Quru sahillər

45 15 0
                                    

Zamanı qatilə bənzətməkdə bəlkə də haqlıdr insanlar..
Necə ola bilər ki, sonsuzluq və əbədiyyət qavramına sahib insanın milyonlarla xəyal, arzu və istəkləri illər keçdikcə zamanın mürəkkəb maşını içərisində əriyərək heç olar. Və geridə buraxılan axmaq göz yaşlarınıda nəzərə alsaq nizamın və qanunauyğunluğun heçdə hər yerdə olmadığı görərik..
Hansı ki, daxilində tökdüyü göz yaşları quru okeanı dolduracaq qədər hüzün və qəm doludur.
Və necə olur ki, qurduğu nəhəng kitabxana bir anda heç yaranmamış və mövcud olmamış kimi zamanın sonsuz dalğalarına qarışaraq onun bir parçası olur?
Elə bir qatil ki, dərk edə və düşünə bilməyəcəyimiz mürəkkəbliyi özündə sirr olaraq saxlayır. Və bəlkə də heç bir zaman bu kilidi açacaq açarı tapa bilməyəcəyik.. nə qədər çox istəsək və can atsaq belə..
Amma əminliklə deyə bilərəm ki, bu möhtəm nizamsızlığınn yaranma səbəbidə məhz insanlardır. Hansı ki, yaradılan hər bir şey mükəmməlik və mürəkkəblik, gözəllik və füsünkarlıq nümunəsidir..
Necə ki, əslində fərqli ölçülərə keçiddən insanların hədsiz qorxutduğu kimi.
Amma bilirik ki, şəlalənin sonundakı dərinliyi öncədən görən biri hər nə qədər sürətli qayıq çəkən olsa belə o dərinliyə düşməyə məcburdur və cəzasıdır... və sizdə yəqin əmsiz ki, bu həmin qayıqçəkənin öz seçimidir..
Sonsuz zaman okeanıda belədir dostlarım, hansı ki heç bir zaman qurumur və artmır. Donaraq hərəkətli olan hər şeyidə donduraraq sanki bundan həzz alır..
Amma bəlkə də yox...
Bəlkə də, bütün quru sahillər bu sonsuz okeana qarışaraq yenidən quru sahilini qidalandıra bilir..

Qeyd:
Sonuncu yazılarım demək olar oxunmur. Dostlar, oxuyaraq fikrinizi bölüşə bilərsiniz....

ApeyronTempat cerita menjadi hidup. Temukan sekarang