Ağ-qara şəhər

48 9 0
                                    

Düşünə bilən robotların qaç-qov yarışmasında qaçarkən yaratdığı toz dumandan yaranmış "Ağ-qara" şəhər. Sonunu hələ heç kəsin bilmədiyi bu şəffaf labirintin içərisində insanların yaratdığı yeganə rəngi özündə əks etdirən "Ağ-qara" şəhər. Və bu şəhərin içərisində hər nə qədər gözəbatan, cəlbedici və rəngarəng geyimlər geyinsək belə çox uzaqdan görünə bilənsə bu nəhəng meqapolisin 2 zidd rəngi olacaq.. Hansı ki, onlar daima mübarizədə olurlar və bu mübarizənin tək səbəbi cəmi 1 rəngin bütün bəşərin rəngini təmsil etməsi istəyidir. Və biz artıq bilirik ki, ikili hökmranlıq heç vaxt uzun müddət davam edə bilməyib. Etməyəcəkdə!
Elə bir şəhər ki, yaratdığı möhtəşəm illuziyasıyla mövcud olan rənglərin hamısının onda olduğunu bildirməyə çalışır.. Bu isə məntiqsiz və mənasız bir oyunun daha bir parçasıdır..
Sizdə razılaşarsız yəqin?!..
Müasir həyatın keçmişdən bu günə qədər özü ilə gətirdiyi bu amansız yarışın əslində nə vaxt bitəcəyini heç birimiz bilmirik. Və səmərəli texnikanın mənasız istifadəsi müddətində bunun mümkün olmayacağını da yəqin ki, artıq bilirsiniz..
Günəşin bu nəhəng və sonu bilnməyən qalaktikanın ən böyük hissəsinin-qaranlığın insanlar üzərində hakim olmasının qarşısını öz şüaları və parlaqlığı ilə aldığını nəzərə alsaq, əslində problem nə qədər böyük olsa belə onu həll etməyin kiçik bir yolu olduğundan əmin olarıq.. Fikir versəz bu qaç-qov yarışmasının istər Babildə və Şumerdə, istər Roma və Yunanıstanda, istər Atlantidada olduğunun şahidi olarsınız. Elə bir yarışma ki, bütün bəşərin yığışaraq güc gəlib aça bilməyəcəyi ip qədər qəliz..

ApeyronTempat cerita menjadi hidup. Temukan sekarang