⚘Qızılgül

29 16 6
                                    

Bu gün sizinlə Qızılgülün mifalojik hekayəsindən danışacayıq. Kiçik olmasına baxmayaraq maraqlıdır.

Qızılgül çiçəklərin kraliçasıdır. Yunan mifologiyasına görə CHLORİS adlı çiçək İlahəsi tərəfindən yaradılmışdır. Deməli bir gün həmən bu İlahə meşədə ölü meşə pərisi tapır və onu bir çiçəyə döndərir. Eşq İlahəsi Afroditanı və şərab Tanrısı Dionisi dəvət edir ki, hər biri çiçəyə bir hədiyyə versin. Afroditin hədiyyəsi gözəllik, Dionis isə ətri xoş olsun deyə nektar verir. Qərb külək tanrısı Zephirus buludları qovur, günəş tanrısı Apollon isə çiçəyin pardaqlanaraq açılmasını təmin edir. Beləliklə də “çiçəklərin kraliçası “ doğulmuş olur.

Türk mifalogiyasındaki Qızılgül əfsanəsinə nəzər salaq;

Uzaq keçmişlərdə bir varlı kişi yaşayırmış. Amma bu kişinin övladı olmurmuş. Bu səbəbdən o həmişə dərdli gəzib dolanarmış. Dünyanı yorub yola salmış nurani bir el ağsaqqalı ona məsləhət görür ki, insanları arzusuna qovuşduran Arzu dağına çıxsın, ona yalvarsın. Dağ daş olsa da qəlbi var, bəlkə arzunu yerinə yetirdi.

Kişi arvadını da götürüb Arzu dağına çıxır. Dağa ağız açır, ondan nicat diləyir. Aradan xeyli keçir, ay parçası kimi bir qızları olur. Adını Qızıl qoyurlar.

Qızıl gündən-günə böyüyür, gözəlləşir, boylu, buxunlu bir qız olur.

Qızılgilin qonşuluğundakı kənddə mərdliyi, əliaçıqlığı ilə tanınan kasıb bir kişi yaşayırdı. Onun da gözünün ağı-qarası bircə oğlu var idi. Oğlanın adı Bülbül idi. Gözəl qamətli igid Bülbülün olduqca məlahətli səsi vardı.

Bir gün oğlanla qız görüşür, aralarında məhəbbət yaranır. Bülbülün səsində, sözündə yanğı artır.

Məhəbbətin alovuna tab gətirə bilməyən oğlan atasını elçi getməyə məcbur edir. Qızılın atası oğlanın sənəti, var-dövləti ilə maraqlanır. Bülbülün atası:

- Aşiqdir! Sehrli mahnılarıyla daş ürəklərə həyat verir.

Elçinin sözlərinə Qızılın atası gülür:

- Mahnı çörək deyil!... Mən kasıba qız vermərəm. Əgər oğlun çalışıb var-dövlət qazansa, bu sevdaya razı olaram.

Bülbülü ayrılıq həsrəti kədərləndirsə də, o bu şərti qəbul edir. Qızılla vidalaşıb uzaq səfərə getməli olur. Qızıl and içir ki, ölənəcən məhəbbətinə sadiq qalacaq, oğlanın yolunu gözləyəcək.

Aradan xeyli müddət keçir. Bülbüldən xəbər etər çıxmır. Qızılı zorla bir varlı oğlana nişanlayırlar. Toya hazırlıq görürlər. Qızılın ağ əllərinə zorla xina yaxırlar.

Əlacı kəsilən Qızıl, elləri xınalı Arzu dağına çıxır, üzünü ona tutub yalvarır:

- Ey arzusundan yarandığım Arzu dağı! Mən yanıram, sən də yan. Bu insafsızların, qəlbidaşların başına daş yağdır.

Dağ Qızılın dərdini başa düşür, onun halına yanır, tüstülü, dumanlı başı ağzını açıb od püskürür, zalımların, ürəyidaşların başına od ələyir.

Qızıl gözlərindən yaş axa-axa indi dağdan başqa rica edir:

- Bir sözümü də eşit. İndi mənim nə elim var, nə obam. Ata-anamı da itirdim. Bundan sonra mən insan kimi yaşamaq istəmirəm. And verirəm o sönməyən oduna-alovuna, məni məhəbbət qoxulu bir gül ağacına döndər. Bülbülün həyətində bitir.

Qızıl bir topa qızılgül koluna çevrilir. Bülbülün həyətində bitir. O, sevgilisi Bülbülün eşqi ilə hər bahar gözəl ağ çiçəklər açır, ətrafdakıları hicran qoxulu məhəbbətilə yandırıb-yaxır.

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin