Yalanda bir Həqiqətdir

43 8 11
                                    

Bütöv sivilizasiyanın ən sevimli və əvəzedilməz məşğuliyyəti. Mən deyərdim ki, bütün gözoxşayan binalar, əhilləşdirilmiş ev heyvanları, boş parklar, bütün insanlığı ələ almağı bacaran məşhur avtomobil firmaları və texnologiya şirkətləri böyük bir yalanın parçasıdır. Hansı ki, bizi həqiqətin füsünkarlığından uzaqlaşdıraraq hiss edilməyəcək dərəcədə həssaslıqla çəkilmiş bu üzlüyə yaxınlaşdırır. Bütün bioloji hisslərimizi qane edən bu üzlükdən kim imtina edər axı, cavab verin?!
Və sizə belə bir təklif edirəm ki, 100 insana yaxınlaşaraq yalana münasibətini soruşun. Səmimiyyəti gözoxşayan insanları nəzərə almasaq əksəriyyət sevmədiyini deyəcək. Və bu necə axmaqlıqdır ki, "insanlar yalan danışıb danışmadıqları mövzuda belə yalan danışırlar"
Bütün bu xaos vəziyyətində təşkil olunmuş qaç-qov yarışmasının bütün mənasıda məhz yalan üzərində qurulub. Bəlkə də, yaradılışdan bu günə qədər hansı ki, bir sivilizasiyanın formalaşıb məhv olmasından yeni bir sivilizasiyanın yaranmasına qədər olan natamam dövr ərzində insanların həqiqətə çatmamasının ya onu tapa bilməməsinin səbəbi həqiqətlər üzərində yaranmasına baxmayaraq yalanlarla formalaşması səbəbidir..
Bütün dünyadan öz nəhəng hörümçək toru ilə bərk-bərk yapışıb buraxmayan yalanın mövcudluğunu nə qədər istəməsək və qovsaq belə planetimizin və günəş sistemimizin hüdudlarından kənara çıxdıqca əslində kifayət qədər böyük yalan sistemi qarşısında aciz bir heç olduğumuzu və tədricən uzaqlaşan "Günəş sistemimizin" görünməyən bir nöqtəsində yox olduğumuzun şahidi olarıq..
Artıq "Müstye" dövründən kifayət qədər uzaq bir dövrdə yaşayırıq əziz və hörmətli insanlar. Balıq tutmaq və ovlamaq kimi məşğuliyyətlərdən uzaq olan bütöv kapitalizmin çirkli suları içərisində köməksizcə qurtulacğı günü gözləyən insanların çağında. Və biri o axmaqlara desin ki, uşaqkən onları aldadıblar. "Şaxta baba" yoxdur və Laplandiyanın ucqar hissəsindəki oyuncaqlar evi və marallarda həmçinin!
Bu elə dəhşətli bir virusdur ki, onun etdiyi təklif hər birimizi qane edir. Görəsən hər gün göyə açılan və yeri qazan əllərin dilə gətirə bilmədiyi məyusluq və kömək istəyi doğrudandamı cavabsız və mənasız məşğuliyyətdən başqa bir şey deyil? Yoxsa bütün bu sonu və əvvəli bilinməyən zamanın qarşıdakı illər ərzində bizə verəcəyi xoşbəxtliklər qurtuluşun və zəncirin qırılmağına səbəb olacaqmı? Və görəsən bütün bu böyük insan toplumu öz dünyasını qoruya bilməyəcək qədər aciz və bədbəxtdirmi?! Bu qədər cavabsız sual yetər məncə. Hansı ki, öncəki nəslin bütöv ömrünü sərf edərək tapa bilmədiyi həqiqətlərə aparan suallar..

ApeyronWhere stories live. Discover now