Gözlərimi açdım və reallığı qavramağa çalışdım. Əslində hər şey necə olmuşdur. Beynimdə iki variant var idi. Birində mən valideynlərimə bir neçə ağır söz deyib gəlmişdim. İkincidə onları öldürmüşdüm. Mən fikirləşdim və qərara gəldim ki, heç kimi öldürməmişəm. Çünki Elşən mənə heç vaxt tapança verməmişdi. Və mən heç vaxt Səbinəyə " onları öldürdüm " deməmişdim. Sadəcə beynim mənlə oyun oynayırdı. Əslində onlara sadəcə bir iki kəlmə söz deyib gəlmişdim. Səbinə qapını açanda bir anlıq özümü ailəli kişi kimi hiss etdim. İşdən gəlirəm və nigahımda olan qadın məni qarşılayır. Klassik ailə modeli, elə deyilmi?
Onlara bütün ürək sözlərimi deyəndən sonra rahatlamışdım. Bunun necə gözəl bir hiss olduğunu düşünə bilməzsiniz. Özümü göylərdə hiss edirdim. Eyni ilə ayağını sıxan ayaqqabının verdiyi hiss idi bu. Kresloda oturub başımı arxaya söykədim. Gözlərimi yumdum.
- Necə oldu? - Deyə Səbinənin səsini eşitdim.
- Maraqlı. Rahatladıcı - cavab verdim.
- Onlar neylədilər?
- Qorxdular.
Bu sözü deyərkən qəlbimdə kəskin yanğı hiss elədim. Onlar məndən qorxurdular. Məni kədər basırdı yenə
Hər şey fərqli cür ola bilərdi axı. Yaxşı bəs niyə olmadı?
Yuxudan ayılıb özüm üçün həqiqəti aydınlaşdırandan sonra Səbinəyə dedim:
- Çölə çıxmaq istəmirsən?
- Mən qorxuram. Qardaşlarım məni tapacaqlar. Ev daha güvənlidir.
- Bu nə vaxta qədər davam edəcək ki? Onsuz da uzun müddət evdən çölə çıxmayaraq yaşamısan. İndi artıq dəyişikliklər edilməlidir. Nə vaxtsa çölə çıxmalısan onsuz da. Cəsarətli ol və indi çıx.
İlahi! Qısa bir vaxtda Elşəndən nə qədər şey öyrənmişdim.
- Onda ancaq sənin kitabxanana gedək.Səbinə kitabların arasıyla gəzir, mənsə kənarda dayanıb ona baxırdım.
- Sən burdakı bütün kitabları oxumusan? - Səbinə soruşurdu.
- Yox. Bəzilərini.
- Con Miltonu oxumusan? İtirilmiş cənnət.
- Hə.Və bir həqiqət də var idi ki, artıq mən də cənnəti itirmişdim.
- Qabriel Qarsia Markes. Yüz illik tənhalıq
- Əlbəttə.
Səbinə rəflərin arasıyla gəzir və mənim içimdə nəsə baş verirdi. Və bu mənə heç lazım deyildi.
- Səbinə.
- Adam Faveri xoşlayırsan?
- Hə. Amma bir şey...
- Bu kitabı götürmək olar? Oxuyum.
- Bir şey deyim..
- De. - Səbinə kitabları görüb bütün dünyanı unutmuşdu - Paulo Coelho super yazıçıdır.
- Səbinə - Mən qışqırdım.
O donuq gözlərlə mənə baxan dəqiqədə mən ona sualımı verdim.
- Sənin gedəcək yerin var? Yəni mən olmasam hara gedəcəkdin.
- Bilmirəm. Niyə soruşursan ki? - O həqiqətən qorxmuşdu.
- Gedəcək yerin heç yoxdur?
- Yox - o indi əsirdi.
- Olsun. Bu mənə maraqlı deyil. Çıx get - sözlərim qəddarcasına alınmışdı. Amma mən artıq içimdəki iztiraba son vermək qərarına gəlmişdim.
- Nə?
- Get Səbinə. Hara istəyirsən get. Bircə məndən uzaq ol.O ağlamağa başladı.
- Mən hara gedə bilərəm axı?
- Bu mənim problemim deyil.
- Niyə belə edirsən Vüsal?
- Çünki mən səni sevirəm.Onun mənə tərəf atdığı addım havada qurudu. Sanki bir anlıq külək də dayandı, küçədə səs - küy də kəsildi. Hər şey yavaşıdı. Beynimdən fikirlər ildırım sürəti ilə keçirdi. Bu fikirlərin bir neçə saniyəyə necə sığması həmişə məni maraqlandırıbdır. Amma indi bunun bir mənası yox idi. Qarşımda çarəsizcə ağlayan bir qadın dayanmışdı. Və mən onu sevməyə başlamışdım. Bu mənə təsvir olunmaz bir hüzursuzluq verirdi. Mən buna son qoymağa məcbur idim.
