Elə şeylər vardır ki, mümkünlüyü nə qədər ağılabatan olmasada, az bir kütlə tərəfindən qəbul edilir..
Ay işığın günəşin lənət saçan şüalarından daha parlaq və daha cazibədar olması kimi.. Ya da fizika elminin dünyaya gətirdiyi yeni nəzəriyyə-maddənin yoxluğu nəzəriyyəsi kimi.. Hansı ki, maddəni introseptiv və ekstroseptiv duyğular vasitəsilə duya bilir və beyində gözlər vasitəsilə canlandıraraq onu tam bir cisim və maddə kimi qəbul edə bilirik..
Uşaqkən hər biriniz qaranlıqdan qorxmusuz yəqin ki. Və maraqlıdır aranızda düşünən olubmu ki, bu qorxunun və sirrin mənbəyi haradır?.. Sizə desəm ki, bu qorxunun müəyyən səbəbləri var, cəfəngiyyatdır deyərək uzaqlacaqsınız..
Və bəlkə də, problem burdadır. Hansı ki, özünü öz daxilində sorğulaya bilməməyin problemi buradan başlayır.. Hansı problem?
Həmin problem ki, bəzilər axmaqlıq göstəricisi, bəziləri kin və nifrət göstəricsi və bəziləridə genetik daşıyıcısı olduğu qəbullana bilməmək və razılaşmamaq probleminin göstəricisi olaraq həyatın baş-ayaq qavranmasına gətirib çıxarır..
Bu yaxınlarda belə bir başlıqlı qəzet oxudum:
"İnsanların hörümçək və kiçik çoxayaqlılara qarşı fobiyasının səbəbi nədir? "Maraqlı başlıq olduğu üçün oxumağa qərar verdim və oxudum. Belə qənaətə gəldim ki, insanların iksəriyyətində özünü göstərən çoxayaqlılara qarşı fobiyanın səbəbi məhz ona əcdadlarında keçən genetik daşıyıcılıq xüsusiyyətidir.. Və bəlkə də.. Yox, əminliklə deyirəm ki, problemin başlanğıcı genetik daşıyıcılıq və ötürmədir.. Hər nə qədər sizə, mənə və kiməsə çatmasa belə bu axmaq eranın çatışmamazlıqlarını, artıqlarını və tullantılarını bizdən yarım əsr sonrakı nəsilə nəvaziş və qayğıyla ötürəcəyik... Sanki buna biz qərar verməli deyilikmiş kimi!
Hər nə qədər inkar edərək, qəbullanmasaq belə bu həqiqətdir... bizdəki göstəricilərin əksəriyyəti bizdən öncəki nəsildədə özünü göstərmişdir.. psixi travmalar və zədələrin bir səbəbidə məhz budur.
Amma bütün gününü gülərək, bağlraraq, qırıb-dağldaraq və televizora zillənib nəsə maraqlı şey gözləyən insanların gələxək genetik daşıyıcıları daha axmaq, daha cılız və daha aciz olacaq çətinliklər qarşısında..
Ünsiyyətdə olduğum yaşlı nəsilin hər biri eyni sözü deyir və təkrarlayırlar:
"Bizim vaxtımızda heçnə belə deyildi"..
Nəzərə çarpmayacaq qədər güclü və sürətli inkişaf edən insan çağı sadəcə baş qatmaq və saxtakarlıqla robot insan nəsli yetişdirmək arzusundadır..
Amma daha vacib və daha maraqlı, əyləncəli işlər var:
Televizora baxmaq, yatmaq, yemək, gülmək, bütün günü sosial şəbəkələrdə vaxt öldürmək kimi!
Bir şey undulumaz və danılmaz faktdır
Zaman ölmür!
Qeyd:İntroseptiv- Daxili duyğu orqanları
Ekstroseptiv- Xarici duyğu orqanları

VOUS LISEZ
Apeyron
ActionBu hekayə Azadlığı qul olmağa dəyişməyənlər üçün yazılır... Xahiş olunur ki, bütün bölümləri diqqət və səbrlə sona qədər oxuyasınız. (türk arkadaşlarda okusun her kesin okuması lazım) Bütün hüquqları qorunur