"Mənimlə Evlənərsən?"

75 10 0
                                        

Arzu sevincli səslə
"Əlbəttə,gedək"

Gecəni maraqlı keçirdikdən sonra artıq evə qayıtmaq vaxtı idi. Fərhad Arzuya baxaraq

"Dediyimi düşün, o sərgiyə qatıl"

"Yaxşı,baxaram"

Arzu Fərhadın yanaqından öpmək üçün ona yaxınlaşdı. Dodaqlarını Fərhadın yan tərəfə çevrilmiş olan yanağına yaxınlaşdırdıqda,Fərhad həmin an heç fərqinə varmadan çevrildi. Arzunun dodağı Fərhadın dodağına dəydikdə Arzu utanaraq üzünü geri çəkdi və Fərhadın gözlərinə baxdı. İkisidə bundan utanmışdı,çünki həm gözlənilmədən oldu,həm də "İlk öpüş" idi.. Fərhad utanclıq hissini kənara ataraq,Arzuya yaxınlaşıb dodağından bərk öpdü. Arzu onu sevdiyi üçün bu onda xoş bir his bağışladı və ona qarşılıq verdi. Sakitcə dodaqları bir-birindən çəkdikdə Fərhad Arzunun qapanmış gözlərini astaca açdığını gördü. Arzu qəlbinin döyüntüsünün səsindən,ətrafı duyamaz hala gəlmişdi. Fərhadın gözlərinə 4-5saniyə baxdıqdan sonra özünü geri çəkib,səs tonunu düzəltdi.

"Yaxşı,mən evə gedim,danışarıq"

"Yaxşı,Arzum. Səni sevirəm"

Arzu bir az utancaq səs tonu ilə:

"Məndə səni.."

🔹🔸🔹🔸

1həftə sonra

Arzu bu gün ailəsini yola saldıqdan sonra, biraz rahatlama hissi ilə içəri keçdi. Saçını düzəldərkən mahnı oxuyur,reqs edirdi. Birdən qulağına musiqi səsi dəydi və sakitcə dayanıb haradan gəldiyini bilmək istədi. Mətbəxdə qoyduğu əl telefonunun zəngi idi.. Və qaçaraq telefonunu axtardı. Stolun üstündə görmədikdən sonra,göz gəzdirdi. Arzu telefonu necə atıbsa,divanın arasına düşmüşdü. Tez oradan çıxarıb ekrana baxdı. Zəng edən Müdir idi. Arzu çox narahat idi,çünki artıq neçə günlər,həftlər keçmişdi amma hələ bir məqaləni hazırlayıb ortaya çıxara bilməmişdi. Axır ki, həyəcanlı formada telefonu cavabladı.

"Bəli,Bəhram bəy"

"Alo,Arzu. Gör neçə həftə keçib,sən hələ işə gəlmirsən. Səndən nə səs var,nə səda. Xəbərim olmadan işdən çıxarsan birdən."

"Xeyr Bəhram bəy. Bağışlayın,inanın ki heç vaxt olmur. Sizin dediyiniz o məqaləni hazırlayıram"

"Nə yaman gec.. Hələ hazır deyil?"

"Xeyr. Amma 1-2 günə masanızın üzərində olacaq,narahat olmayın"

"Yaxşı,biraz tələs."

Telefonu söndürdükdən sonra heç 5 dəqiqə keçmədən Fərhad zəng etdi.

"Arzum,axşam gəlirsən də?"

"Hara?"

"Hara olacaq? Sərgiyə"

"Eh,tamam yadımdan çıxıb"

Arzu əslində getməyi heç istəmirdi,amma bayaq müdirin dediklərindən sonra tələsməli və təcilən bir şeylər yazmalı idi.

"Yaxşı,gəlirəm,axşam binamızın qarşısında ol."

Fərhad bu gün dostu,hətta qardaş kimi mübasibəti olduğu biri ilə ,yəni Cəlil ilə birlikdə idi. Cəlilə baxıb dedi

Keçmişimi Anlatma (TAMAMLANDI)Where stories live. Discover now