Qaranlığın rəngi?

50 13 3
                                    

Rəngini və dadını duymaqda çətinlik çəkdiyimiz yaşamın bütün suallarını özündə gizlədən həmin qaranlığın rəngi qəbul edə biləcəyimiz qədər sadə, yoxsa duya bilməyəcəyimiz qədər mürəkkəb möcüzənin əsasıdır?
Həyatda elə anlarda elə hisslər keçirisən ki, həmin anı sözlərlə, səslərlə və ifadələrlə bütün bu səs-küylü ətrafa çatdıra bilmirsən. İnsan beyninə sahib bir robota onun cansız olduğunu başa salmağa çalışsaz o sizə sizində cansız olduğunuzu bildirəcək. Maraqlıdır hə?
Ümumiyyətlə bir gün bəşərin ən xoşbəxt sakini sizlərdən birinə bu sualı ünvanlasa ani olaraq hansı cavab verə bilərsiniz?
"Siz yaşamırsınız. Heçnə düşündüyünüz kimi deyil. Əgər əksini fikirləşirsinizsə necə sübut edə bilərsiniz yaşadığınızı? "
Doğrudanda kifayət qədər düşündürücü sualdır. Bizim yaşam adı verdiyimiz bütün həyatımızı sadəcə indi və bu an olaraq qavraya bilirik. Əslində ilk səsimizdən öncə nəyin olduğunu və bunu oxuduqdan sonra nə olacağını və bu olacaqlardan sonrakı mərhələdə baş verənlərdən xəbərimiz yoxdur və olmayacaqda! Beləliklə, sizlərdən hər biri razılaşsın ki, həyat qədər ciddi olan bu suala verəcək dəqiq cavabı yoxdur. Yada "gündən günə irəli gedən elm sahəsi"-nin çürük ağacı doğrudandamı insanların yaxşılığı və həyati suallarını cavablandırmaq üçün mövcuddur? Bütün bu sualların içərisində verdiyi cavablarla birgə boğulan insan axmaq olduğunu qəbul edə bilməyəcək dərəcədə eqoistdirsə artıq şərhə ehtiyac yoxdur. Razılaşarsınız yəqin?!
İnsanlar maraqdan irəli gələn səbəblərə görə öyrənməyə və nələrisə kəşf etməyə başladılar. Sadə bir misal:
İlk insan alma yeməyə başladı onun üçün almanın çürük və ya sağlam olmasının önəmi yox idi çünkü bunu dərk etmirdi. Tədricən sağlam almanı yeməyi öyrəndi. Soyuq aylarda qida olmamsınl nəzərə alıb almanı ehtiyat olaraq saxlamağı və sonra və s. və i. Sonradan qazandığı nitq və yerli dil vasitəsilə öyrəndiklərini adlandırdı. İlk öncə isti onu duya bilmədiyi yerləri soyuq, əvvəlcə işıq, işığın olmadığı yerlərə isə qaranlıq adı verdi..
Tədricən əhilləşən (bu reallıqdı) insan toplumu öz hisslərinə və şəxsi düşüncələrinə qapılaraq üstünlük və liderlik arzusuna qapıldı. Beləliklə öz cavablarından uzaqlaşaraq yeni suallar düşünməyə başladı. Elə suallar ki, insan beyni üçün həmin suallar sadəcə sual olaraq öz mövcudluğunu qoruyur. Mövzudan uzaqlaşmağıma səbəbsə bu suala qane edici cavab verə bilməməyimdir.
Və həmin sual necədə qürur verici bir özəlliyə sahibdir..

ApeyronWhere stories live. Discover now