On birinci fəsil

301 42 12
                                    

Bilirsinizmi insan kədərli anlarında nə fikirləşir? Yəqin ki, bilirsiniz. Və bir neçə dəfə özünüzdə bu düşüncə ilə yüklənmisiniz. İnsan kədərli anlarında fikirləşir ki, hər şeyə rəğmən bütün bu başına gələnlərə layiq deyil. İnsanı da ən çox bu incidir. Və bu məni illərlə incitdi.

Bilirsinizmi mən əslində həyatımı dəfələrlə dəyişməyə çalışdım. Mən hər şeyi unudub başdan başlaya bilərdim əslində. Əgər mənim həyatımda yeganə xoş bir şey olsa idi, mən hər şeyi unuda bilərdim.
Yadıma gəlir, bir dəfə dərsdən gələrkən qərara gəldim ki, evə çatarkən elə davranacam ki, guya baş verənlərin heç biri olmayıb. Evə çatan kimi anamın üzündən öpdüm, sonra atamın işinin necə olduğu ilə bağlı sual verdim. Onlar mənim suallarımı həvəssiz də olsa cavablandırdılar. Mən isə o gün ancaq pozitivə yükləndiyimdən bu kiçik xoşagəlməzliklərə fikir vermirdim. O gün mənim uğurlu günüm idi. Sevdiyim qız sevgimi qəbul eləmişdi. O gün əslində hər şey yaxşı olacaqdı.

Elşəni bir aydan çox idi ki, axtarır amma və lakin heç yerdə tapa bilmirdim. Evinə neçə dəfə getməyimə rəğmən onunla görüşə bilmirdim. Çünki o evinə belə getmirdi. Amma bu ay yarım ərzində mənim də həyatımda bəzi dəyişikliklər olmuşdu. Elşənin mənə öyrətdiklərinin xeyri olmuş kimi görünürdü. Özümə iş tapmışdım və bunun da ən gözəl tərəfi müdürümün özüm olması idi. Məsələ burasında idi ki, mən kitab dükanı aça bilmişdim özümə. Bütün günü içəridə oturur və kitabların yaratdıqları dünyada itirdim. Bakıda son zamanlarda gənclər arasında kitaba olan marağın artması mənim çox xoşuma gəlirdi. Ona görə yox ki, mən xalqın maariflənməsini istəyirdim, ona görə ki, bu mənə pul qazandırırdı. O gecə də Kafka müəmmasının qanıma hopdurduğu fəlsəfəni düşünə - düşünə maşınımı sürürdüm. Yağış yağır və aynasilənlərin hərəkəti ortama romantik bir ab hava qatırdı. Maqnitofonda Motsartın Rekviemi çalınırdı. İkinci xorun başlandığı an mən onu gördüm. Səki boyunca ağlayaraq gedən qız. Romantikanın ruhuma verdiyi incəliklə maşını saxladım. Sadəcə olaraq vicdanım imkan vermədi ki, çıxım gedim. Qızı yola gətirmək bir az çətin oldu. Amma bilmirəm niyə görəsə içimdən o qıza kömək etmək gəlirdi. Sonra onu qucaqlayıb maşınıma oturtdum. And içə bilərəm ki, bu vaxt içimdə zərrə qədər də olsa seksual duyğu yox idi. Əksinə ürəyim qəribə xoş bir hislə dolu idi.

Amma psixoanalizin banisi hesab olunan Ziqmund Freyd belə demirdi. O bizim həyatda elədiyimiz hər bir davranışı cinsi istəklə bağlayırdı. Ona görə bizim güzgü qarşısında bəzənməyimizdən tutmuş həyatda elədiyimiz bütün seçimlərin sadəcə bir səbəbi var. Seks. Hətta zaman keçdikcə elm aləmində sübut olundu ki, balaca uşaqlar belə cinsi münasibətlərə meylli olurlar. Bir yaşlı uşaqlar belə uzun ayaqlara və iri sinələrə diqqətlə baxırlar. Elmin qəbul etdiyi həqiqətə görə hər bir kişinin və hər bir qadının beyinlərinin bir köşəsində homoseksuallıq yatır. Bəli. Bəli. Əslində sizin hər birinizin içində müəyyən dərəcədə mavilər və lesbiankalar yatır. Buna görə öz cinsinizdən belə olsa gözəl ya yaraşıqlı insan görəndə gözünüzə xoş gəlir. Özünüzdən şübhələnməyin. Bunu edən şüuraltınızdır. Manyak olan siz yox beyninizdir.

