Səkkizinci fəsil

350 47 43
                                    

Gecə küçədə avara - avara gəzirdik. Maşınlar yanımızdan sürətlə şığıyır və əsəbpozan səs çıxarırdılar. Elşən avtomobil firmasını göstərib dedi :
- Səncə ordakı maşınlar həqiqətən də təhlükəsizdirlər?
Mən təhlükəsiz heç bir şeyin olmadığını amma bu maşınların nisbətdə daha güvənli olduğunu dedim.
Elşən gülümsədi və qeyd etdi :
- Bax bunu yaxşı dedin. Nisbətdə. Bilirsən mən Amerikada bir dostumun qonağı olmuşdum. Onun milyonları həqiqətən də çox idi. O mənə maqnit bloklu maşınlar haqqında danışdı. Bu bloklar sayəsində bu avtomobillər heç vaxt qəzaya uğramır çünki yaxınlaşma halında maqnit blokları maşınları ayırır.
- İnandırıcı deyil - Mən dedim - hardadı o maşınlar.
- Onlar satışa buraxılmır.
- Niyə?
- Çünki qəzalardan qazanan o qədər avtomobil şirkətləri və xəstəxanalar var ki..... Onları ziyana uğratmaq istəmirlər.
- Bu absurddur.
- Deyil. Absurd olan bilirsən nədir?  İndi biz vaxtımızı qiymətləndirib əylənmirik.
- İmkan yoxdu. Necə əylənək ki.
- Əylənmək üçün hər zaman nəsə tapmaq olar.
Elşən bunu deyib maşınların birinin qabağına qaçıb onu saxlatdı. Maşının önünü döyəcləməyə başladığı andan etibarən maşından üç nəfər düşdü. Onlar Elşənin üstünə töküldülər. Qəribəsi bu idi ki, Elşən heç nə eləmirdi. Mən də ordaydım.
İkimizdə gözlərimizi açanda kimsəsiz bir küçədə asfaltın üzərində qan içində uzanmışdıq. Bizi döyüb bura atmışdılar. Elşənin evinə necə getdiyimizi belə torantı xatırlayıram. Sonra yuxuya getdik.

Bir çoxlarının fikirləşdiyi kimi yuxu zamanı heç də ruh bədəni tərk etmir. Yuxu insanın növbəti gün üçün enerji yığması üçündür. Bu zaman bütün bədənin istirahət etməsinə rəğmən beynin gözətçi məntəqələr adlı sahəsi oyaq qalır. Onlar insanın qarşısında duran problemi fikirləşir və ən uyğun çıxış yolunu tapırlar. Bunun üçün biz bəzən səhər yuxudan duranda problemimizin həlli qəfil ağlımıza gəlir. Biz özümüzü sakit buraxsaq hər şeyi bizim yerimizə beynimiz edəcəkdi. Alfa ritmli dalğalar yuxu zamanı bizi sakitləşdirir. Ayrıca səhər durarkən özümüzü gümrah hiss etmənin səbəblərindən biri də epiviz vəzinin gecələr ifraz etdiyi melonin və ya yuxu hormonudur. Bu hormon gündüzlər ifraz olunmadığından biz gündüz yuxusundan oyananda əzgin və yorğun oluruq.

Amma biz gecə yatmışdıq. Səhər oyananda kifayət qədər sakit idik. Sonra zərbələrin ağrısını hiss elədik.
Səhər yeməyindən sonra mən dedim :
- Elşən mən gedirəm.
- Birdə nə vaxt görüşürük?
- Heç vaxt. Mən insan kimi həyat yaşamaq istəyirəm. Daha çıx həyatımdan.
- Mən çıxsam sən insan kimi yaşayacaqsan?
- Əlbəttə özümə iş tapacam və nizamlı bir həyatım olacaq.
- Gözünün içinə kimi yalan deyirsən. Sən indiyə kimi köləlik kimi yaşamısan və hələdə köləliyə can atırsan. Mənlə olanda sən insan olursan. Bax dünya insanın xidməti üçün yaradılıb. Bu dünyada gördüyün hər bir şey bizim üçündü. Niyə onlardan istifadə etməyək ki.
- Bu cəfəngiyyatdır.
- Deyil. Qoyun sürüsünə həmişə bir it başçılıq edir. O it o sürüdə nədir?
- Lider. - Heç fikirləşmədən dedim.
- Xeyr. O kölədi. Lider qoyunlardı. O qoyunları qoruyur. O öz şefini qoruyur.

Yəqin ki, bundan yaxşı təşbeh ola bilməzdi. Elşən dəli idi. Amma çox ağıllı idi.

- Elşən bilirsən nə var? - Mən başladım - artıq təngə gəlmişəm. Bezmişəm hər şeydən. Səndən də, sənin dəliliklərindəndə, o axmaq düşüncələrindən də. Bezmişəm.
- Bu fəlsəfədir.
- Söydürmə indi fəlsəfənə. - Deyib getdim. Həmişəlik gedirdim.
Amma gedə bilmədim. Hər anı əzabla dolu olan həyatımda birinci dəfə getməyi bacarmadım. Nəsə məni saxladı. Və bu yenə həmin hiss idi. Getsəm kainatın nizamını pozacağım hissi. Və mən geri qayıtdım.

Bilirsinizmi mən hər şeyə rəğmən heç vaxt bir adama nifrət eləmədim. Nə öldürdüyüm qardaşıma, nə mənlə heyvan kimi davranan ailəmə, nə məni atıb gedən sevgilimə, nə onu tutan əllərə, nə də zəhləmgetmiş müdürümə. Amma Elşənə nifrət edirdim. Çünki o qəribə yolla da olsa mənə həyatın həqiqətlərini çatdırırdı.

Və mən həqiqətlərə nifrət edirdim. Yalan bir dünyada yaşamaq daha rahat olur deyib müdriklər. Artıq mən də müdrik idim. Çünki Elşən dahi idi.

Elşənlə bir həftə ərzində hər şeyi elədik. Damda oturub dəli olana qədər pivə içirdik. Sonra küçədə dava salırdıq. Sonra küçədə yatırdıq. Dükanlara girib maniken kimi dayanırdıq. Parkda öpüşən cütlüklərin üzərinə su atıb qaçırdıq. Ya da skamyada oturub qəzet oxuyan dayının qəzetini yandırırdıq.

Biz doya doya əylənirdik. Mən ömrümdə birinci dəfə insan kimi hiss edirdim özümü. Bu o günə kimi davam elədi ki, hansı ki, o gün mən dənizin dərinliklərinə qərq oldum. Və mənim dünyam dəyişdi.

Diqqətli olun!  Hekayəmiz indi başlayır.

Mənim qaranlıq dünyamOù les histoires vivent. Découvrez maintenant