Proloq

658 43 21
                                    

Həyatın qanunu budur bəlkə. Güclü və zəif xarakterlər arasındakı mübarizənin sonu zəifin əzilməsilə sona çatır. Doğrusu mən həyatın qanunu adı verdiyimiz və hər kəsi qane edəcək qədər doğma və əziz olan bu yalana inanmıram. Qanunlar zəiflərin güclənməməsi və yaxud da güclü olmaması üçün güclülər tərəfindən uydurulmuş böyük bir cəfəngiyyat bazasından başqa bir şey deyil.
Çox sevdiyim şəxsiyyətlərdən biri çıxışı zamanı "zəiflər və güclülər arasındakı mübarizəni" və "həyatın heç bir qanuna sığmayan acı gerçəkliyini" öz nitqi ilə belə əks etdirdi:
"Gərgin və amansız, bir ömür boyu davam edən həyat mübarizəsində güclü olub özündən güclü olan əzilməyəcəksən! "Başqa cür desək biz bu həyatda güclü olub bizdən güclü olanlara əzilməmək üçün varıq və mövcuduq.
Sonsuz və amansız həyat mübarizəsində əminliklə deyə bilərəm ki, məhz bu mübarizənin gətirdiyi sonu olmayan əzablar, yalanlar, itkilər və s. sanki əngəl olmaq üçün ciddi səylə məğlub olma riskinin və qızıl qəfəsin sevimli sakini olma riskini artırır.
Maraqlıdır ki, ilk insan övladı "zəiflər " kateqoriyasına, ya "güclülər"kateqoriyasına aid idi?
Başqa cür ifadə etsəm, ilk insanlar güclü idi və sonralar daha güclülər aralarından seçildi yoxsa ilk insanlar hamısı zəif idi və mövcudluğu isbat olunmuş hər şeyin zamanla birgə irəli getdiyini nəzərə alsaq, bu zəif insanlar zamanla irəli getdilər və aralarından irəli gedə bilməyənlər oldu. Beləliklə bu lazımsız kateqoriya və həyat mübarizəsinin başlanğıcı qoyuldu.
Və əminliklə deyirəm, sevmədiyimiz və sevdiyimiz, razı və narazı qaldığımız hər şey əslində məhz bu mübarizənin bir parçasıdır. Nə qədər banal səslənsə belə..
Saatın əqrəbləri qısa müddətlik donsa belə donmayan və daima irəli gedən zaman maşını olmuş, olan və olacaq hər şeyi özüylə irəliyə və sonsuzluğa aparır. Hər şey, yaşadığımız hər şey sanki olmamış kimi, sanki yaşanmamış kimi olduğu yerdə qalır bizlər-mürəkkəb quruluşlu sadə robotlarsa zamanın arxasınca gedirik hər nə qədər qışqırsaq və kömək istəsək belə..
Nə qədər çırpınsaq, çabalsaq və qışqırsaq belə. Yaşam hissləri olmayan zaman maşını bütün bu bağlrtıları və nalələri qədər hissiyyatsızdır bəlkə də.
Amma yox mümkünsüz deyə bir şeyin olmaması son ümid qapısıdır məncə.. Gedə və kömək istəyə biləcəyimiz sonuncu ümid qapısı...
Qeyd:
Hər biriniz öz fikirlərinizi və yazıya fikrinizi bildirə bilərsiniz.

ApeyronWhere stories live. Discover now