Səbinə ilə mənim bir otaqlı evimə girdik. Yağış yağması ilə bağlı hardasa qəza olduğundan işıqlar sönmüşdü. Bakıda belə hallar son zamanlar çox az olurdu. Və üçüncü variant bu günə düşmüşdü.

Üçüncü variantın nə demək olduğunu bilirsinizmi? Qəpik atarkən iki variant var. Ya bu üzü düşəcək ya da o biri üzü. Amma üçüncü variant da var. Milyonda bir olsa da qəpik kənarı üstə düşə bilər. Ya da paltarınıza ilişərək düşməyə də bilər. Ya da düşdüyü yeri siz tapmaya bilərsiniz. Və yaxud o saniyə dünyanın dağıldığı an ola bilər və hələ də qəpik göydəykən qravitasiya kəsilə bilər. Görürsünüz ilk baxışdan sadə görünən hadisənin nə qədər ehtimalı var.

Biz şam yandırdıq. Ev işıqlandıqca mən Səbinənin üz cizgilərinə diqqət etdim. Gözəl sayıla bilməyəcək qədər sadə, çirkin sayıla bilməyəcək qədər gözəl. Qarabuğdayı və zərif. Uzun, nazik saçlar. Arıq vücud və kədərli, hürkək gözlər.
- Adın nədir?
- Səbinə.
- Hmm. Gözəl addır. Sən yaxşısan?

O danışsa ağlayacaqdı və elə ona görə də başını tərpətdi. Mən onu qucaqlayıb sakitləşdirmək istəyirdim. Amma bu düz olmazdı.
- Məndən qorxma Səbinə. Nə qədər inandırıcı olmasa da inan ki, mən yaxşı insanam.

Onun üzündə gülümsəməyə bənzər nəsə yarandı.
- Bu vaxt çöldə nə işiniz vardı?
- Atam qovdu məni - səsi titrəyirdi.

Mən onun pozğun qız ola biləcəyini düşündüm. Onu axı atası evdən qovub. Ya da oğru, fırıldaqçı ən pisi narkoman ola bilərdi. Amma sonra yadıma öz ailəm düşdü. Və o an ən lazımlı olan sualı verdim :
- Nəyisə düzgün anlamadılar elə? Ailən səni başa düşmədi hə?

O kədərini yaddan çıxarıb təəccüblə mənə baxdı.
- Hardan bildiniz?
- Təxmin etdim. - Həmişə Elşən belə deyərdi. Və mən ondan ötrü çox darıxırdım.

Sonra üzümə Səbinəyə tutub nəzakətli olmaq qərarına gəldim.
- Digər otaqda yata bilərsiniz. Mən gedim oteldə qalım.
Bunu sadəcə nəzakət xətrinə demişdim çünki Səbinənin etiraz edəcəyini bilirdim. Açığı otelə verməyə pulum da yox idi. Təbii ki, Səbinə etiraz etdi və mən zaldakı divanda yatmalı oldum. Səbinə otağa gedərkən ayaq saxladı, çevrildi və məndən soruşdu :
- Siz həmişə belə yaxşı adamsınız yoxsa artistlik edirsiniz?
- Yəqin ki, - Mən dedim - artistlik edirəm.

Onun ilk gülümsəməsini gördüm. Sonra o yataq otağına girdim. Köynəyimi əynimdən çıxararkən səsdən anladım ki, qapını daldan kilidləyir. Gülümsədim. Yazıq qızın heç kimə inamı qalmayıb. Yəqin gecə ona təcavüz edəcəyimdən qorxurdu. Amma mən bu gün bir adama yaxşılıq eləmişdim. Dopaminin mənə verdiyi xoşbəxtliklə yatdım.

O gün mənim uğurlu günüm idi. Sevdiyim qız sevgimi qəbul eləmişdi. O gün əslində hər şey yaxşı olacaqdı. Mən buna inanırdım. Amma o gecə yeməyim yenə ayrı qoyuldu. Və mən qaranlığıma çəkilib ağladım. Bacardıqca. Son damla göz yaşına kimi.

Mənim qaranlıq dünyamDonde viven las historias. Descúbrelo ahora