Həyatın,yaşamın və sənin yaşamağın mənası nədir. Durmadan davam edən həyat yarışmasında bir güclü bir oyunçu kimi hələdə oyunda qalmağın üçün səbəb nədir? Və durmadan "finiş"-ə doğru qaçmaq üçün səbəbin nədir. Hansı ki, bu finişə qaçmaq oyundakı ən çətin yoldur..
Və bir gün bu sual mənə ünvanlansa heç düşünmədən və çəkinmədən hər kəsdən və hər şeydən uzaqlaşaraq azadlığıma qovuşmaq istəyimin mənim məqsəd və hədəfimə çevrildiyini deyərdim..
Elə bir məqsəd ki, sonsuz boşluğun bir nöqtəsində gizlənən özünə qovuşmaqdan yaranan əvəzedilməz hissin təzahür formasıdır. Və əminliklə deyə bilərəm ki, bu hiss qədim epikurçuların müdafiə etdiyi həzzdən belə qat-qat daha üstündür və əvəzedilməzdir. Deyilişdə nə qədər sadə və ucuz səslənsə belə..
Üzərindəki vəhşi maskanı çıxararaq ətrafdakı ruhlara qışqıraraq "baxın bu mənəm! ", "bu illərdir bu qutudan qurtulacağını gözləyən əsl mənəm" deməkdir Azadlıq. Hansı ki, nə qədər çətin və ləyaqətli iş olsa belə..
Ətrafdakı dərin hüzur içində mürgüləyən canlıların qulağına pıçıltı ilə qışqıraraq xoşbəxtliyini çatdırmaqdır Azadlıq.. mən sizin saxta simalarsa gördüyünüz gülüşlərə dediyiniz xoşbəxtliyi deyil az bir qismin dərk etdiyi mənəvi hissi deyirəm.
Cismani və mənəvi köləliyin biləklərinə və ruhuna vurduğu qızıldan zənciri qıraraq bu sonu məlum olmayan zamanın bütöv dövrəsi boyunca heç yorulmadan və durmadan qaçmaqdır Azadlıq. Hansı ki, saysız kağıza və metala satılmayanların istək və arzusudur..
Yaradılışın ilkin mərhələsindəki bütün xeyirxahlıq və rahatlığı, daima axtarışında olduğu stabilliyi azacıqda olsa tanımaq və tapmaqdır...
Və bütün bunları etdikdən sonra həyatın davamsız qaç-qov yarışmasının böyük parçası olan nəhəng qızıl qəfəsi açaraq bütün qulları AZAD etməkdir xeyirxahlıq.. hansı ki, heç kəsin heç kəsə etmək istəmədiyi unudulmuş hiss!
Və mən yanılmaram yəqin. Razılaşırsız mənimlə?
...
![](https://img.wattpad.com/cover/41311070-288-k561111.jpg)
BINABASA MO ANG
Apeyron
ActionBu hekayə Azadlığı qul olmağa dəyişməyənlər üçün yazılır... Xahiş olunur ki, bütün bölümləri diqqət və səbrlə sona qədər oxuyasınız. (türk arkadaşlarda okusun her kesin okuması lazım) Bütün hüquqları qorunur