Etiraf

51 9 5
                                    

Etiraf edək ki, biz nə qədər səmimi olmağa çalışsaq özümüzdən kifayət qədər uzaqlaşaraq istədiyimiz adama çevrilir və o sevimli maska ilə nəyinki üzümüzü hətta bədəninizlə birlikdə ruhumuzu belə məhbus edirik.
Etiraf edək ki, heçdə səmimi gülmür insanların daşlaşmış qəlbi ani "çak" səsi verərək qırılmasın deyə onları xoşbəxt etmək üçün maraqlı personaj uydururuq..
Etiraf edək ki, hər nə qədər daş qəlbli olsaq belə bir yerdə sınaraq bu hala gəlmişik. Kimimiz total ana qayğısından məhrum olmuş, kimimiz bu qaç-qov yarışmasını ikincilillə bitirmiş və kimimizdə sevgi oxunu yayını düzgünü çəkməmişik.. və etiraf edək ki, bunlar hər nə qədər acı olsa belə reallıq və gəqiqəton ən lazımlı parçasıdır..
Etiraf edək ki, içimizdə elə bir üsyan var ki, Vezuvinin partlayış anındakı zərbələrdən daha güclü zərbələr vurar rəngsiz insan həyatına..
Etiraf edək ki, qaçaraq bütün yaxınlar, tanışlar, qohumlar və ətrafımızdan bir müddətlik uzaqlaşıb heç tanımadığımız adamların içərisində sakitliyə qovuşmaq isyəyirik. Etiraf edək ki, tənhalığımızı boğmaq üçün müxtəlif yollara üz tuturuq.. sevgi və dostluq kimi..
Etiraf edək ki, ətraf üçün geyinir, ətraf kimi yeyir, ətraf kimi baxır görür və yatırıq.. biz qısa olaraq biz olmaqdan imtina edib ətraf olmağa qərar veririk.. biz ətraf görməsin deyə gülür əslində isə ağlayırdıq həmdə süd istəyən körpələr kimi.. Etirsflar etiraflar etiraflar..
Etiraf edirsiz yoxsa hər zamankı kimi etiraz?!

ApeyronWhere stories live. Discover now