0, 1, 1, 2, 3, 5, 8, 13

62 12 2
                                    

Bütün istafədə olunan rəqəmlərin mənasızlığını nəzərə alıb yeni eranın inanılmaz dəyişikləyindən və füsünkar görüntülü günəşin parlaqlığını yox edəcək göydələnlərən( hansı ki, bir gün həqiqətən göyü dələcəyindən əminəm) azacıq danışmaq istəyirəm. Elə dəyişiklik ki, bütün varlığımızla onu çiyinlərimiz üzərində etdik.
Və artıq bütün bu səs-küydən uzaqlaşaraq qəlbinizin bir küncündə həzin musiqinin müşayiəti ilə oxumağınızı rica edirəm dostlar.
Yəqin edirəm ki, sizdə çətinliklə nəzərə çarpan bu həssas dəyişiklikləri hiss edə bilirsiniz. Hansı ki, şəxsi keyfiyyətlərimizidə öz burulğanına təkrarən fırlanmağa məcbur edir. Çoxları bu eranı dəbdəbəli və cəlbedici görünüşündən dolayı insanlığın mükəmməl erası adlandırır. Hətta kiçik kirpinin nə qədər gözəl görüntüsü olsa belə bu gözəlliyin sadəcə ona baxılması üçün yaradılmadığını yəqin ki, sizlərdə bilirsiniz..
Ötən hər saniyə insan həyatından oğurlanan ən qiymətli qızıldır. Və sizin bütün bu təkrarçılıqdan bezərək ağıllı telefonunuzu qırmaq həddə çatdığınızı görüb düşünmək üçün bir neçə sual üvanlamaq istəyirəm sizlərə:
"Sizcə bütün bu dəyişikliklərin və sürətlə irəli gedən ModEranın inkişafı əslində hansı tələbdən dolayı baş verir? Doğrudandamı bizlərin daha ağıllı və düşünən fövqəl varlıq olmağımız üçünmü emal olunur bütün bu ağıllı texnologiyalar? Əslində tənhalıq və nəvaziş istəyinin bizlərə verdiyi bu əzabı ağıllı texnologiya ilə əvəzləyə biləcəyini fikirləşməkdə azadıqmı? Və ümumiyyətlə bu lənət qızıl qəfəsin içərisində oturmaq üçün bizi axı kim məcbur edir? "
Amma əcdadların genetik xüsusiyyətlərindən birini- həssaslığı öz üzərində ən qiymətli hədiyyə kimi saxlayan məxluqların bu sualların cavablarından daha çox ciddi və lazımlı məşğuliyyətləri var. Güman edirəm, artıq xatırlatmağa ehtiyac qalmaz..
Ucalan hər göydələnlə yerin dərinliklərindəki qaranlığa enməyə məcbur edilən həssas insanlar yenidən işıqlı həyatlarına necə qayıdacaqları haqqında deyil, xatırlaya bilmədikləri qaranlıqda görmək üçün hansı güclü işığın onlara kömək edəcəyi barədə düşünürlər. Və bu möhtəşəm həyat üçbucağının ən üst qatındakı ilahilik qavramı belə insanlara kömək etmir. Hansı ki,bütün bu inanılmaz dəyişikliyin və dərimizi deşərək sümüklərimizin içinə işləyən hiss olunmaz həssaslıqla hazırlanan yalanın qurucusuda məhz odur. Və bu göydələnlərin, bütün bu gözoxşayan parlaqlığın qurucusuda! Amma gözlərimizi qapayaraq bu (həqiqətən möhtəşəm bir yaradıcılıq nümunəsdir) hüdudlarla əhatə olunmuş sənət əsərindən kənaraçıxa bilmərik. Yəqin ki, bu mövzuda mənimlə razılaşarsınız..
Elə sənət əsəri ki, bizim fərqinə vara bilməyəcəyimiz bir üslubun xüsusiyyətlərinə sahibdir. Və biz hələdə axmaqcasına inanırıq ki, biz azadıq və bizim bu yalan içərisindəki həqiqətlərimiz nəyəsə kömək olacaq! Öz istəyimizlə dəyişdiyimiz ruhumuzu yalvararaq geriyə ala biləcəyik! Hər nə qədər məqsədli olsaq belə mənfidən müsbətə, aşağıdan yuxarı mərtəbələrə doğru istiqamətlənmiş bu sistemin divarlarını qıraraq öz kərpicimizi ora yerləşdirə bilməyəcəyik! Artıq gecdir, başa düşürsüz məni?! Siz bütün ömrünüz boyu qanlı şəlalənin görüntüsünə aldanaraq, həmin qanla ruhunuzu məhv etdiniz!
Amma müm

ApeyronWhere stories live. Discover now