Acivika

54 10 3
                                    

Əbədilik və sonsuzluq qavramının təsdiqi. Və düşüncələrin ölməzliyinin ifadəsi. Hansı ki, ateizmin müəyyən gedişatdan sonra dayanıb hərəkət edə bilmədiyi həmin nöqtə. Cismani yaşamın bitməsindən sonrakı yaşam insanlara çatdırıldığı qısa amma həyati önəm daşıyan həmin ifadə..
Çox sevərək dəfələrlə izlədiyim filmdə dialoqların birində:
"Soxulcanlar görmə funksiyasından məhrum olmuş canlılardır. Hansı ki, onlar buna görə işığı dərk edə bilmirlər. Bəlkə də onun olduğunu inkar edirlər. Amma biz insanlar işığı görüb onun var olduğuna inanır və dərk edirik. Insanlarda bu cür tanrını görmədikləri üçün onu inkar edirlər"
Bəli. Onu elə insanlar dərk edir ki, cismani kğləlikdən azad olub rühani dünyaya keçə bilirlər. Yaxudda cismani görünüşdən əlavə rühani gözləri ilə bütün sonsuzluğu dərk etmək dərəcəsinə çata bilirlər. Zirvə nə qədər hündür olsa belə onu fəth etmək üçün güclü, enerjili canlıda vardır əlbət..
Və mənim insanlara daima çatdırmaq istədiyim ACİVİKA-məhz hər şeyin mənasıdır. Və həmiçnin açıqlaması..
Hansı ki, dünyanın hər bir həzzindən daha üstün.. heç bir pul və şan-şöhrətlə müqayisə olunmayacaq qədər üstün..
Hər nə qədər acı olsa belə, bu dünyada yaşayan və mövcud olan hər şeyin bir sonluğu var. Hansı ki, insanlar dünyadan köçür, ağaclar qırılır, sular quruyur, azon qatı dağılır, Günəşin həcmi yerdən 400 000 000 dəfə böyük olacağı günə qədər böyüyür və bunların hər bir bir gün olacaq sonluğun başlanğıcı yada davam etməsi prosesidir.
Və bilmirəm fikir vermisiz, dünyaya gələn hər bir canlı yaşamaq üçün mübarizə meydanına atılır və qaç-qov yarışmasının bir iştirakçısına çevrilir..
Ağaclar qurumamaq daha çox mineral tələb edir, insanlar yaşam mübarizəsindən ayrılmamaq və qida təlabatını ödəmək üçün digər canlıları əhilləşdirirb çoxaldır ya da qida mənbəyinə çevirir, digər canlılar yaşamaq üçün həmin mübarizə üsuli ilə özlərini müdafiə edirlər. Kifayət qədər mürəkkəb həyat meydanın görəsən ilkin yaradılış modelidə məhz bu cür yaradılmışdımı? Yoxsa hər kəsin arxasınca qaçdığı və arzusunda olduğu stabillik və rahatlıq şəraitindəmi?
Hansı ki, o rahatlığa soxulcan dəliyi vasitisilə zaman səyahəti edərək gələcəyə getsələr belə nail ola bilməyəcəklər..
Görəsən sizlərdən biri bu sualı özünə ünvanlayıbmı heç?
"Mən nə üçün yaradılmışam və mövcud olan hər şey niyə mövcuddur? Və mən öz antisipasiyama güvənərək bu sualın cavabının mövcud olarkən tapılmayacağını əminliklə deyirəm..
Öz fikirlərinizi bildirə bilərsiniz mövzuya..

ApeyronWhere stories live. Discover now