Kitabxana

77 16 2
                                    

Gördüyümüz hətta mövcud olan bütün kitabxanaların həcmi ilə müqayisə olunmayacaq qədər böyük və əvəzedilməz rahatlığı bizə verə bilən verən kitabxana. Hansı ki, buradakı kitabların sayı və həcmi görə biləcəyimiz kitabxanalardakı kitabların sayıyla müqayisədə onu yox edəcək qədər sonsuzdur. Elə kitabxanaki, bəşər sakinlərinin hiss və duyğuları, əməlləri və günahları, savabları və lənətləri, yaxşılıq və etdiyi pislikləri məhz bu kitabxananın heç vaxt tozlanmayacaq qədər təmiz rəflərində sahibinə çatacağı günü gözləyir. Arzular və hədəflərdə həmçinin..
Axı heç dünyaya özü-özündən özü-özünü yaratmaq istəyərək gəlməyib. Və heç kimdə bu seçimin qarşısını alacaq mərhələdə yaradılmayı! Razılaşırsınız yəqin..
Ağılalmaz dərəcədə geniş və gözqamaşdırıcı olan bu kitabxananın rəflərindən birində əvəzedilməz duyğu sevgi kitabı vardır. Hansı ki, kitabın içində bir zamanlar cismani dünyanın sakininin sevgi kitabında onun fədakarlıqları və yalanları vardır.. Amma kifayət qədər fədakarlıq yoxdur.. Yalan.. yalan... yalan.. fədakarlıq.. yalan və yenə yalan. Lənət olsun bəlkədə bu bəşərin əbədi və sona qədər sürəcək olan dəhşətli lənətidir!
Həmin bəşər sakinin digər kitabında isə onun istəklər və arzuları var. Hansı ki, bu arzuların kiçik qismi olsa belə boş qaba sıxacaq qədər mənalı və düşünülmüş deyil.. Bir neçə mənzil sahibi olmaq, daha "komfort" avtomobil sahibi olmaq, ən varlı olmaq, ən ağıllı olmaq.. Maraqlısı isə o heç vaxt qarşıdakı cənnət məkanın sadəcə böyük və yaxşı çəkilmiş portret olduğunu anlaya bilmədi..
Bəli bu kitabxana adı ilə çatdırmaq istədiyim ifadə məhz dünyadır. Elə dünya ki, sirlər, arzular, sevgilər və məqsədlər bizi olan hər şeyi o dünyada gizlədirik bizdən.. Kifayət qədər ciddilik və kobudluqla bura daxil olmaq istəyənləri qova bilirik.. Çünki bəşərin kiçik sakinlərinin sahibilınmək və özünküləşdirmək duyğusu digərlərindən kifayət qədər artıq təkmilləşmişdir.. Nəyinki, paylaşmaq, ötürmək duyğusu..
Və mən əminəmki, bir gün evimdən küçəyə çıxdığım zaman artıq sünilik və yalanların olmadığının, unsanlatın içlərindəki nifrətin və kinin, onlar üçün əvəzedilməz olan qəddarlığın və "mənəmmənlik" duyğusunun inların gözlərinən töküləcəyi, ifşa olunacaqları günü görəcəyəm. Hansı ki, hər şeyin bununla əvvəlki vəziyyətinə əslində olduğu vəziyyətə qayıtma ehtimalı var.. Yəqin ki, başa düşə bilirsiniz.
Və nə vaxt ki, isanlar əslində mövcudluq səbəblərini başa düşməsələr belə düşünsələr və cəhd etsələr əslində gördükləri heçnəyin düşündükləri səbəblərə görə yaradılmadığını, ölüm əslində keçid mərhələsi olduğunu və bu keçidi ancaq öz əzmləri, əməllərilə qazanacaqlarını anlaya biləcəklər.
Bu nəhəng kitabxanadakı kitabların sujetinin daha yaxşı olması üçün əslində onu yazarkən daha diqqətli və düşünərək yazmaq lazımdır. Hamımız bilirik ki, mənasız kitabları oxumamış bir kənara atırlar!
Mövcud olan hər şüyin əslində bir yaradılma səbəbi olduğu nəzərə alsaq bizlır niyə varıq deyə düşünün.. Nə qədər ki, gec deyil

ApeyronTahanan ng mga kuwento. Tumuklas ngayon