Maska

119 20 5
                                    

Elə bir mükəmməl vasitə ki, ondan hər birimiz çəkinmədən və sıxılmadan məharətlə istifadə edir və əslində olduğumuz şəxsi deyil olmaq istədiyimiz şəxsi onunla üzə çıxarırıq. Yaralarını və əzablarını gizlətmək üçün, qorxularını və ətrafa olan nifrətini gizlətmək üçün. Bəlkə də, yalanlarından, etdiyi və edəcəyi pisliklərindən özünü gizlətmək üçün!
Bu qədər dərin və qorxusaçan izdihamın susqunluğunun səbəbi bəlkə də budur. Bəlkə də...
Elə bir vasitə ki, daxilində-ağlına belə gətirə bilməyəcəyi qədər dərin və uzaq olan yalnızlığına qovuşmaq və hər kəsdən, hər şeydən və hər yerdən uzaq olub özünə qarışmaq üçün.. Ölüm qorxusunu və hələ bu dünyadaykən xəbərdar edildiyi cəhhənəm qorxusunu gizlətmək üçün... və kimisidə içindəki uşaq və saflıq nümunəsini ətrafdakı qəddar və nifrət dolu baxışlardan gizlətmək üçün taxır bu axmaq maskanı..
Mm.. ölüm.. qorxulu səslənir və mən deyərdim kifayət qədər dəhşətli. Maraqlıdır görəsən kimsə bu günə qədər heç düşünübmü ki, "haqqında heçnə bilmədiyimiz və ölüm deyə adlandırdığımız bu hadisəyə yaranan qorxunun əsl mənbəyi və başlanğıcı görəsən haradır? ". Əmin edə bilərəm ki, metal erasının "xoşbəxt " sakinləri bizik. Çünki bu sualı cavabını tapmasaq belə özümüzə verəcək cəsarət tapmış ilk canlılardanıq. Hansı ki, ilk insanları ildırımın dəhşətli və odsaçan parlaqlığı qorxutmuşdu. O zaman qədər ki, insanlar mövcudluq və təbiilik anlayışını dərk edəcək düşüncəyə sahib olub, ildırım çaxmasımın fiziki hadisə olduğunu dərk edənə qədər. Nə zaman ki, ölüm adlandırdığımız oyanma və yaşama prosesinin əsl açıqlamasını və əslində nağıllardakı qorxu obrazlarının ölüm hadisəsilə heç bir bağlantısının olmamasının, ölümün təbii və olması vacib hadisə olduğu dərk etsək məncə bu düyünlənmiş ölüm qorxusunun düyünləri açılar. Razılaşarsınız yəqin..
Və hazırki anda bəşəriyyətin teatr səhnəsində öz anlayışını maska anlayışına dəyişərək öz rolunu istər sevgidə, istər dostluqda, istərsədə həyatın hər bir sahəsində kifayət qədər möhtəşəm və alqışa layiq oynayır bəşərin kiçik sakinləri..
İnanıram ki, hər kəsin arzusunda olduğu rahatlıq, stabillik və firavanlığın reallaşma şərtidə məhz bu maskaların-içimizi və çölümüzü eyniləşdirəcək qədər sərtlik və duyğusuzluq mənbəyi olan maskaların real "öz"-lə əvəz olunduğu an olacaq. Nə qədər mümkünsüz və reallaşmayacaq xülya kimi görünsədə.. Nəzərə alsaq ki, mümkünsüz deyə bir şey yoxdur dostlar...

Qeyd: yazı ilə nağlı fikrinizi bildirməyi unutmayın).
...

ApeyronWhere stories live. Discover now