Düşüncə

95 17 3
                                    

Elə anlayışlar var ki, zaman keçdikcə böyük insan kütləsi tərəfindən təsdiqlənərək qanunlar toplusuna çevrilir. Öyrətmək, moizə etmək, istiqamətləndirmək kimi. Ac kütlə qidalanmaq üçün öyrənmək, istiqamətləndirilmək üçün bu kütlədən azacıq fərqlənən bir topluma daima ac və susuzcasına möhtac olar.
Elə bir toplum ki, düşüncə təkamülündə irəli getdiyini anlayacaq qədər zehni inkişaf mərhələsini keçmişdir..
Maraqlısı isə insanların daima bu axmaq deyimlərə inanaraq özlərini aşğıdan zirvəyə çatdıracaq sürətlə qaçıb sonra yenidən aşağıya heç nə olmamış kimi tullanmasıdır.
Mənim maevtika metodu ilə yazdığım yazılar heç biri yeni düşüncə formalaşdıracaq potensiala sahib yazılar deyil.. Və heç kəsin!
Və dahi şəxsiyyətlərdən birinin dediyi kimi:
" Mama doğan qadının yanına gələrək yanlız uşağın dünyaya gəlməsinə kömək etdiyi kimi,məndə öz şagirdlərimə heç bir bilikdən məlumat vermirəm. Mən adamlara onların başının «hamilə» olduğu fikirinin aydın dərk olmasına kömək edirəm"
Yüksək təvazökarlıq, səhnədə birinci olmaq istəyi, birincilik istəyi və insanların "finiş"-ə ondan sonra çatacaq birinin belə olmaması istəyi əslində hər şeyin olduğu kimi deyil bizim istəklərimiz əsasında formalaşmasına şərait yaradır. Və hər nə qədər xoş və qulağa yatımli səslənməsə belə..
Məhz mənim maevtikamdan uzaq olan düşüncə insanlarda zəiflik və aşağılıq hissiyyatı, güvənsizlik və insamsızlıq duyğuları formalaşdırır..
Bə sizdə həmçinin sizə yeridilənləri udmaqla, verilən bütün zəhərli qidaları yeməklə məşğulsunuz. Və bu məcburiyyət sanki vacibliyiymiş kimi..
Qısa həyat hekayənizin yarı səhifəsinə çatmasına baxmayaraq hələ də sizə öyrədilənlərlə yaşamağa davam edirsiz. Lənət olsun! Azmış kimi bundan həzz alırsız.. Robot erasının sonuncu xoşbəxt sakinlər görəsən heç düşünübmü ki, bu qədər çətinlik və mürəkkəbliklərlə dolu mürəkkəb həyat əslində bizə bu qədər rahat və sadə gələcək qədər mənasız ola bilərmi?
Sizə yeridilən düşüncəylə formalaşır, düşünür, gedir, gəlir, yeyir, geyinir, yatır və azmış kimi gələcək nəsilidə bu üsulla tərbiyə edirsiniz... Bu zəncirvari axmaq və lazımsız sıralama bir ömür boyu davam edir, krallıq kürsüsü kimi növbəti nəsilə keçir və öncəki nəsildən daha həssas, axmaq, qəddar psixi zərər görmüş nəsil yetişir.. Düşünə bilən insanların statistikası bilməyənlərin statistik göstəriləricilərilə müqayisədə yox olur.. Amma insanlar üçün bunlardan daha vacib şeylər var..
Inkişaf etməkdə olan texnologiyalar, mobil və ağıllı telefonlar, daha geniş ekranlı plazma televizorlar insanları məhz həyatın anlamından uzaqlaşdıracaq qədər ağıllı düşünülmüş vasitələrdir. Hansı ki, bəşəriyyətiədə daxil olmaqla sizi lazım olandan və düşünüləndən daha artıq qane edir..
Fikirləriniz önəmlidir dostlar, unutmayın!

Təşəkkürlər..

ApeyronWhere stories live. Discover now