Hər nə qədər böyüsək belə və hər nə qədər yaşlansaq belə içimizdəki sonsuz tənhalıq və qayğısızlıq duyğusunun ətrafa və çevrəyə qarşı bizdə bir hissiyyatsızlıq durumunun yaranmasının şahidi oluruq. Və içimizdəki tənhalıq və yalnızlığı boğmaq üçün müxtəlif yollara üz tuturuq. Elə yollar ki, bu möhtəşəm sükutu pozacaq qədər dəhşət və əzabverici yollarla doludur..
Nə vaxt ki, əyləncə və dostların nə qədər çox və saysız olsa belə içimizin dərinliklərində (hansı ki, ora enməyi bacarmamışıq) bir səs uşaqlıq travmasıyla aldığımız bu sonsuz əzab yolunun ya sizin dillə tənhalıq və yalnızlığın donmuş zaman maşını tək hərəkətsizcə içimizin dərinliklərində bizə əzab verdiyini və miqdarsız pul, uzun sevgi hekayəsi və saysız dostların bu sonsuz əzaba son deyə biləcək qədər gücdə olmadığının şahidi oluruq..
Kiçik bir quş böyük qəfəsdə nə qədər çırpınsa belə, nə qədər güc gəlməyə çalışsa belə oradan azad olması ancaq kiminsə qəfəsi açması zamanı mümkün olacaq. Insanlarda həmçinin.
Önəmli olansa köməksizcə və əlacsızca qəfəsdə çırpındıqdan sonra qəfəsi kiminsə açacağını gözləmək deyil, əslində bu lənət qızılla bəzədilmiş qəfəsə düşməməkdir. Çox sevdiyim şəxsiyyətlərdən biri çıxışı zamanı içimizdəki tənhalığın əslində ola biləcək tək səbəbinin "hətta yaşlı dövründə belə uşaqlıqda məhrum olduğu ana qayğısı və nəvazişindir" deyə qeyd etmişdi və hər nə qədər inkar olunsa belə!
Nə qədər qaçsaq, nə qədər sürətlə qaçmağa can ataraq "finiş "-ə 1-ci çatmağa çalışsaq belə yolun bitmədiyini, əslində bir yalanın və dəyişməyən oyunun parçası olduğumuzu, hər nə qədər çox qaçaraq qarşıdakı yerə çatacağımızı düşünsək belə eyni yerə qayıtdığımızın şahidi oluruq. Nəzərdə alsaq ki, bu yalnız 1 yoldur və seçimimiz deyil.
Bütün bunlar elə bir zamanda anlaşılır ki, bütün arzular, məqslər və hədəflərin sadəcə bir istəklə əvəz olunur, gələcək anlayışı yalnız anlayış olaraq qalır. Keçmişə qayıtmaq və indini gələcəyə tullamaq istəyiylə əvəz olunur bütün işığı qaranlıqda belə kor edəcək qədər parlaq olan möhtəşəm arzular.. Necə də dəhşət dolu hekayədir. Necə də dəhşət və qorxu dolu fikirlərlə doludur Anonim. O ancaq mənfi aura saça bilər bu qədər müsbət aura içində. Amma lənət olsun! Bütün bunlar uşaqlıq travmasının, qayğısızlıq hissinin və sonsuz tənhalığın yazıya köçürülmüş və onu əks etdirə biləcək qədər əzabverici reallığıdır.
Bütün bunları bildikdən sonra halsız və köməksizcə qəfəsin bir kənarına çəkilərək, heç nəyi dəyişə bilməyəcəyini, üzündəki parlaqlığı və içindəki həyat eşqini əslində hər tərəfi qızıla bəzədilmiş qəfəsin qaytara bilməyəcəyini, zamanın mürəkkəb və aramsız işləyən mexanizmasının iş rejimi ilə müqayisədə onun əslində sadəcə arzular və düşüncələr toplusu olduğunu anlayır..
Və hər şey üçün gec olur..
ESTÁS LEYENDO
Apeyron
AcciónBu hekayə Azadlığı qul olmağa dəyişməyənlər üçün yazılır... Xahiş olunur ki, bütün bölümləri diqqət və səbrlə sona qədər oxuyasınız. (türk arkadaşlarda okusun her kesin okuması lazım) Bütün hüquqları qorunur