Adını sən ver

44 10 1
                                    

Və maraqlıdır görəsən sizlərdən biri özünə kifayət qədər vaciblik daşıyan həyati sualı ünvanlayıbmı?
"Bu dolaşıq labirintin kiçik hissəsində təşkil olunmuş oyunda doğrudandamı mənə verilmiş xarakteri olduğu kimi canladırıram? Görəsən doğrudandamı mən sevdiyin işin və peşənin sahibiyəm? Və ümumiyyətlə bu oyunda məni seçim hüququm varmı? "
Elə suallar ki, dolaşıq həyatın iplərini çözməkdə sanki əngəlmiş kimi beynimizin hər künc-bucağını azadlıq və çözülmək naminə dağıtmaqla məşğuldur. Əminəm ki, bu sualı özünə ünvanlayan olsa belə aldığı cavablar onu yetəri qədər qane etməyib..
Öz istəklərindən və arzularından tədricən uzaqlaşaraq istiqamətləndirilmiş insan beyni və ruhunu bütünlüklə çirkabdan çıxarmaq mümkün deyil. Hər nə qədər ürəkaçan addımlar atsaq belə!
Hansı ki, yaratdığı xayali obrazın axtarışlarında olan insan onu divarları ilə gözoxşayan bu böyük teatrın bir küncündə "gəvəzələyərkən" tapır. Və əlbəttə ki, ona qoşulmağı özünə borc bilir.. Bu xəyali obrazın real səhnədiki təsviri qatil və narkobaron olsa belə.
Bilirsiniz ki, həyatda nə qədər istiqamətləndirilərək getsək öz məqsəd və arzularımızdan bir o qədər uzaq düşürük. Bunları mənim uydurduğum nəzəri və saxta görüş olaraq qəbul edə bilərsiniz. Ancaq həyatda bunları kifayət qədər praktiki olaraq görür və yaşayırsınız..
İndisə düşünün ki, qarşıdakı həyatın xəyalındakı canlandırdığı versiyası və arzuları üzərinə başqalarının istqamətləndirərək göstərdiyi yolla təkbaşına gedən insanın öz arzularına çatma ehtimalı nə qədər çox və ya azdır? Güman edirəm ki, bunu anlamaq üçün hətta sadə məntiq belə lazım deyil..
Bütün ailə, iş, orta və ali məktəb və s. bu vəzifələrdə əslində bizim heç birimiz istəmədən və düşünmədən varıq. Hansı ki, bizim seçimlərimiz, heç vaxt istifadə edə bilmədiyimiz hüquqlarımız, bütün fikirlərimiz və düşüncələrimiz oyunun qaydaları çərçivəsindən çox uzaqdadır.. Bəlkə də, toplumun bu barədə düşündüyü "önəmli olan hansı rolu canladırdığımız deyil, bizə verilən rolu onlar üçün nə dərəcədə alqışalayiq və seçilən tərzdə canlandırmağımızdır" düşüncəsi əslində düşündüyümüz bütün bu sadə prinsipləri üstələyə bilir..
Bütün həyatı boyu əlində olan boş qabı kiməsə uzaqdaraq onu doldurmasını və boş başının bir küncündə olan qida təlabatını ödəməsini istəyir. Hansı ki, həmin qida onun beyin hüceyrələrini dirildəcək qədər qüvvətli deyil.
Bütün bunlardan sonra sizdə yəqin mənə qoşularsınız ki, bütün bəşəriyyətin "məşhur multi-filmdəki bratinodan" tək fərqi yaşama və reallığa tabe olmasıdır.. Yox əgər sizlərdən biri öz etirazını bildirəcəksə, bu etirazı ipdən düşərək etməsini istərdim..

ApeyronWhere stories live. Discover now