Niyə belə olduğunu soruşmayın. Bilmirəm. Sadəcə ağlıma Elşən gəldi.
" Elşən evimi yandırıb "Mən təlaşla köynəyimi başıma keçirib çölə qaçdım. Qapını açıb özümü çölə atandan bir neçə saniyə sonra pilləkəndə oturan Elşəni gördüm. Qaçmaqla qalmaq arasında tərəddüt burulğanında boğulurdum ki, hardansa, sanki uzaqlardan Elşənin səsini eşitdim.
- Əynini geyin. Gedək.Bu Elşənin zarafatlarından biri idi. Səhər evimə gəlir, təsadüfən rastına çıxan qonşuma mənlə zarafat etməkdə ona kömək etməyi xahiş edir. Qonşumda hansı ağıla xidmətsə ona uyaraq evimin yandığını qışqırmağa başlayır.
- Bu nə axmaq zarafatdı? - Onunla restoranların birində oturanda dedim - səhər - səhər məni qorxudan öldürmüşdün az qala.
- Amma yaxşı oldu hə? - O dedi - hər səhər eyni açılmaq məcburiyyət deyil nə də olmasa.
- Elşən sən niyə beləsən? Bütün bu qəribəlikləri edərkən nə düşünürsən?
- Düşüncəylə bağlı bir şey deyil əslində - çəngəllə əti didişdirərkən, filosofcasına, sanki ağıllı söz deyirmiş kimi dedi - inancla bağlıdır.
- Sən nəyə inanırsan - adi bir uşaq marağı ilə soruşdum.
- Mənim inandığım şeyə görə ölməmişdən qabaq sənin üçün maraqlı olan hər bir hərəkəti eləmək lazımdır. Bu axmaqlıq olsa belə.
- Necə yəni?
- Məsələn həmişə mənə maraqlı idi təhlükə anında insan hansı hissləri keçirir. Bunu öyrənmək üçün hündürdən özümü atdım və ayağım qırıldı. Sonra düşündüm ki, görəsən sınıq ayaqla neçə addım ata bilərəm. Və inan mənə bunu sınadım.
- Neçə addım atmaq olur?
- Hah ha. Bax bu. Sənə də maraqlı gəldi hə? Bunu öyrənməyin asan bir yolu var. Ayağını sındır və addım atmağa cəhd elə.Başımı bulayıb yeməyə tərəf əyildim. Hər cür dəliliyinə rəğmən Elşəni çox istəyirdim. Çünki işsiz və ac vaxtı məni belə bir dadlı və bahalı yeməyə qonaq eləmişdi. Bu onu göstərirdi ki, mənə dəyər verir. Belə hörməti mən birinci dəfə idi ki, görürdüm. Nə də olmasa uzun illər təkbaşına yemək yeyir və bəzən də xoşlamadığım yemək olanda ac qalırdım. Amma indi...
- Elşən yeməyə görə çox sağol.
- Dəyməz.
- Yox dəyər. Allah bilir neçəyədir bunların qiyməti. Mənə bu qədər xərc çəkməyə də bilərdin.
- Hə gəldik hekayəmizin maraqlı hissəsinə. Mənə həmişə maraqlı idi cibində bir qəpik olmayan insanlar necə dolanır. Düzdür uşaq olanda mən də necəsə dolanırdım. Bunu bilirəm. Amma bir şey var. Bəs yaxşı bir gün bir bomj, cibində qara qəpiyi olmayan bir insan yuxudan oyanıb bizim oturduğumuz restoranda oturub bizim yediyimiz yeməyi yemək istəsə necə?! Bunu yoxlamaq qərarına gəldim.
Qısacası sənin də artıq başa düşdüyün kimi mənim hal- hazırda ciblərim boşdu. Evdən çıxarkən....
- Sən zarafat edirsən?
- Qətiyyən. Kəlməbəkəlmə doğrunu danışıram.
- Elşən sənin başın işləyir - axranaları göstərib əlavə etdim - onlar bizi öldürəcəklər.
- Ümid edirəm öldürməzlər.
- Ümid et. Düz edirsən. Sən ümid et. - Özümdən çıxırdım - Amma burdan çıxa bilsək mən səni öldürəcəm.
- Ümid edirəm öldürməzsən.
- Həyatımı məhv elədin. Məni öldürmək fikrin var.
- Həyatla ölüm arasında məsafə həmişə qısa olub.
- Kəs səsini - o artıq məni bezdirmişdi - İndi nə edəcəyik?
- Heç nə.Hər şeyi öz axışına buraxacağıq. Həyatı sorğulamağa son qoy Vüsal. Nə olacaqsa olacaq. Onsuz da axır - əvvəl hər şey yoluna düşəcək.
- Yaxşı nağıl açma. De görüm neyləyək indi.Həqiqət bu idi ki, mən çox qorxurdum. İnsan nədən qorxur? Onu nə vaxtsa qorxudan şeydən. Mənim uşaqlıq qorxum atamın kəməri idi. Mən hələdə ondan qorxuram. Qapıdakı axranalar bu gün atamı əvəz edə bilərdi.
Siz qorxularınızın mənbəyini bilirsinizmi? Mən bilirəm. Mən hündürlükdən qorxuram çünki ana bətnindən çıxarkən hündürdən düşmüşəm. Qaranlıqdan qorxuram çünki ana bətnindən çıxarkən mühit qaranlıq olub. Mən döyülməkdən qorxuram çünki ana bətnində.... Yox. Bunun onla bir əlaqəsi yoxdur. Sadəcə atam məni uşaqlıqda döyürdü.- Dediklərimin heç birinə qulaq asmırdın hə? - O soruşdu.
- İndi nə olacaq Elşən?
- Bilmirəm. Baxaq da. Ofisiant.O ofisiantı hayladı.
- Hesabı gətirərdiniz də.Məni tər basdı.
- Elşən biz.....................Gözlərimi açdım. Ağappaq bir otaqda o qədər də rahat olmayan çarpayıda uzanmışdım. Yandakı kresloda Elşən oturub kitab oxuyurdu.
" Ölüm pornosu "Mənim oyandığımı görüb gülə - gülə danışmağa başladı :
- Möhtəşəm. Qiyamətsən Vüsal. Görürsən kainat öz - özünü necə tənzimləyir. Bizim nəsə düşünməyimizə ehtiyac yoxdur. Həyatı öz axışına burax və hər şey düzələcək.
Sən demə mənim qorxudan ürəyim gedibdir restoranda
Elşən haray salıb təcili yardım maşını çağırtdırıb. Pul istəyən restoran işçilərinə qışqıraraq dostunun yeməklərdən zəhərləndiyini deyir. Onlar da öz növbələrində qorxub bizi rahat buraxırlar.Bir həftə ərzində Elşənlə çıxmadığımız oyun qalmadı. Bunlardan irəlidə bəhs edəcəm. Amma bu gün biz xəstəxanadan çıxarkən çox sevincliydik. Bəxtimiz gətirirdi. Təbii ki, günün sonunda ikimizin də qanlar içində yerdə uzanacağımızdan xəbərsiz idik.
STAI LEGGENDO
Mənim qaranlıq dünyam
Mistero / ThrillerBu roman hər kəs üçün deyil. Herman Hessenin diliylə desək "yalnız dəlilər üçün". Və bu həmdə sizin hekayənizdir. Çünki sizin hər birinizdə mən varam. Siz hər güzgüyə baxanda məni görürsünüz.