Düha

44 10 1
                                    

Otağın hər küncünə yayılaraq bütün bu sükuta zidd olaraq ruhumu oxşayan pianonun hər notu hədsiz doğma və valehedicidir. Əlbəttə, vahiməli qaranlıq qorxusundan uzaqlara aparan ay işığınıda xüsusilə qeyd etməliyəm..
Bütün bu həzin aura əhatəsində belə qəlbimə zəhərli iynə tək sancılan və düşündükcə əzab verən insan axmaqlığıda həmçinin. Lənət olsun! Axı necə olur ki, bütün insanlar bu eynilik prinsipinə sadiq olaraq kainatın ana mükafat kürsüsündə əyləşmək üçün durmadan və geriyə baxmadan ona doğru qaçırlar?! Və görəsən içimizdən biri bu yalana dözməyərək bir gün bütün kainat radiosunda uca və kinayəli tonla:
"Bu kürsünün əbədi sahibi artıq öz yerini alıb axmaqlar bəsdi artıq ona doğru qaçdız! " deyəcəkmi?. Hansı ki, bu problemin düşünülməsi planetimizlə YU55-in toqquşmasının müzakirəsi qədər vacibdir. Bəlkə də daha çox..
Bəli, mükəmməl aktivlik göstəricisi olan bu fəaliyyət məhz həmin dühadır. Özünə çatma və daxildəki məni üzə çıxarma pilləsindəki atılması vacib olan ilk addım. Hər nə qədər mürəkkəb görünsə belə sadədən mürəkkəbə prinsipi üzərində qurulmuş "Özünü dərk et" sisteminin başlanğıc mərhələsidir..
Hansı ki, ətrafını saran bütün bu pislik və yalanlardan uzaqlaşaraq daxilindəki xəyal etdiyi keyfiyyətləri olan şəxsi üzə çıxarmaq istəyinin fəlsəfi ifadəsi. Ancaq inanılmaz güclü hipnoz hadisəsinin qurbanı olan insan bütün bu mərhələlərin əslində mövcudluğundan xəbərsizcə öz geniş ekranlı televizorunda siyasi maraqların toqquşduğu nöqtədəki problemin əsl səbəbini axtarmaqla məşğuldur. Və sizdə bilirsiniz ki, o axtardığını heç bir zaman tapa bilməyəcək..
Hipnoz hadisəsindən öz iradəsi və gücü hesabına azad olan insan ona təqdim olunan "məni" ilə tanışlığa imkan tapır. Və bəlkə də, insanlığa gizli qalan bütün bu sirlərin açılmasl ancaq bu ruhi mərtəbənin sonuncu pilləsində dayanmaqla mümkün olacaqdır. Görəsən insanlıq bu pillənin sonuna qədər əzmlə addımlarsa bütün bu böyük yalan torundan və maliyyə okeanından qurtulmaq mümkün olacaqmı? Və göyün üst qatından iplərlə asılaraq hərəkət etdirilən oyuncaq insanlar beləcə azadlığına qovuşa biləcəkmi?! Yoxsa Hegelin "İtaət edə bilməyən, idarə edə bilməz" ifadəsilə tamamilə razılaşaraq özünü bu okeanın ən çökək nöqtəsində boğaraq ayılacaqmı?

ApeyronWhere stories live. Discover now