Arzu Fərhadın əllərindən tutdu və yanağından öpdü. Fərhad onun halını-əhvalını soruşdu. Arzu yaxşı olduğunu bildirdi və əyləşdilər. Bir az söhbət etdikdən sonra Arzu dayana bilməyib Fərhada olanları anlatdı.
- Dayana bilməyəcəm.
-Aha, axır ki! Bilirdim elə. Danış görək.Arzu stulda o tərəf-bu tərəfə hərəkət edib axır ki sözü dilinə gətirdi və davam etdi.
-Bu gün mənim anamla atam gəlib.Fərhad sözünü yarımçıq qoyub,təəccüblə "Mənim də ailəm gəlib,təsadüfə bax." -dedi.
-Mənim ailəm darıxdığı üçün yox,tam fərqli səbəbə görə gəlib. Mənim bacım İncinin böyrək çatışmazlığı var,məndən kömək istəyirlər,etməsəm öləcəkmiş.
-Bəs nə edəcəksən,Arzu?
-Kömək etməyəcəm təbii ki.
-Axı o sənin bacındır,həyati məsələdir.
-O mənim bacım olmayıb,onlar isə mənə heç bir köməklik etməyib. Lənət olsun, belə ailəm olmamalı idi..
-Səni başa düşürəm. Necə istəyirsən elə də et.Arzu qərarsız formada başını sağa çevirib, kafenin böyük şüşəsindən çölə baxdı. Onlar ayağa qalxdılar və soyuq payız fəslində donaraq bir-birinə sarılıb gəzdilər.
-Sənin ailən gəldi deməli..
-Hə, onlar bizdədir.
-Nə gözəl. Nübar xala necədir?
-Çox yaxşı görünürlər.Arzu heç dəxli olmadan söhbəti öz sənəti ilə bağlı söhbətə çevirdi.
-Fərhad. Sırası deyil,amma mən hələ də çox narahatam.
-Nə barədə? Məqalə?
-Hə.. Nə edəcəyimi heç bilmirəm.
-Hələ vaxt var,narahat olma,Arzum!*****
Arzu bu gün evə gec gəlmişdi, binaya yaxınlaşdıqda blokun qarşısındakı yekə daşda anası ilə atasının oturduğunu gördü. Arzu vecsiz formada bloka girəcəkdi,amma ailəsini belə vəziyyətdə qoymaq istəmədi.
-Sizin qalacağınız yer də yoxdur,hə?Anası Arzuya baxıb,təsdiqlədi.
-Təəssüf ki. Biz burda sabahlaya bilərik,eybi yoxdur.
-Zarafat edirsən hərhalda. Hava dəhşət soyuqdur,qış fəsli yaxınlaşır.Gəlin,bu gün məndə qala bilərsiz.
Atası qızına baxıb,gözlərini bərəltdi;
-Əsl,zarafatı sən edirsən deyəsən!
Bu günlük məndə qala bilərsiniz"deyir.. Bu da tərbiyə verdiyin qız..Reyhan!
-Afərin,tez mənim üzərimə at! Bir İnciyə bax,bir buna. Qızın qanında var,mən nə edim?Arzu əsəbləşib,üstlərinə bir az yüksək tonla ;
-Sizi bir insan kimi evimə dəvət etdim, bir də durub mənim tərbiyəmi müzakirə edirsiniz. Əgər bu təklifi sevmədinizsə, rədd edin. Mənim tərbiyə vericim siz yox,özüm olmuşam.Anası ilə atası bir-birinə baxıb işarə etdilər və razılaşdılar.
-Yaxşı,onsuz elə sən özün universiteti qazanmamışdan əvvəl bizimlə birlikdə yaşayırdın. İndi bəyəm sən evini bizə açmayacaqdın? (Anası dedi)Arzu asta səslə "Ya Səbir" deyərək, blokun pilləkənlərini qalxdı,ailəsi isə onun ardı ilə. Evə qalxdıqdan sonra anası çantasını qapının qarşısındakı şkafın üzərinə tullayaraq, oraya qoyulan stulda əyləşdi.
