Razıyam bu cür qarışıq və diqqət yayındıran ana yaddır mövzu. Ancaq yenə də. Kifayət qədər uzaq bir dünyada yaşamağımıza baxmayaraq heçnə mümkünsüz deyil prinsipini nəzərə alıb azacıq sayıqlamaq istəyirəm icazənizlə..
Bu gün anladım ki,insanların xoşbəxtlik tortuna çatmaq üçün qət etdikləri məsafənin ürəkbulandıran nəticəsi olan labirint yollarından fərqli bir yolla getdiyimi düşünərək əslində böyük düşüncə xətası yaşamışam. Səmimi olsam bu uzun illər öncə anladığım və qəbullana bilnədiyim mövzunun parçasıdır..
Yəni bütün banklar və daxilində gerçekləşən şaxəli kredit sistemi, qloballaşma prosesi və onun qurbanları, diqqət çəkən və aldadıcı hər şey, dövlətlər, himnlər, sektalar, qurumlar, sərhədlər, sürətlə özünü və insanları transformasiya edən yeni texnologiyalar da daxil olmaqla hər şeyin üzərindəki cildi çıxararaq bütün bu yalan sistemini ifşa etməklə əslində nail olsuğumuz hər şey bu yolda itirdiklərimiz qarşısında heçə çevrilir. Hər nə qədər nifrət dolu olsaq belə qəlbin dərinliklərindən sanki illərdir püskürməyən qoca vulkanın enerjisilə ətrafa sevgini yaymağa çalışırıq..
Ayaq dəyməyən yerlərə ilk dəfə ayaq basmaqlada əslində heçnəyə nail olmuruq. Və əgər sizlərdən biri bu heçnə fikri ilə razı deyilsə, diqqətinə çatdırım ki, heçnə bizi qane etməyən hər şeydir. Və bu mürəkkəb sistemin dərinliklərinə enərək xoşbəxtlik tortunun olmadığını insanlara çatdırmaq istəyinin mentalitet əsurlərini tənqid edən sevimli qulları, ömrünün qısa olduğunu anlamayan həmin insanları, qadın hüquqlarını artıq dünya yaranan gündən buraya qədər müdafiə etməyə çalışan feministləri və digər qrupları görərək həmin istəyi diri-diri qəlbinin dərinliklərində basdırmağın artıq necə kök salmış bir hiss olduğunu sizə ifadə edə bilmirəm. Bu yalan aksiomasını təkzib etmək mənasız məşğuliyyətdən başqa bir şey deyil. Razılaşarsınız yəqin ki..
Axı bu necə dünyadır ki, onun sakinləri öz yüksək eqoları üzərində qurduğu axmaq sarayda xoşbəxtmiş kimi axmaqcasına diş ağartmağı gündəlik həyat məşğuliyyətinə çevirir.. Və onu sanki xoşbəxtlik mərtəbəsinin sonuncu pilləsindən tapılmış ən lazımlı, ən faydalı bilgi tək özündən uzaqlaşdırmır..
Mövzudan kənar yetişən və axmaqlığın düşünə bilən nümunəsinə çevrilən bu nəslin digərlərindən fərqi bilirsiniz nədir?.. Onda mən xatırladım..
Bu nəsil müasir və ağıllı texnologiyanın axmaq və geriyə aparan canlı nümunəsidir. Heç nəyi düşünməyən, eqoist və özündən razı axmaq nəsil!
Bütün bunlardan sonra duha, rasix mövzularının sadəliyini xatırlatmaq necədə vaxt aparan mənasız məşğuliyyətdir..
YOU ARE READING
Apeyron
ActionBu hekayə Azadlığı qul olmağa dəyişməyənlər üçün yazılır... Xahiş olunur ki, bütün bölümləri diqqət və səbrlə sona qədər oxuyasınız. (türk arkadaşlarda okusun her kesin okuması lazım) Bütün hüquqları qorunur