⚘Tor və ilan Mitqard

17 15 0
                                    

Trimə, Qrunqnirə və Qeyroda qalib gəlməsi Torun adını bütün dünyaya yaydı. Nəhənglər Yotunxeymdən uzaqlaşıb, yerə basqın etməyə daha cürət eləmirdilər, yalnız şimşək allahı hələ də bu vəziy yətdən razı deyildi. Sehrli Utqard krallığına səyahəti və ilan Mitqardı qaldıra bilməməsi hələ də onun yadından çıxmamışdı. Allah Lokinin ən dəhşətli qızlarından biri olan Mitqardın əli ilə öldürüləcəyini ona xəbər vermiş falçıların sözlərini də Tor unutmamışdı. Nə qədər güclü olursa olsun, düşmənə qarşı vuruşda hədsiz şücaəti ilə seçilən Tor, Mitqardın onun üzərinə birinci atılacağını səbirlə gözləməli olduğunu fikirləşəndə qan beyninə vurdu. Nəhayət, şimşək allahı özü, yerin belinə dolanan nəhəng ilanı axtarıb tapmağı və həyatı bahasına olsa da, dünyanı nəhəngdən xilas etməyi qərara aldı. Lakin ilan Mitqard dünya dənizinin dərinliyində, lap dibində yaşayırdı. Heç vaxt üzə çıxmırdı və onu tapmaq üçün şimşək allahı dəniz nəhəngi Qimirdən kömək istəməli idi. Bir səhər Tor heç kəsi yanınca götürmədən və hara getdiyini Aslara söyləmədən yola düzəldi.

Qimir Niflxeymdə, dəniz sahilindəki böyük bir mağarada yaşa yırdı. O da nəhəng Mimir kimi allahlarla vuruşmur, eyni zamanda dostluq da etmirdi, onlardan uzaq olmağa çalışırdı. Buna görə də Toru görəndə qətiyyən sevinmədi və qaşqabaqlı halda şimşək allahından nə üçün gəldiyini soruşdu:

- Səninlə birlikdə balıq ovuna getmək istərdim, Qimir, - deyə şimşək allahı cavab verdi.

Nəhəng təəccübləndi:

- Mənimlə birlikdə balıq ovuna? Eşitmişəm ki, sən buludların üstü ilə gəzməyi bacarırsan və qayaları öz çəkicinlə parçalayırsan; həm də eşitmişəm ki, sən mənim həmvətənlərim olan bir çox Qrimtursenə qələbə çalmısan, ancaq bu vaxtadək bilmirdim ki, balıq tutmağı və kürək çəkməyi də bacarırsan. Yox, Tor, mən səni özümlə apara bilmərəm: fərqi yoxdur, heç bir şey tuta bilməyəcəksən, ancaq mənə mane olacaqsan.

-Qorxma, Qimir, - deyə şimşək allahı etirazını bildirdi. - Doğrudur, heç vaxt balıq tutmamışam, ancaq bilirəm ki, bunu necə eləyirlər, kürək çəkməyi də bacarıram.

Qrimtursen inadla sözünə davam etdi:

- Şimal dənizi soyuqdur, mən onun sularında gecə də, gündüz də birnəfəsə üzə bilərəm, sən isə donarsan, sahilə qaçarsan.

Şimşək allahı dedi:

- Mən sənin dənizindən də soyuq olan Elivaqar selini keçmişəm, heç də donmamışam. Görünür, hər halda Qimir, məni özünlə aparmalı olacaqsan.

Nəhəng qaşlarını çatdı: bu “zəhlətökən” qonaqdan yaxasını necə qurtaracağını bilmirdi.

- Yaxşı, - deyə nəhayət donquldandı. - İstəyirsən gedək, ancaq mənim nə tilovum var, nə də kəndirim.

Tor iri tilovu və ağac yoğunluqda kəndiri Qimirə göstərib cavab verdi:

- Mən özümlə götürmüşəm.

Nəhəng qulaqbatırıcı bir qəhqəhə ilə güldü.

- Bəla tilov və belə kəndir bir sürü balinanın ağırlığına davam gətirər, - deyə o, gülməkdən yaşarmış gözlərini sildi. - Kimi tutmağa hazırlaşırsan?

Nəhənglə mübahisədən zəhləsi tökülmüş ən qüvvətli As dedi:

- Bu, mənim işimdir. Yaxşı, de görüm, tilova keçirməyə yemin var?

- Var, ancaq özüm üçün saxlamışam, - deyə Qimir yene qaşlarını çatdı. Sənə yem tapmaq isə mənim işim deyil, özün tap.

- Yaxşı, mən onu sənsiz də taparam!

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin