Bir insanı tam olaraq necə öyrənmək olar bilirsinizmi? Mən bilirəm. Mənə bunu Elşən öyrədib. Birinci addım o insanın güvənini qazanmaqdı. İkinci ona axmaq kimi görünmək.
Elşənin ən yaxşı tərəfi nə olarsa olsun həmişə bir çıxış yolu tapmağı idi. Fərqi yoxdur bunu necə tapırdı amma tapırdı. Mənə də bu lazım idi. Təsəvvür edin sizin başınızdan şiddətli ağrı qopub. Özünüzə yer tapa bilmirsiniz. Yanınızda bir dost dediyiniz insan var. O iki şey edə bilər. Ya sizin üçün dua edəcək ya da qaçıb aptekdən sizə başağrısı dərmanı alacaq. Siz hansını seçərdiniz? Elşəni üstün edən bu idi. İşə yarayırdı.
Amma mən artıq Elşənə güvənmirdim. Bilmirəm niyəsə görə içimdə dəqiq əminlik var idi ki, Səbinə özünü öldürməyib. Səbinəni kimsə damdan atmışdı. Onun kim olduğunu bilmirdim amma Elşənlə əlbir olduğunu beynimdə yəqinləşdirmişdim. Elşən dama çıxıb orda heç kimin olmadığını demişdi. Amma mən bilirdim. Orda başqa kimsə də olubdur.
Elşəndən bu məlumatı çəkib çıxaracaqdım. Və ondan intiqam alacaqdım. Zira mən Səbinəni sevirdim. Elşənin buraxdığı səhv mənim avantajım idi. O özünü məndən çox ağıllı bilirdi. Məndən ağıllı idi amma mən onun fikirləşdiyi qədər axmaq deyildim. Həyatda həmişə o insanın üzərində qələbə çalmaq mümkündür ki, o sizi özündən zəif görür.
Bu düşüncələr beynimdə fırlanarkən biz Elşənin qırmızı Ferrarisi ilə cənuba doğru düz irəliləyirdik. Elşənin tapdığı vəkil məni türmədən xilas edə bilmişdir. Amma bu Elşənə qarşı olan aqressiyamı azaltmamışdı. Mən intiqam alacaqdım.
Bir müddət bundan əvvəl " Sən və Qəm " adlı çox gözəl bir roman oxumuşdum. İndidə yadıma ordan oxuduğum bir ifadə düşdü. Kim nə deyirsə desin intiqam gözəl şeydir.Biz hava qaralanda bir kəndin kimsəsiz yerində dayandıq. Elşən qapını açmadan sanki maşınının üstünün olmamasını göstərərcəsinə tullanıb torpaq yola düşdü. Onun bərabərinə gələndə mən soruşdum :
- Bura niyə gəldik Elşən?
- Həqiqətlə üzləşməyə.Bu cümlənin həqiqətə nə qədər yaxın olduğunu heç vaxt tam dərk edə bilmədim. Tapança Elşənin əlində peyda olanda mən hələdə xilas olacağıma inanırdım. Ancaq alnımı dələrək beynimə girən güllə düşüncələrimə son verdi.
Ruhun olduğuna nə dərəcədə inanırsınız? Mən inanıram. Ruh, enerji və ya substansiya. Bu şeyə necə müraciət etməyi tərcih edirsiniz? Əslində bunun fərqi yoxdur. Kim bilməsədə mən bilirəm. Ruh var. Bunu yaşamışdım. Noetika elmi də bunu təsdiq edir elə deyilmi? Ölüm ayağında olan siçanlar üzərindəki təcrübə öləndən sonra bədənin öz çəkisinin 0.7 qram itirdiyini sübut edir. Çıxan nədir sizcə? 0.7 qram sizcə nəyin çəkisidi?
Mən səmada dayanmışdım. Heç nə görməsəmdə içimdə elə bir hiss vardı ki, sanki qarşımda görünməz tanrının özü dayanıb.
- Mən düzmü etmişəm Allahım? Mən necə yaşamışam?
Beynimdən bu səslər yanğılanırdı.
" Bu sualın cavabını vermək üçün hələ çox tezdir "
Mən ağappaq boşluqda hər şeyi itirmiş kimi dayanırdım. Hər bir hisdən məhrum və çaşqın. Elşənin məni güllə ilə vurmasından sonra gördüyüm ilk şey bu idi.Sonra havasızlığın və torpaq ətrinin hissi ilə oyandım. Tərpənə bilmirdim çünki əl - ayağım və ümumiyyətlə bütün bədənim nəyləsə sarınmışdı. Bu kəfən idi. Məni basdırmışdılar. İlahi, nəfəs almaq ümumiyyətlə mümkün deyildi. Hansısa qurdun kəfəni cıraraq bədənimə soxulduğunu hiss edirdim. Necə olub ki, məni diri-diri basdırıblar. Ağlıma gələn ilk şey letargik yuxu oldu.
Letargik yuxunun nə demək olduğunu bilirsinizmi? Mən bilirəm. Bu yuxu zamanı insanın ölüdən heç bir fərqi olmur. Orqanların işi o qədər zəifləyir ki, hətta cihazlarla belə onun ürək döyüntülərini tutmaq olmur. Öldü hesab olunan insan qəbirdə letargik yuxudan ayılır. Qəbirdən çıxmağa çalışsalar da adətən havasızlıqdan boğulub ölürlər. Araşdırmalar göstərir ki, ölənlərin 83 faizi əslində ölmürlər. Letargik yuxuda olurlar. Məşhur yazıçı Qoqol ömür boyu letargik yuxuya getməkdən qorxub. İllər sonra onun məzarını açanda insanlar şoka düşür. Qoqol tabutu qıraraq içəridən çıxmağa çalışıb. Ancaq bacarmayıb və ürəyi partlayaraq ölüb. Buna görə İsveçrədə bu gün ölən insanın yanına - tabuta telefon qoyurlar.
İsveçrədə doğulmadığıma lənət oxuya - oxuya kəfəni cırmağa çalışırdım. Keçələ barmağımı çölə çıxara bilmişdim. İndi kəfəndən tam qurtulmalıydım. Ciyərlərimdə hələ də bir neçə udumluq hava qalmışdı. Planım bəlli idi. Kəfəni sözün həqiqi mənasında yırtıb çıxandan sonra başımın üzərinə tavan kimi sərilmiş daşları yolumdan qaldırmalı idim. Torpağın üstümə uçmasını istəmədiyimdən ən kənardakı daşı yerindən tərpətməyim ən məqsədə uyğun olardı. Qəbirdən çıxdıqdan sonra isə problem paltar tapmaq olacaqdı. Bunu necə həll edəcəyimi bilmirdim. Amma ağlıma bir variant gəlirdi. O da qəbirstanlıq nəzarətçisini öldürüb paltarını geyinmək idi. Əgər sizdə bir gün oyanıb qəbirdə olduğunuzu anlasanız bu metoddan istifadə edərək xilas ola bilərsiniz. Çünki 83 faiz ehtimalla bu bir gün başınıza gələcək. Deyə bilərsiniz ki, o an hər şey bir qırağa panikadan ölə bilərsiniz. Buna görə narahat olmağa dəyməz. Çünki beyniniz sürətlə işləyərək sizi vəziyyətdən xilas edəcək. Beyninizə güvənə bilərsiniz.
Demək olar ki, artıq kəfəni cırıb qurtarmışdım. Ağciyərlərimdə olan son ehtiyat oksigen də qurtarmaq üzrə idi.
Və mən gözlərimi açdım. Elşənin qırmızı ferrarisinin yan oturacağında oturmuşdum. Maşın hələ də kənd yolu ilə irəliləyirdi. Mənim ayıldığımı görüb Elşən güldü.
- Deyəsən çox bərk yatmışdın hə?O belə deyirdi. Amma mən bir şeyə əmin idim. Bu yuxu deyildi.
Sonra biz kafelərdən birində oturası olduq. Elşən axsaq bir ofisianta işarə edib bizim stola dəvət elədi. Ofisiantın adı Ömər idi. Dediyinə görə bir sevgilisi varmış. Ancaq bu şikəst olandan sonra qız bunu atıb. O da hər şeyə tüpürərək şəhərdən kəndə qaçıb.Ömərlə danışarkən öz itkimin nə qədər dəyərsiz olduğunu düşündüm. Amma bu intiqam almayacağım anlamına gəlmirdi. Və o gün axşam əlimdə tutduğum bıçaqla Elşənin otağına girdim.
Bir insanı öldürməyin ən gözəl tərəfi nədir bilirsinizmi? Mən bilirəm. Kimlərdənsə güclü olduğunu dərk etmək. Amma Elşəni öldürmək sizi təkcə güclü bir insan etməz. Bu həmdə o deməkdir ki, siz ağıllısınız. Hətta dahisiniz.
VOUS LISEZ
Mənim qaranlıq dünyam
Mystère / ThrillerBu roman hər kəs üçün deyil. Herman Hessenin diliylə desək "yalnız dəlilər üçün". Və bu həmdə sizin hekayənizdir. Çünki sizin hər birinizdə mən varam. Siz hər güzgüyə baxanda məni görürsünüz.