Üçüncü fəsil

484 62 12
                                    

- Bəli mənəm - deyə dəstəkdəki qalın kişi səsinə cavab verirəm.
- Mən sizin incəsənətə və rəssamlığa dəyər verdiyiniz haqqında eşitmişəm.
Bu düz idi. Ruhumu tək qidalandıran şeylər kitablar, musiqi və rəsm idi.
- Bəli - deyə qısa cavab verdim.
- Eləysə sizi bu gün açılışı olacaq rəsm sərgimə dəvət edə bilərəm.
O mənim cavabımı gözləmədən sərginin ünvanını dedi. Mən isə gedib yenidən yatmağı daha üstün tuturdum.
- Mənim bu gün işlərim var - ona belə də dedim - gələ bilməyəcəm.

Yarım saat sonra maşınıma oturub sərginin ünvanını tutdum. Çünki yata bilməmişdim. Elə bil sərgiyə getməməklə kainatın nizamını pozurdum. Sanki alın yazımı dəyişdirirdim. Elə bil bir kompyuter oyunun içindəydim və sərgiyə getmək adlı missiyanı yerinə yetirməsəm hər şey çox mənasız olacaqdır. Bunun sonu yoxdur. Bu karmadı. Biz istəsək də istəməsəkdə kainatın oyununa gəlirik.

Maşınımla şəhərin ən qələbəlik hissəsindən keçirəm. İnsanlar yenə harasa tələsir. Yenə bu gün saysız-hesabsız günahlar işlənəcək. Yol kənarındakı afişaların birində hansısa döyüş kursunun reklamı gedir. Niyəsə yadıma qardaşım düşdü. Böyük ehtimalla şüuraltım döyüşlə ölümü birləşdirdi. Boğazımda düyünlənən qəhəri yenidən bütün varlığıyla hiss edirəm. O qəhər son 20 ildə heç məni tənha qoymadı.
Siz heç səhv etdinizmi. Mən etdim. Mən elə bir səhv etdim ki, dəli olmaq üçün onu xəyalınıza gətirməyiniz kifayətdir. Əgər siz heç səhv etməmisinizə və vicdanınız tam rahatdırsa və yaxud vicdanınız ümumiyyətlə yoxdursa deməli məni heç vaxt başa düşməyəcəksiniz.
Sərgidə tanıdığım bütün böyük adamları görürəm. O insanlarkı artıq həyatda hər şeyə nail olublar. Bahalı maşınları, dörd mərtəbəli villaları və uzun ayaqlı qadınları var. Yeri gəlmişkən daima mənə zülm edən müdürümü görürəm. Qalstukunu sığallayıb ikrahla mənə baxır. Onu görməzdən gəlirəm. Amma yadıma uşaq vaxtı daha öncə də haqqında sizə danışdığım Elşənlə olan söhbətimiz yadıma düşür. Elşən milyonçu olmağı arzulayırdı. Mən ona milyonçuların vicdansız olduqlarını dedim. O bir az susdu sonra mənə baxıb dedi :
- Düzdür pul insanı dəyişdirir. Amma mən dəyişməyəcəm. Öz işçilərimlə mehriban olacam.
- Bu mümkün deyil Elşən. Elə ola bilməzsən.
Mən haqqa inanmadığımdan o vaxt belə demişdim. Elşən mənə gələcəkdə bunu sübut edəcəyini dedi. Amma artıq sübut edə bilməz. Bizim onunla hekayəmiz çoxdan bitib.
Sərgidə ikram edilən içkilərdən birini əlimə götürüb rəsmlərin arasıyla gəzişirdim. Digər tərəfdə rəssam jurnalistlərə müsahibə verirdi. Mən rəsmlərə baxırdım. Rəssam avanqard üslubdan məharətlə istifadə edib. Məsələn götürək bir uşağın və onun gələcəyini göstərən yolu obrazlı ifadə etməsi. Ya da kostyumlu eleqant bir adamın kiçik insanların üzünə gülümsəməsi. Onun üzündən işıq saçılır əlinin altında olanlara. Bu rəssam sadəcə dahidir. Üzümü çevirib digər rəsmə doğru gedərkən düşünürəm.
" Görəsən kimdi bu rəssam? "
Aaaa bir dəqiqə. Bir dəqiqə.
Mən bayaqkı rəsmin qarşısına keçirəm yenidən. İşçilərinin üzünə baxıb gülümsəyən kostyumlu iş adamı. İmza ordadı. Dünyada yalnız bir adam bu rəsmi çəkə bilərdi.
" Düzdür pul insanı dəyişdirir. Amma mən dəyişməyəcəm. Öz işçilərimlə mehriban olacam "
Onun sözləri qulağımda səsləndi.
" Bunu sənə sübut edəcəm "
Elşən.
Mən pıçıldadım.
- Bu sadəcə tablo deyil. Mən həqiqətən də belə oldum. - Arxadan səs gəldi. - Maraqlanıb öyrənə bilərsən.
Mən arxaya çevrildim. Bu düz idi. Qarşımda əfsanəvi Elşənin özü dayanmışdı. Mənim uşaqlıq dostum. Əslində bizim hekayəmiz çoxdan bitmişdi. Amma bu gün yenidən başladı.

Mənim qaranlıq dünyamOù les histoires vivent. Découvrez maintenant