-Yaman yorulmuşam,Arzu, ayaqqabılarımı çıxar,əyilə bilmirəm.Arzu dərin bir nəfəs çekərək əyildi və ayaqqabının bağlarını açdı,özünə tərəf çəkdi. Ayaqqabı çıxardıqdan sonra"Siz mətbəxə keçin,mən bir azdan gələcəm" dedi.
Tez otağa gedərək,qapını bağladı və "Aman Allah,bu gün böyük sıxıntı məni gözləyir!İndi yatacam və tez sabah açılacaq mən isə evdən gedəcəm,gəldikdə onlar da olmayacaq."
Üstünü-başını dəyişib bir az mürgüləmək istəmişdi ki, mətbəxdə onların səslərinin üzündən heç gözlərini yuma bilmirdi.
Arzu bir az əsəbi biri idi,buna görə də otaqdan qəzəblə çıxıb,qapını bərk çırpdı. Mətbəxə sərt addımlarla getdi,üz qaşının forması dəyişdi və kobud sözlərlə onları cavabladı.
-Arzu,bala,sən nə yeyib içirsən? Heç iş gəlmir sənin əlindən? Evdə yeməyə heçnə yoxdur.
-Çünki vaxtım olmur,işdən evə gedib gəlirəm,indi isə məqalə yazmaq üçün evdə olmuram.
-Mən sənə dedim də vaxtında,jurnalist olub nə edəcəksən? Al bax,indi heç evə də gəlməyə vaxt tapmırsan. Yazıq.
-Mən sənətimdən çox razıyam! Sənin kimi sənətsiz olub,evdə oturmaqdansa,işimi qurub cəmiyyət ilə qarışım.
-Nç nç nç.. Heyf səndən,bala! Heç sözüm yoxdur!Birdən söhbətin ortasında qapı çalar. Arzu qapını açmağa gedəcəkdi ki,qapı daha da sərt döyülməyə başladı. Bir az həyəcan,bir az narahatçılıq bir az da qorxu hissi bürüyən Arzu gedib qapını açdı. Qapını döyən Mədinə xala idi. Tənginəfəs bir vəziyyətdə idi.
-Yetiş,Arzu,yetiş!
- Nolub ay Mədinə xala?( Arzu onun qolundan tutaraq içəri dəvət etdi)
-Züleyxa! Züleyxanın halı yaman pisləşib. Həkimlər indi zəng etdi, dedi dərhal gəlin. Gecə-gecə tək getmək istəmədim bu vəziyyətdə.Reyhan mətbəxin qapısından onlara baxır,yaxınlaşır və "Arzu,bu kimdir?" deyir.
Arzu arxaya çönərək,"qonşumdur gözlə bir" deyir və sonra Mədinə xalaya çönərək "Əlbəttə,mən sizi tək qoyarammı heç?" deyir.
-Ey,hara gedirsən gecə-gecə?
-Siz qalın burada,ən yuxarıda bir otaq var orada yatarsınız. Biz xəstəxanaya gedməliyik.Reyhan acıqlı-acıqlı baxaraq, "atan eşitmir amma bilsə əsəbləşəcək!"
-Vecimə deyil!
Arzu paltosunu əyninə keçirir və onlar cəld çıxırlar.
![](https://img.wattpad.com/cover/83408487-288-k838579.jpg)
YOU ARE READING
Keçmişimi Anlatma (TAMAMLANDI)
Romanceİki uşaqlıq dostu illər sonra rastalaşar və yenidən əlaqələ qurarlar. Jurnalistlik oxuyub ,işləyərək öz ayaqları üzərində duran gənc qız Arzu və təhsilini yarım buraxmış Fərhad'ın hekayəsi. 🔥🔥🔥 Fərhad Arzunun gözlərini açdı və Arzu əllərini üzü...