İnsanların lazımi zehni səviyyəyə sahib ola bilmədiklərini görərək dünyanın müəyyən nöqtələrində uzun dövrləri əhatə edəcək münaqişələrin əsası qoyuldu. Hansı ki, sonralar bizlərin bütün həyatının böyük hissəsini zəbt edəcəkdi.. Bu böyük və qəbul etməliyəm ki, kifayət qədər düşünülmüş planın bir parçası olan müharibələr və münaqişələrin beynin hər küncündə psixoloji təsirlərinin izləri var. Və bizlərin- hazırkı nəslin inanılmaz dərəcədə əsəbi, neqativ və gərgin olmasının səbəblərindən biridə məhz budur. Yəqin ki, doğulduğumuz bu bölgədəki insanların düşkün və gərgin olmasının səbəbini artıq bilirsiniz..
Amma maraqlısı budur ki, insanlar hələdə baş verən bu və ya digər müharibələrin hansısa xalqın maraqları uğrunda getdiyini düşünəcək qədər zəif və iradəsiz bir düşüncənin sahibi olmalarıdır. İnanılmaz hipnoz ustalarının göstərdiyi bu şou qurbanlarının bütün beyni və həyatı bəşərin bütün problemləri boyda sual altındadı? İnsan cəmiyyəti dondurulmuş ərzaq tək istənilən zaman isdilərək istifadə oluna bilir. Və artıq elə bir əsrin xoşbəxt sakinləriyik ki, bütün bunların fərqinə sadəcə yuxudan ayıldıqda vara biləcəyik..
Və görəsən teistik kitablarda qeyd olunmuş Adəm və Həvvanın lənətinin müasir genetik daşıyıcıları olaraq bu lənəti üzərimizdən atmaq üçün nə etməliyik? "
Sizlərdən biri nə vaxtsa bu sualı özünə ünvalya biləcəkmi? Doğrudandamı bütün vəzifələrim bu böyük müharibəni qələbə ilə başa vurduqdan sonra mükkəməl göstərişlə sona çatacaq? Və sonra daha bir müharibə, tanrım bağışla bu böyük dünya müharibəsinidə qələbə ilə başa vuraraq kilsənin müqəddəs ikonalarına təzim edəcəm! Amma düşünrəm ki, tökülən qanların bir qisminin gözlərini bağlaması onları kor, bütün bu texnika erasındakı lazerlər və müasir silahların səsi onları kar və kütləvi bəşər qətliyamı onları düşünə bilməyəcək qədər hissiz və duyğusuz məxluqlara çevirib. İnsanların özlərinə olan nifrəti nə vaxt ki, qoyulan həddi aşdı o zamandan bu lənəti ötürmək və üzərindən atmaq üçün bu cür qəddar üsullara əl atmağa məcbur oldu. Sərhədlər, bayraqlar, göz yaşları və qanlar hər biri heçnədən asılı olmayaraq bu dünyanın əbədi lənəti olaraq dünyanın əbədi hissəsinə qovuşacaqlar. Hər nə qədər onu gələcək nəsillərə ötürməyə çalışsaq belə. Qısa zamandan sonra artıq hər şey bitəcək və bu inanılmaz dərəcədə həzz aldığımız yuxudan ayılacağıq. Və qurduğumuz bütün sərhədlər, ərazilər, apardığımız danıçıqlar və birdə o lənətə gəlmiş kürsünü qarşımızda görməyəcəyik.. bundan öz adınız qədər əmin olun. Hər nə qədər onun əslini xatırlamasaz belə..
KAMU SEDANG MEMBACA
Apeyron
AksiBu hekayə Azadlığı qul olmağa dəyişməyənlər üçün yazılır... Xahiş olunur ki, bütün bölümləri diqqət və səbrlə sona qədər oxuyasınız. (türk arkadaşlarda okusun her kesin okuması lazım) Bütün hüquqları qorunur