baxarkən gördüyünüz vaxtı dərk edir. Buna görə siz normadan artıq ayaq üstə qala bilirsiniz.

Mənim qaranlıq dünyamWhere stories live. Discover now