⚘Lokinin uşaqları

23 14 4
                                    

Bir dəfə nəhənglər Aslara qarşı müharibəyə başlamazdan xeyli əvvəl, od Allahı Loki dünyanı gəzərkən Yotunxeymə gəldi orda üç il nəhəng qadın Anqrbodanın yanında qaldı. Həmin müddətdə Anqrboda üç uşaq doğdu: Hel adlı qızı, Yormundqad ilanını və canavar balası Fenrisi.

Od allahı Asqarda qayıdandan sonra nəhənglər ölkəsinə getdiyi barədə heç bir söz demədi, ancaq hər şeyi bilən Odin tezliklə Lokinin uşaqlarından da xəbər tutdu və onların gələcək talelərini falçılardan öyrənmək üçün Urd çeşməsinə yola düşdü. Qoca falçı Odini görən kimi dedi:

- Baxın, baxın, allahların müdrik atası yanımıza gəlib! Ancaq o, bizdən bəd xəbərlər eşidəcək.

- Gəlib ki, bizdən, onu uzun müddət narahat edəcək xəbəri öyrənsin, - deyə ortancıl falçı əlavə etdi.

Kiçik falçı da razılaşdı:

-Hə, gəlib ki, bizdən Lokinin uşaqları və nəhəng qadın Anqrboda haqqında xəbər eşitsin. Odin dedi:

- Əgər yanınıza nə üçün gəldiyimi bilirsinizsə, onda sizə vermək istədiyim sualın cavabını gözləyirəm. Urd yenidən dilləndi:

-Hə, biz sənə cavab verərik. Amma yaxşı olardı ki, bizim sözlərimizi eşitməyəsən. Bil ki, haqqında soruşmaq istədiyin uşaqlar allahlara çoxlu bədbəxtlik gətirəcəklər.

- Onlardan ikisi sənə və sənin böyük oğluna ölüm gətirəcək, üçüncüsü isə sizdən sonra hakimlik eləyəcək və bu, zülmətin, ölümün hökmranlığı olacaq, - deyə Vernandi əlavə etdi.

Skuld dedi:

- Bəli, canavar səni öldürəcək, ilan isə Toru, ancaq özləri də həlak olacaqlar; üçüncüsünün isə hakimiyyəti uzun çəkməyəcək: həyat ölümə, işıq da zülmətə qalib gələcək. Yer üzünün hökmdarı kədərli və qayğılı halda Asqarda qayıtdı.

Burda o, allahları yanına çağırıb, falçıların dediklərini onlara yetirdi, Toru isə Yotunxeymə, Lokinin uşaqlarının dalınca göndərdi. Aslar, Odinin sözlərini həyəcanla dinlədilər, lakin şimşək allahı öz arabasında Heli, Yormundqadı və Fenrisi gətirəndə daha çox qorxdular.

Hələ çox gənc olan Hel, nəhəng anasından ikiboy hündür idi. Üzünün və bədəninin sol tərəfi çiy ət kimi qırmızı, sağ tərəfi isə əbədi gecə ölkəsinin ulduzsuz göyü kimi qapqara idi.

Anqrbodanın ikinci qızı ilan Yormundqad hələ boy atmamışdı (uzunluğu əlli addımdan çox olmazdı), lakin artıq onun ağzından öldürücü zəhər axırdı, açıq yaşıl rəngli soyuq gözləri isə amansız bir kinlə parlayırdı.

Öz bacılarının yanında onların kiçik qardaşı, balaca canavar Fenris çox yazıq görünürdü. Ana canavar boyda idi, şən və mehriban xasiyyəti vardı;

Fenrisdə təhlükəli bir şey görməyən allahların ondan xoşu gəldi. Öz taxtında oturan Odin onların üçünü də diqqətlə nəzərdən keçirdi.

-Qulaq as, Hel! -dedi.

- Sən elə böyük və qüvvətlisən ki, bütöv bir ölkənin hökmranlığını sənə tapşırmağı qət eləmişik. Bu ölkə yerin dərin qatlarında, hətta Svartalxeymin altındadır. Onun sakinləri - ölənlərin, bizimlə birlikdə Valhallada yaşamağa haqqı olmayanların ruhudur. Get ora və heç bir vaxt yer üzündə görünmə.

Hel başını əyib dedi:

- Mən razıyam.

-Sən, Yormundqad, - deyə Odin sözünə davam etdi, -dünya dənizinin dibində yaşayacaqsan. Orda sənə kifayət qədər yer də tapılar, yemək də.

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin