Bir qədəh əzab

50 9 1
                                    

Əziz və doğma səslənir elə deyilmi? Uçan balığa həsəd aparmağa necədə bənzəyir uşaq olarkən böyümə istəyi. Hansı ki, böyüməklə əslində həyatının bəlkə də ən böyük səhvini etdiyini anlayır həmin insan.
Həyat əzab və ağrı dolu iynələrilə bizi çempion olmaq istəyindən uzaqlaşdırmağa çalışsa belə bizdə bu oyundan heçdə zəif göstəricilərə sahib oyunçu deyilik elə deyilmi? Hansı ki, daha böyük məqsədlərin sahibiyik. O qabaqdakı sarışın qızla birlikdə olmaq kimi... Və elə indicə yanımdan keçən kifayət qədər dəbdəbəli görünüşə sahib son model avtombilin komfort oturacaqlarında əyləşərək bu nəhəng və gözqamaşdıran işıqları olan meqapolisin geniş küçələrində özümü digərlərinə göstərməyi istəmək kimi.. və daima düşünürəm görəsən bütün bunların mənasızlığını dərk edən sonunculardan biri niyə məhz mən oldum? Hansı ki, məndə televizor qarşısında əyləşərək siyasətin sivil insanları necə əzdiuini görüb söyüşlə monoloq təşkil edə bilərdim. Və görəsən bu təbii və sözlə ifadə edilməyəcək qədər saf hisslərin formalaşmasına şərait yaradan nə oldu?.. və görəsən indi bu hündür binanın aşğısından keçən kiçik insanların hansı bu hissləri keçirir və bilməli olmadığı şeyləri bilir?
Nəzərə alsaq ki, bu döyüş rinqində rəqiblərimizə qarşı tək döyüşürük qələbə qazanma ehtimalımız sıfıra bərabərdir hətta daha aşağı. Hər nə qədər zərbə endirərərk özümüzü müdafiə etməyə çalışsaq belə bu qədər çox rəqiblə bacara bilmərik. Və döyüşü uduzsaq belə qəddar və amansız rəqiblərimiz bütün yalvarışlarımıza və əfv diləməyimizə baxmayaraq bacardığı qəddər ciddi və ağır zərbələrlə bizi rinqin kənarına atırlar. Hansı ki, yenidən özündə güc taparaq bədbəxtlik gətirən rinqə xoşbəxtlik titulunu qazanmaq üçün çıxa bilənlər çox az olur..
Və oyunun qaydaları hər nə qədər sərt olsa belə onu oyamağa artıq məcburuq, doğrudur dostlar? Hər nə qədər istəməsək belə bu qaç-qov yarışmasındakı ilk başlanğıc fitinidə məhz bizlər çalırıq. Hansı ki, günahı nə qədər üzərimizdən atmağa çalışsaq belə bu bizim güzgüdəki əksimizdir. Və bu insanların əslində necə də qəddar,amansız və maskalı varlıqlar olduğunu göstərir.. yəqin sizdə mənimlə razılaşarsız..
Və əminəm ki, dəbdəbəli sarayların içərisindəki sükut belə bütün bu müharibələrə, tökülən qanlara, kəsilən qollara və o əlində parlaq baltası olan cəlladın əmməllərinə baxmayaraq içimizdə mövcud olan bu duyğusuzluq və susuqunluğu əvəz edə bilməyəcək qədər banaldır. Və əsrlərin sınağından keçərək dəyişikliyə uğramasına baxmayaraq ətraf mühitə uyğunsuzluğun səbəbi də bu olsa gərək.. nəvaziş istəyindən formalaşmış duyğusuzluq və susqunluq..

ApeyronWhere stories live. Discover now