⚘Oğuz xaqan

57 21 62
                                    

«Madam ki, mən xaqanınız oldum,ordumuzun qarğıları dəmirdən bir meşə,göy üzü çadırımız,günəş isə bayrağımız olacaqdır...»

Günlərin bir günü Ay xaqanın gözü parladı və bir erkək cocuq doğdu. Bu cocuğun üzü göy kimi parladı. Ağzı atəş qazılı, gözləri ala, saçları və qaşları qara idi. Pərilərdən daha gözəldi...

Bu cocuq ana südündən bircə dəfə süd içdi, bir daha içmədi. Sonra dilə gəlib çiy ət, aş və şərab istədi. Qırx gün keçdi böyüdü, yüyürdü, oynadı. Ayağı öküz ayağı kimi qüvvətli, beli qurd beli kimi incə, köksü ayı vücüdu kimi qüvvətli idi. İlxı güdər, ata minər, ov ovlardı. Günlərdən, gecələrdən sonra igid bir dəliqanlı oldu.

O çağda, o yerde bir ulu orman vardı. Bu ormanda dərələr, təpələr çoxdu. Ormanın içində bir də böyük bir canavar vardı; ilxıları, insanları yeyən, çox böyük, yaman bir canavar (başqa bir versiyaya görə kərgədan imiş). Bu canavar xalqı ağız vəziyyətə salıb, əzmiş, qorxuzmuşdu.

Oğuz Xaqan çox cəsur igid idi. Bu canavarı ovlamaq istədi və günlərin bir günü ova çıxdı. Qarğı (nizə), yay, ox, qılınc, qalxan götürüb atlandı və canavarı tapmaq üçün ormana getdi.

Öncə bir maral yaxaladı. Onu söyüd çubuqları ilə bir ağaca bağlayıb getdi. Sabahısı dan yeri ağarırkən yenə gəldi. Gördü ki, canavar maralı parçalamışdı.

Oğuz Xaqan bu dəfə bir ayı vurdu. Onu qızıl kəməri ilə ağaca bağladı və getdi. Ertəsi səhər dan yeri ağaran çahda yenə gəldi. Gördü ki, canavar ayını da götürüb aparmış.

Bu dəfə o, ağacın dibində özü durdu. Canavar gəlib başı ilə Oğuz xaqanın qalxanına vurdu. Oğuz qarğı ilə canavarın başına zərbə endirib onu öldürdü. Qılıncla başını kəsib, aparıb getdi. Təkrar eyni yerə gəldiyi zaman gördü ki, bir quzğun canavarın iç orqanlarını yeməkdədir. Yay və ox ilə quzğunu öldürdü, başını kəsdi. Ondan sonra dedi ki: Canavar maralı, ayını yedi, qarğım onu öldürdü. Çünkü qarğım dəmirdəndi. Canavarı quzğun yedi. Yay və oxum onu öldürdü. Çünki oxum misdəndi.

Yenə günlərin bir günü oğuz xaqan bir yerdə tanrıya yalvarmaqda idi. Qaranlıq çökdü və göydən bir mavi işıq düşdü. Günəşdən, aydan daha parlaq bir işıq idi. Oğuz xaqan bu işığa doğru yürüdü. Gördü ki işığın ortasında bir qız oturur. Çox gözəl bir qız. Başında göz qamaşdıran parlaq bir bəzəyi var idi və qızıla bənzəyərdi. Elə gözəl qız idi ki, gülsə mavi göy gülər, ağlasa mavi göy də ağlayardı.

Oğuz xaqan onu görüncə ağlı getdi. Onu sevdi və alıb onunla evləndi. Günlər, gecələr keçdi, bunların üç erkək cocuğu oldu. Birincisinə Gün, ikincisinə Ay, üçüncüsünə Ulduz adını qoydular.

Yenə bir gün Oğuz Xaqan ova getdi. Önündə bir göl, ortasında bir ağac gördü. Ağacın qoğuşunda bir qız vardı. Yalnız oturmuşdu. Göy görümlü (yəni çox gözəl) qızdı. Gözü göydən daha mavi idi. Saçları dərə kimi dalğalı, dişləri inci kimiydi. O qədər gözəldi ki, yer üzü insanları onun üçün hayıl-mayıl olardılar.

Oğuz Xaqan onu gördükdə ağlı çaşdı ürəyinə od düşdü. (Bu adamın ağlı niyə bu qədər gedir axı, bi dəfə gedib daha da gəlməyəcək skjdkdk) Onu sevdi, aldı. Günlər və gecələr sonra bu xatunun da üç erkək oğlu oldu. Birincisinə Göy, ikincisinə Dağ, üçüncüsünə Dəniz adını qoydular.

Ondan sonra Oğuz xaqan böyük bir toy etdi. Xalqa dəvət göndərdu. Dəvət olunan xalq bir yerə toplaşdı. Oğuz Xaqan qırx masa və qırx sıra düzəltdirdi. Müxtəlif yeməklər, şərablar yeyib içdilər.

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin