Nə zaman ki, yetərincə qorxu və əzab görməsinə baxmayaraq öz ciddiyyət və həssaslığına sadiq qalaraq cizgiləri dəyişməyən, tədricən ucaldılan daş binalar kimi daşlaşan və texnika erasının başlanğıcında robotlaşan kiçik şəhər sakinlərindən və keçən hər dəqiqə təməli qoyulan nəhəng meqapolislərdəki göydələnlərdən, parklardakı əzabverici insan sükutundan qaçmaq istəyirik o zaman hər şeyin artıq gec olduğunu anlayırıq. Oyunun bir parçası olduğumuzu. Lənət olsun gülməlidir elə deyilmi?!
Elə bir oyun ki, qaydalar və seçimlər bizim əlimizdə deyil. Sonsuz və uzun zaman dilimində milyardlarla qakatikaların, bu qalaktikaların daxilində milyardlarla ulduzun və ulduzlardan biri olan Günəşin ətrafında durmadan dövr edən 8 planetdən biri olan kiçik bir planetin kiçik və diaqnozlu sakinləri.
Əllərindəki dollarla özünü xoşbəxtmiş kimi göstərən və müasir texnologiyanın verdiyi əzablar nəticəsində transformasiyaya uğramış sakinlər. Hansı ki, sonsuz zaman kəsiyində qısa ömür sahibi insan stabillik, xoşbəxtlik və rahatlıq adına qət edəcəyi uzun bir yolu yığdığı və yığacağı pulların miqdarı ilə ört-basdır edəcəyini düşünür..
Və bir gün nəhayət hər şeyin sadəcə bir oyun olduğu və oyunun bir parçası olduğunu, stabilliyin əslində heç bir yerdə tam olmadığını, xoşbəxtliyinsə heç bir yerdə, heç bir məkanda və əşyada deyil daxilində və özündə, bu anda olduğunu dərk edir..
Və içinizdən biri nə vaxtsa özünə bu sualı ünvanlayır "Biz kimik? Burada nə üçün varıq? "Görəsən doğrudanmı insanın yaradılış səbəbi onun yetərincə çox pul yığması, əyləncə, atraksiyon və gecə klublarında keçirib yatması və hər gün heç nə olmamış kimi və heç nəyi düşünməyərək təkrarçılıq prinsipinə əməl edərək təkrarçılıq zəncirini davam etdirmək üçündür? Bu qədər rəngsiz və sükutlar içində boğulan həyatın dəyişkənliyi heçmi düşübdürmür sizləri?
Texnologiyanın sürətli inkişafı, yeni nəsil maşınlar, yeni nəsil texnologiyalar məhz insanların texnologiya erasında məhz teznologiyanın qurbanı olaraq onun əsirinə çevrilməsinə şərait yaratdı. Yeni nəsil insan elə formalaşdırldı ki, düşünmək, düşünə bilmək, yaradıcılıq və öz ambisiya və gələcəyi haqda düşünməyi, başqalarının qabından deyil öz qabından öz əllərilə yemək yeməyi unutsun. Kimsə öyrədəcək, kimsə aparacaq, gətirəcək və lənət olsun bunu etməməsini önərəcək ona.. Elə insanlar ki, əyləncə müqabilində beynini bağışlamağa məmnuniyyətlə razılıq verir..
Və onlardan olmamaq üçün nə edə biləcəyiniz və nələrə qadir oldunuz barədə düşünün...
YOU ARE READING
Apeyron
ActionBu hekayə Azadlığı qul olmağa dəyişməyənlər üçün yazılır... Xahiş olunur ki, bütün bölümləri diqqət və səbrlə sona qədər oxuyasınız. (türk arkadaşlarda okusun her kesin okuması lazım) Bütün hüquqları qorunur