SUAL?

37 5 2
                                    

Uzun bir durğunluq və donma hissini keçirdikdən sonra qərara gəldim ki, uca boylu cənabların ölümsüzlüyün təbii olan mənbəyini axtararaq keçirdiyi vaxtla mənim reallığın əsl simvolunu axtarma cəhdlərim boyu geride qoyduğum saniyələr arasında heç də düşündüyüm qədər ciddi və böyük fərq yoxdur.
Həqiqətən də bütün gördüyümüz və görmədiyimiz hər şeyi əhatə edən bütöv reallığı sadə izahlarla ifadə etmək yaxud daha səmimi olsaq reallığı anlamaq və izah etməyə çalışmaq necə də gülməli bir vəziyyətə gətirir bizləri. Reallığı anlamağa çalışsaqda sonda anlaya biləcəyimiz tək şey bizə "bağışlandıqdan sonra alınan" hədiyyə kimi verilən başdan-ayağa ağ-qara maskalar arxasında gizlənən qısa metrajlı filmlərin həyatımızdakı yansıması olan bu teatr səhnəsindəki obrazımız daxili aclığımız və səsləməyə qorxduğumuz eqomuzun qurbanına çevrilib. Daha fəlsəfi desək, həyatımızda məna axtarkən öz daxilimizdən azad etməyə çəkindiyimiz "mən"-i mənasızlığın ən uca zirvəsinə atmışıq. Diqqətlə fikir versək reallıq və həqiqət axtarışında qısa bir müddət qət etdikdən sonra geriyə baxaraq əslində bizim həqiqət səviyyəsində əslində heç nə tapmadığımızı anlayırıq. Arxada qoyduğumuz keçmişimizdə daxil olmaqla hər şey olduğu kimi yenədə öz axarı ilə davam edir. Müharibələr daha qorxulu və daha dəhşətsaçan alovlar püskürür, keçmiş "quldurluğun" müasir forması olan terrorizmin daha müasir versiyası və daha təhlükəlisi yaranıb, əlbəttə insanlara dəyişməsədə geyimləridə dəyişib həmçinin, yeni ildə yeni velosiped arzusu ilə böyüməkdə olan uşaqlarda, insanlar əylənir, gülür, kədərlənir, ağlayır, qışqırır, səsləyir, hədələyir, bayramın gəlişi münasibəti ilə keçirilən şənliklərdə əyləncələr davam edir.
Doğrudur həyatımıza rəng qatmaq və ya onu mənalı etmək cəhdləri məhz bizim öz seçimlərimiz əsasında formalaşır. Əslində hər nə qədər bundan narazı olsaq belə qəbul edək ki, həqiqətən bu bizə verilmiş ən uca xoşbəxtlikdir.
Əslində bizə öz daxilimizdəki işığı kəşf etmək və onu ətrafın mükəmməl görüntüsünü öz ağuşuna alaraq görünməz edən qaranlığı işıqlandırmaq adına verilən dəyərli zamanı tapa bilməyəcəyimiz ya da tapdıqdansonra istədiyimiz, arzusunda olduğumuz xoşbəxtliyə nail olmayacağımız məşğuliyyətlərə xərcləmək üçün verilməyib.. Mürəkkəb görünsə belə heçdə vəziyyət göründüyü kimi mürəkkəb deyil siz heç görmüsünüzmü, kimsə qulaq asmadığı nələrisə eşitsin?
Kimlərinsə düşüncələrinə görə bizlər min illər sonrakı nəslin yaddaşında bizdən min illər öncə yaşayan, sevən, işləyən, düşünən, evlənən, rəssamlıq edən, silah hazırlayan, heykeltaraşlıq edən, incə memarlıq nümunələri yaradan və bir sözlə bu günə qədər hələ də qırılmaz zəncir tək davam edən bu birləşmənin hələ də davam etmə səbəbkarı olan insanlar kimi tarixin saxta bazasının kiçik bir səhifəsində belə yer almayacayıqsa, görəsən hansı reallığı axtarıb onun mühafizəkar mələyi olaraq öz məqsəd və arzularını tənhalığı boğmaq üçün qurban vermək haqqında düşünürük?
Xoşbəxtliyi axtaran qoca dərviş sonda anladı ki, onu uzaqlarda və kainatın uzaqlarda hansısa bir nöqtəsində axyarmaq lazım deyil. O anladı ki, xoşbəxtlik axtarışında əlindən qaçırdığı anlarda daxil olmaqla xoşbəxtlik hər anda və zamandadır. Hər nə qədər müdrik və uzaqgörən olsa belə o anladı ki, öz dünasında baş verən hər şey məhz istədikləri və istəmədikləri çərçivəsindən kənara çıxa bilmir. Xoşbəxtliksə yalnız onu səmimiyyətlə arzu edənlərin və istəyənlərin hər anındadır.. Bəlkə də mürəkkəb görünüşlü hər şey əslində çox zəif bir işıqlada aydınlana bilər..
Aydındır ki, zirvəyə çatmaq üçün bizlərə lazım olan yeganə şey məhz atdığımız addımlardı. Yolun uzunluğu və bu yolda qarşımıza çıxacaq çətinliklərdə daxil olmaqla hər şey məqsədlərimizin qarşısında "şəkərin suda həll olaraq ona qarışması" kimi onu daha da güclü etməlidir. Ah əlbəttə, mən nə danışıram?! Qorxudan uzaq hədələrlə dolu yazılarla nə sərsəmləyib, beyin yorucu cümlələr işlədirəm?!
Bəlkə də, texnika erasında yaşamağımız heçdə axtarışında olduğumuz reallığa, mövcudluğa və yaxud da həqiqətə çatmağımız demək deyil. Bəlkə də, tapdıqdan sonra həqiqət atom bombasının etdiyi təsir qədər qəlbimizi alovlandırıb, göxlərimizin sönmüş işıqlarını yenidən yandıra bilməyəcək?! Kim bilir o bəlkə də uzaqlarda bir uçağın oyuncaq çantasının içərisində gizlədilib. Bəlkə də, sönmüş oyuncaqları hərəkətə gətirəcək qüvvəni hərəkətsiz oyuncaqların yanlarında qoyublar? Hansı ki, bu oyuncaqları hərkətə gətirəcək qüvvə tapıldıqdan sonra onların sönüb-sönməmək sualının cavabı isə məhz özlərində olacaq. Axı bilirik ki, həyat seçimlər əsasında formalaşır.. Hətta oyuncaqların həyatı belə!
Bir gün sadə toplumun içərisindən hər şeydən və hər kəsdən bezmiş sadə vətəndaş çıxaraq "onu heç vaxt tapmayacaqsınız, axı harada görülüb ki, ceyran aslanı parçalayaraq yesin?! " desə qəzəblənmiş toplum əvvəlki vəziyyətinə qayıtmaq üçün onu daş-qalaq edib öldürəcəksə kimlər "günahkarları" sevinc və alqış sədaları ilə məhv edərək qərəzsiz cavabı ala biləcəklər?!

Вы достигли последнюю опубликованную часть.

⏰ Недавно обновлено: Jul 24, 2015 ⏰

Добавте эту историю в библиотеку и получите уведомление, когда следующия часть будет доступна!

ApeyronМесто, где живут истории. Откройте их для себя