Hər kəsin və hər insanın düşüncələrinin dərinliyində məqsədsizcəsinə "Liderlik kürsü"-nə can atmaq istəyi sakitcə yatır. Və mən əminəm ki, ən pisidə bu istəyin bir gün məqsəd və hədəfə döndüyü gün olacaqdır..
Hansı ki, rəngsizləşdirilmiş insan həyatının həyatına rəng qatmaq istəyindən yaranır... hər nə qədər sünilik və yalanların qarışımından yaransa belə..
Və bəlkə də duyğu və hisslərin dəyərdən düşərək öz yerini kağız və metallarla əvəz etməsinin səbəbidə məhz "Liderlik kürsüsüdür". Tibbin heç vazt tapa bilməyəcəyi psixi zədə və psixoloji travmaların gətirdiyi əzabdolu amma xoşgörünümlü xəstəlik.. Bəli. Bəli. Bəli!
Insanlığın bəlkədə gördüyü və bundan sonrada görəcəyi, sağalmaz xəstəlik.. Hansı ki, fərqinə sonuncu addımda varmaq mümkündür. Bunun isə lazımsız məşğuliyyətdən başqa bir şey olmayacağını hamımız bilirik..
Liderlik kürsüsünə, birinciliyə və aliliyə can atmaq istəyi məhz dərin və şiddət dolu uşaqlığın gəlcəyə özü ilə birgə gətirdiyi psixoloji travma və zədələrin əslində heç sağalmadığının gösrəricisidir..
Hansı ki, içinin dərinliklərindəki yalnızlıq, tənhalıq və boşluğu pulun və şan-şöhrətin nəvazişilə doldurmaq istəyi nə qədər acı olsa belə buradan qaynaqlanır..
Ətrafa pul və şan-şöhrətilə işıq saçdığını və daxilindəki total boşluğu dolduracağını sanan insanın əslində yanıldığını bu işığın ətrafdakıları nə qədər cəlb etsə belə öz dünyasındakı qaranlığı azacıqda olsa işıqlandıra bilməyəcəyinin fərqinə varır... və qəbul etməliyəm ki, onun həmin anda keçirdiyi hissləri və düşüncələri yazılarla ifadə etməkdə kifayət qədər çətinlik çəkirəm..
Və bunları virusa yoluxmuş birinə başa salmaq cəhdləri qorxu filmlərinin əvəzedilməz personaji olan zombiyə zombi virusuna yoluxduğunu başa salmaqla eynidir. Və dəbdəbəli şəhərin müasir zombiləridə həmçinin...
Düşünülməsi gərəkən ən vacib amilsə öz qaranlıq dünyasına azacıqda olsa işıqlandırmağa can atmaq istəyinin niyə olmamasıdır? Hansı ki, istədiyimiz və xəyalında olduğumuz hər şeyi yalnız burada reallaşdıra bilərik. Vacib olansa ona sahib olmaq, kəşf etmək və işıqlandırmaqdır. Puldan, şan-şöhrətdən və əzablardan uzaq bir dünya. Və birdə nifrət saçan saxta gülüşlərdən kifayət qədər uzaq..
Və bunun heçdə düşündüymüz qədər çətin, yorucu və zəhmət təıəb edən mənasız iş olmadığını məndən daha yaxşı bilirsiz..
.
...
YOU ARE READING
Apeyron
ActionBu hekayə Azadlığı qul olmağa dəyişməyənlər üçün yazılır... Xahiş olunur ki, bütün bölümləri diqqət və səbrlə sona qədər oxuyasınız. (türk arkadaşlarda okusun her kesin okuması lazım) Bütün hüquqları qorunur
