Hər kəsin azacıqda olsa dadına baxmaq istədiyi həmən xoşbəxtlik tortu. Doğma və ləziz..
Hansı ki, əlçatmaz və ağılalmaz hündürlükdə yerləşir.. və mən sizə əminliklə deyə bilərəm ki, zövqlərin bitdiyi bu pilləli yerə nə qədər çətin olsa belə bir insan övladı çatsa və hətta bu xoşbəxtlik tortunu acgözcəsinə sona qədər yeyib bitirsə belə içindəki bitməz acgözlük istəyini yeyib bitirə bilməyəcək..
Və maraqlıdır görəsən bu bitib-tükənməyən hissin təbii olan mənbəyi haradandır?
Hansı ki, uzaqdan hər nə qədər zövq oxşuyan görüntüsü olsa belə.. Amma bilirik ki, cisim ruhun, xaricsə daxilin göstəricisi deyil.. Özündənrazıcasına deyə bilərəm ki, bu istəyin mənbəyi əvvəllərdə xatırlatdığım içinin dərinliklərindəki total boşluğu və səbəbini bilmədiyimiz yalnızlığı doldurmaq istəyidir.. Və sizə bir pis xəbərdə deyim ki, o buna heç vaxt nail ola bilməyəcək! Lənət olsun!
Ruhun üzərini örtən bu çirkaba bulaşmış üzlükdə arzu etdiyimiz uçuşu təbii qanadlarla deyil, elmin və texnologiyanın bizə "bəxş" etdiyi süni qanadlarla edə biləcəyimizidə bilirsiniz yəqin.. Hansı ki, bu yolla üzümüzdəki qırışları bir qədər oynaq vəziyyətə gətirə bilirik..
Hətta dünyanın ən acımasız "killer"-i, orqan mafiyasının üzünü heç kəsin görmədiyi lideri və Yaxın Şərqdəki qətlləri törədən hər kəs öz dünyasında hər kəsdən gizlicə nəhəng kitabxanasının yanında bu xoşbəxtlik tortununda yer almasını istəyir.
Və onların hər biri istəyini qarşılamaq üçün saysız dollar qazanır, sifaişlə qətl edir və birdə səsizcə qırağa çəkilərək bu izdihaımın səsində uzaq olmaq üçün qulaqlarını əllərilə sıxır.. Və gördüyünüz kimi hər kəs bu boşluğu doldurmaq (sanki hər şey bununla bitəxəkmiş kimi)
üçün fərqli yollara eyni məqsəd üçün üz tutur.. bunun nə qədər mənasız iş olduğunu dərk etsələr belə həyatın dolaşıq labirinitində azmamaq üçün yolun sonuna qədər getməyə məcbur olduqlarını anlayırlar.. Və bu məcburiyyəti sanki biz özümüz deyil başqa birisi yaradırmış kimi.. və əminəm bunu oxuyanlardan biri "necə də mənasız və yalnış düşüncələrini bu mənasız sərgidə bizə eksponat kimi sərgiləyir deyir yada deyəcək".. axı insanların yazdığı sevimli qanunlardan biridə məhz budur..
Hətta ən hündür zirvələri fəth etmiş insan sonda anlayacaq ki, fəth etdiyi yollar heçdə xoşbəxtlik tortunun olduğu zirvəyə aparmır. Elə bir zirvəki, hündürlük və alçaqlıq qavramından uzaq, əlçatmayacaq qədər kiçik və ağılabatmayacaq qədər böyük...
Hər zaman dediyim ki, əziz dostlar mümkünsüz deyə heç bir şey yoxdur!
Oxuyan hər ləs fikrini bölüşə bilər. Təşəkkürlər.
KAMU SEDANG MEMBACA
Apeyron
AksiBu hekayə Azadlığı qul olmağa dəyişməyənlər üçün yazılır... Xahiş olunur ki, bütün bölümləri diqqət və səbrlə sona qədər oxuyasınız. (türk arkadaşlarda okusun her kesin okuması lazım) Bütün hüquqları qorunur