Sevginin mexanizmini bilirsinizmi? Mən bilirəm. Elmə görə sevgi zamanı beynin narkotik təsirində olan beyindən fərqi yoxdur. Hətta Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST) sevgini toksimaniya kimi psixi xəstəliklərin qrupuna salır. Bu xəstəliyin ən dərin simptomu bir insana səbəbsiz yerə bağlanmaqdı. Məsələ burasındadır ki, hər bir insan özündən feromin adlanan maddə ifraz edir. Bu maddə bizim burnumuzdan içəri girib endokrin vəziləri qıcıqlandırırsa və nəticədə serotonin, dopamin, melonin, endorfin hormonlarının ifrazına səbəb olarsa biz həmin insana aşiq oluruq.
Və məndə bu psixi xəstəliyə tutulmuşdum. Fəqət xəstəlik möhkəmlənməmiş canımı qurtarmaq istəyirdim.
- Bu necə sevgidir?
Mən səssizcə Səbinəyə baxırdım. Nəhayət Səbinə ağlaya - ağlaya dükandan çıxdı. Mən rahatlamışdım. Onun arxasınca baxa - baxa hiss elədiyim yüngüllükdən həzz alırdım. Pəncərənin o tayında ağlayan qız izdihama qarışırdı. Mən onun arxasıyca gedən iki qolu zorbalı oğlanı görəndə mənə vəhy gəldi.
- Qardaşlarım məni tapacaqlar. - Həmişə Səbinə deyirdi. Bu o qədər də çətin deyildi onlara. Çünki Səbinənin atası paqonunda ulduzlar çox olan polislər tayfasından idi. Küçələrdə kameralarla dolu idi. Geriyə Səbinənin küçəyə çıxması qalırdı.
- Lənət şeytana.Səbinənin əlindən tutub onu arxamca dartanda o qorxdu, sonra isə mənim qışqırığımı eşitdi.
- Səbinə qaçdıq.Küçədə Hollywood filmlərini xatırladan bir səhnə yarandı. Biz camaatı aralaya - aralaya qaçırdıq, arxamızdan isə qatil namizədlərimiz gəlirdi. Biz həyatımız uğrunda mübarizə aparırdıq. Döngələri dönür və izi itirməyə çalışsaq da buna nail ola bilmirdik. Hardasa mən yıxıldım və Səbinə mənim əlimdən tutaraq qalxmağa kömək elədi. Biz qarşımıza çıxan ilk binayaca girib liftin düyməsini basdıq. Bəxtimizdən lift tanrının lütfü kimi bizi birinci mərtəbədə gözləyirdi. Demək olar ki, kabinəyə tullandıq. Təbii ki, sonuncu düyməni basıb ən yuxarı mərtəbəyə qalxdıq. Lift son model olduğundan səssiz hərəkət edirdi. Və bu bizim əsəblərimizi oynadırdı. Çünki bizə elə gəlirdi ki, lift hərəkət etmir. Nə də olmasa bizim duyğu üzvlərimiz bizi tez- tez aldadır.
Bunu yoxlaya bilərsiniz. Gözünüzü yuxun burun dəliklərinizi isə qoxu hiss etməyəcəyiniz dərəcədə sığın. Yediyiniz yeməyin dadını ayırd edə bilməyəcəksiniz. Yəni biz tez - tez həqiqətdən uzaqlaşırıq. Yaxşı, bəs həqiqət nədir? Əgər görə bildiyimiz, eşidə bildiyimiz, təmasda ola bildiyimiz hər şey həqiqətdirsə onda vəziyyət faciəli olardı. Amma belə deyil. Solipsizm fəlsəfəsi haqqında eşitmisinizmi? Mən eşitmişəm. Matio Kaku deyirdi ki, hər şey bizim beynimizdə yaranır.
Liftdən endik. Səbinə qorxudan titrəyirdi. Mən onu qucaqlayıb alnından öpdüm.
- Bağışla məni Səbinə. Səni heç vaxt atmayacam. Səni qoruyacam, narahat olma.
O isə sakitləşə bilmirdi. Mən onu bir az da özümə sıxıb bacardığım qədər güvən verici səslə dedim:
- Mənim yanımda heç kim sənə heç nə edə bilməz. Bax indi xilas olduq. Həmişə xilas olacağıq.
Məhz bu an mənim dediklərimi təkzib edərcəsinə liftin qapıları açıldı və mən Səbinənin atası ilə iki pəhləvan qardaşını gördüm.
Vəziyyət acınacaqlı idi. Çıxış yolu görünmürdü.
Mən düşündüm ki, bunların əlindən qaçmaq çətin olacaq. Amma onda bilmirdim ki, bu ümumiyyətlə olmayacaq.
ŞİMDİ OKUDUĞUN
Mənim qaranlıq dünyam
Gizem / GerilimBu roman hər kəs üçün deyil. Herman Hessenin diliylə desək "yalnız dəlilər üçün". Və bu həmdə sizin hekayənizdir. Çünki sizin hər birinizdə mən varam. Siz hər güzgüyə baxanda məni görürsünüz.