Öz

89 15 2
                                    

Üzərində çox az bir qisim bəşər sakininin düşünməyə cəhd etdiyi mövzu. Elə bir mövzu ki, ucsuz-bucaqsız kainatın dərinliklərində itib batmış insan dərəsində bəşəriyyətin ən azından düşünməli olduğu məqam. Vacibliyi və çətinliyi onu anlamaqda və dərk eyməkdə də kifayət qədər çətinlik yaradır. Hansı ki, çox sadə və rahat görünə bilər. Amma çox uzaqdan sahilə yan alan gəmi nə qədər kiçik görünsə belə sahilə yaxınlaşdıqca bunun sadəcə yalnış anlama və göz xətası olduğunu anlayırıq..
Ibtidai sistemin çatışmamazlıqlarını çiyinlərində ağır və daşınması vacib yük kimi daşıyan qədim insanlar o dövrkü tibbin və fəlsəfənin yaranmasınadək, "insan" adı verdiyimiz varlığın sadəcə cismani bədən və hisslərdən ibarət olduğunu düşünürdülər..
Antropologiyanın predmetinin özündə ruh və ya ruh adlandığımız təbii ruh anlayışını göstərən görkəmli filosof subyektiv ruhun 3 yerə bölünməsini və müəyyən zaman ərzində ruhun 3 əsas antropoloji inkişaf mərhələsi keçdiyini deyir.
Ruh adı verdiyimiz və ölməz olan "mən" duyğularımızın, hisslərimizin və düşüncələrimizin başlanğıc və son nöqtəsidir. Elə bir nöqtə ki, ifadə etməsi belə kifayət qədər çətin və yorucudur..
Heç bir kompleks, qorxu və səddlər daxilinə sığmayacaq qədər azad (hansı ki, tanrı sərhədləri qarşısında heçə çevrilir) olan ruh insan cismində köləlik dövrünü-ya da başqa cür imtahan və sınaq dövrünü yaşayır. Inanılmaz dərəcədə əzab verici reallıqsa, bütün bu əzabları, zülmləri və dəhşətdolu səhnələri özümüzə yaşadanda məhz bizlərik hər nə qədər tanrının üzərinə yıxsaq belə.. Hər nə qədər dansaq və təkzib etsək belə!
Keçmişimizdən bizimlə gələcəyə doğru durmadan addımlayan uşaqlıqda aldığımız psixoloji travma birincilik və liderlik hisslərinin əsasını qoyur. Və dağı belə yerindən qaldıra biləcək enerji və gücə sahib beynimizi və "mən"-imizi bizdə formalaşdırılan hiss və duyğuların qurbanına çeviririk. Hansı ki, istədiyimiz bütün keyfiyyətlər,istəklər və kiçikkən xəyyallarımlzda canlandırdığımız dünyanı qurmaq yalnız öz əllərimizdədir. Hər nə qədər gülməli səslənsə belə biz özümüzü bizə zorla yeridilən hisslərimizə qurban veririk. Onsuzda çirklənmiş qəlbimiz və nifrət dolu baxışlarımız kifayət deyilmiş kimi saf və pak ruhumuzu belə çirkləndiririk. Heç bir zaman təmizlənməmək şərtilə!
Sanki dünya, yaşam və kainat biz DÜNYAMIZI DƏYİŞDİKDƏN sonra duracaqmış kimi. Sanki sonsuz yaşam bir neçə illik ömürdən ibarətmiş kimi, sanki yaşamaq təkcə həzz almaqdan ibarətmiş kimi..
Izləyərək dəstək olduğunuz üçün sizə təşəkkürlər düşür dostlar. Hər birinizə.
...

ApeyronWhere stories live. Discover now