Arzu ilə Mədinə xala birlikdə xəstəxanaya yola düşdülər. Xəstəxanaya vardıqdan sonra Züleyxanın qaldığı mərtəbəyə qalxdılar. Həkim onları qarşıladı və Züleyxanın vəziyyətinin kritik olduğunu anlatdı. Amma,artıq halı yaxşılaşmışdı. Ona sistem qoşmuşdular və sakitləşərək gözlərini yummuşdu. O, saçlarının kəsilməsini istəmirdi və artıq saçlarını oynatdıqda ovucuna yığılıb qalmasına pis olmuşdu. Buna görə də o xəstəxanada qışqıraraq,həkimlərdən cavab axtarırdı. Müalicə olunaraq qurtulmaq,əgər alınmırsa xəstəxanadan getmək istəyirdi.
Həkim onları öz iş otağına dəvət etdi və birlikdə içəri daxil oldular. Həkim əvvəlcə əllərini bir-birinə vuraraq,barmaqlarını barmaqlarına sürtdü. Sonra stolun arxasına keçərək,stulunda əyləşdi. Ağ saçlarını qaşıyaraq, söhbəti açmağa çalışdı.
-Züleyxa haqqında artıq məlumatlarımız dəqiqdir.Mədinə xala yerindən çönərək Arzuya baxdı,ağlamaqdan gözündə yaş qalmamış və şişli gözlərlə bir də həkimə dönərək baxdı. Qəlbinin ritmi tezləşdi və həkimin dodağını izlədi,sözlərin ciddiliyini tutmaqa çalışdı. Nə cavab alacaq bilmirdi və hər türlü cavaba özünü hazır etməyə çalışırdı. Nəhayət ki dağınıq buruq saçlarını düzəltdi və artıq hazır olduğunu dedi. Həkim ona Züleyxanın sağalması üçün yüklü miqdarda məbləğə ehtiyac olduğunu söylədikdə,Mədinənin dünyası başına yıxılmışdı. Rəngi dəyişmiş və artıq çarəsizliyinə məhkum olaraq,anladı ki Züleyxanın sağalması artıq bir istəkdir.. Ya da bir dua..
Bu məsələdən sonra Mədinə xala evə bu halda necə gedəcək deyə narahat olan Arzu fikirləşirdi ki bir çıxış yolu tapsın. Birlikdə taksiyə minərək, evlərinı getdilər. Mədinə maşında olarkən,pəncərədən elə səssizcə baxıb,gözü yol çəkirdi.nə edəcəyini bilməyən Mədinə dualarını əksik etmədi. Maşından düşərkən hər kəs öz evinə getdi. Arzu ilk əvvəl Mədinəyə onunla bir qala biləcəyini söyləsə də,Mədinə buna razı olmadı. Ailəsi nigaran qalmasın deyə,Arzunun evə getməsini istədi.
Səhər açıldıqda, Arzu yaxı rəfiqəsi Leyla ilə görüş üçün evdən çıxmışdı. Onlar Fərhadla görüşdüyü kafede görüşdülər. Arzu hər olan bitəni yaxən dostuna anlatdıqda,söhbət bitmədən Fərhad zəng etdi. Arzu ilə bu gün görüşüb vaxt keçirmək istəyirdi. Arzu ona boş olduğunu və bir azdan gəlivb kafedən onu almasını söylədi.
Bu gün Fərhad sadə,günlük həyatını yaşayırdı.. Dərdsiz,problemsiz... Elə Arzu ilə danışdıqdan sonra,mətbəxə keçib kofesini içərək evdən çıxacaqdı. Nübar Fərhadı öpərək "Canım oğlum,harasa gedəcəksən bu gün?" dedi.
-Bəli ana,hətta indi çıxıram.
- Hara belə?
-Arzu..
-Arzu? Aa,bizim o balaca qız?
-Ana,biz böyümüşük,nə balaca?
-Nə bilim,elə qalıb yadımda. Həmişə oyuncaq ayısı ilə olurdu,o oyuncaqdan qısqanırdın onu, çünki səninlə yox ancaq onunla oynayırdı.
-Hə,o Arzu..
-Tapdınız bir birinizi? Halaldır. Əsl dostluq belə olar!
-Bəli,avtobusda rastlaşdıq.
-Yoxsa,dostluq deməməli idim? Hə?
-Ana,yaxşı,sonra danışarıq,çıxdım.. (Anasının yanagından öpərək)Arzu ilə Leyla ayağa qalxırdılar ki,həmin vaxt Fərhad kafenin qapısını açaraq ətrafa göz gəzdirdi. Arzu əl edərək,yanına qaçdı. Bərk sarılaraq "Yaman darıxmışam!" dedi. Bu vaxt Leyla arxadan asta-asta gülərək gəldi və Fərhada əlini uzadaraq "Deməli,Arzunun dilindən düşməyən Fərhad sən imişsən" dedi.
-Bəli,axır ki tanışmaq qismət oldu.
Fərhad Arzunun çiynindən qolunu keçirərək, "Arzum,biz gedək?" dedi.
Arzu asta səslə, "Leylaya ayıbdır,soruşaq görək o hara gedir,yolumuzun üstüdürsə bir gedək" dedi. Leyla bu danışıqları eşitdiyi üçün onlara cavab verdi və işləri olduğunu bildirdi.Arzu ilə Fərhad bu gün nə etsinlər deyə düşünürdülər. Və Fərhadın ağlıba bir fikir gəldikdə, Arzunun əllərindən tutaraq oraya aparmaq istədi. O qədər sevincli idiki, halhazırda kefini pozan heçnə ola bilməzdi. Təbəssümü üzünən əksik olmadı.. Soyuq havada donmuş və qıpqırmızı olan burnunu Arzu isti əli ilə isitmək istədi, bu vaxt Fərhad bunu görüb Arzunun burnundan öpdü. Arzu asta-asta güldü və Fərhad onun burnunu dişlədi. Arzu Fərhadın çiynindən arxaya tərəf itdi. Fərhad onun əllərindən tutaraq, "Az qaldı,indi çatacayıq" dedi.
Bu sözdən tam 3saat keçmişdi... Arzu dayana bilməyib sözünü dedi:
-Lap ayaqlarım ağrdı,taqətim yoxdur,3saat deyirsən ki,çatırıq. Daha hava qaralır,səma tünd göy rəngini alıb. Dəhşət də soyuqdur.
-Hələ yarım saatdır maşından düşmüşük.Səbr et indicə çatacayıq,Arzum.Soyuq havada donaraq gəzən iki gənc... Arzu bəzən yolda şıltaq hərəkətlər edərək,Fərhadın üzünü güldürür,bəzən ciddi olaraq Fərhadın onu əzizləməsini gözləyirdi. Hava tamamən qaralmamışdı ki, uzun bir yol gəldikdən sonra Arzu, kiçik bir ev gördü. Fərhad ona baxaraq:
-Çatdıq!
-Evə? Ev üçün gəldik bu qədər yolu? (Arzu əyilərək dizlərinə əlini qoydu və tənginəfəs qalmışdı)
-Bəli,bu adi ev deyil.. Hüzur dolu bir evdir. İsti evdir.. Həm əlinə qəhvəni alaraq,pəncərə kənarında kitab oxumalıq,həm ocağın qarşısında ədyala bürünərək film izləməlik,ya da söhbətləşməlik.. Ya da tam fərqli,sadəcə susmaq.. O damı görürsən?
-Aha..
-Bax,oraya döşəkləri qoyursan,üzərinə də ədyalı örtürsən.. Elə ordaca uzanırsan.. Amma sən orada üşüyərsən. Nəysə,gəl gedək!Arzunun əlindən bərk tutaraq, evə doğru qaçdılar. Fərhad qapının qarşısındakı dibçəyin içərisindən açarı çıxararaq,qapını açdı. Arzu məhəttəl qalaraq sadəcə həyatın onun qarşısına çıxardığı gözəl varlığın dodaqlarını izləyir,dediklərini dinləyirdi. Üzünə təbəssümlə,maraqla baxırdı. Hər cərgəsini əzbərləyirdi..
İçəri daxil olduqda Fərhad Arzuya baxaraq:
-Paltonu çıxarma,qoy ocağı yandırım,ev isinsin..Arzu çıxarmaqda olan paltosunu geyinərək,içəri daxil oldu.
-Amma,ayaqqabılarını çıxara bilərsən (Arzuya baxıb gülümsəyərək)
-Heç gülməli deyıl.. (Arzu da gülümsəyərək,Fərhadın saçlarına toxunaraq dağıtdı)Fərhad ocağı yandırarkən,Arzu da mətbəxə daxil oldu.
Fərhad Mətbəxdən stəkan,qab-qacaq səslərini eşitdi və oraya getdi. Arzunun yemək üçün bir şeylər hazrladığını gördü və arxadan gələrək ona sarıldı. Arzu üzünü ona doğru çevirdi və Fərhad yanaqlarından öpdü.Arzu soyuducuda qalan ərzaqlarla yeyəcək bir şeylər hazırladı və qazın altını yandıraraq çayı isitdi.
Yeyəcəkləri və isti çayı gətirirək salona daxil oldu. Fərhad şamlarla bəzədilmiş otağın işığını söndürüb,elə şamları tək-tək yandırmağa başladı. Film izləmək üçün televizoru yandırdı və sevdikləri filmi qoydular. İkisi də divanda uzanaraq,ayaqlarını üst-üstə uzatdılar. Eyni ədyala sarılaraq, əllərində atışdırmalıqlarını yeyirdilər. Filmi izlərkən həm gülür,həm də maraqla sanki filmin içinə dalmışdılar.

YOU ARE READING
Keçmişimi Anlatma (TAMAMLANDI)
Romanceİki uşaqlıq dostu illər sonra rastalaşar və yenidən əlaqələ qurarlar. Jurnalistlik oxuyub ,işləyərək öz ayaqları üzərində duran gənc qız Arzu və təhsilini yarım buraxmış Fərhad'ın hekayəsi. 🔥🔥🔥 Fərhad Arzunun gözlərini açdı və Arzu əllərini üzü...