⚘Çobanyastığı çiçəyi

31 17 10
                                    

Bu gün çobanyastığı çiçəyi haqqında olan miflərdən paylaşmaq istədim. Başlayaq;

Keçmiş zamanlarda bir varlı ağanın
gözəl bir qızı olur. Qıza hər yerdən elçilər gəlir, amma o heç kimə getmir. Ağanın buna acığı tutur. Sən demə, qız bir çobanı sevirmiş. Onlar əhd- peyman ediblərmiş. Sevgililər gizlicə görüşürlərmiş. Ata bir gün bundan xəbər tutub bərk qəzəblənir. Qızı yanına çağırıb deyir:

- Qızım, bu nə işdir? Mən dediyimə getmirsən, çoban hara, sən hara?

Qız isə atasına deyir:

- Xeyr, ata, getsəm, ancaq o çobana gedəcəyəm!

Ata qəzəblənir. Çobanı qovdurur. Qızı da heç yana buraxmır, bağlı yerdə saxlayır.

Çoban sevgilisindən uzaq diyarda ahu-fəğan içində gün keçirir. Nə rahatlıq, nə də yuxu bilməyən çoban getdikcə üzülüb əldən düşür. Onun əhvalına yananlar, halına acıyanlar nə qədər dava-dərman edirsə, çoban yata bilmir. Onun bu nisgili dildən-dilə düşüb sevgilisinə də çatır. Neyləsin, qız uzaqda olan sevgilisinə necə kömək eləsin? Yalnız bir çarə qalır. İki diyarı birləşdirən çay onun köməyinə çata bilərdi. Qız sevdiyi çobana bağışladığı çiçəkdən gündə bir dəstə bağlayıb axar suya buraxır.

Çobanı havasını dəyişmək üçün çayın kənarına çıxarıblarmış. Birdən o dirçəlir. Gözlərinə işıq gəlir. Çayla axıb gələn sevgilisinin ətri onu cana gətirir. Çobanın xahişi ilə çiçək dəstəsini tutub ona verirlər. Çoban aşiq çiçəkləri sevgilisi əvəzi bağrına basıb o ki var qoxlayır. Sonra onu başının altına qoyub dərin yuxuya gedir. Günlər keçir, sevgilisinin göndərdiyi çiçək dəstələrini gündüzlər iyləyir, gecələr yastıq əvəzinə başının altına qoyub yatır. Nəhayət, çoban sağalıb ayağa qalxır.

Bir gün çoban çay kənarına gəlir. Gözləyir, gözləyir, görür çiçək dəstəsi gəlmədi. İki gün keçir, çiçək dəstəsi gəlmir. Çoban bilir ki, sevgilisinin başında qəza-qədər var. Yol alıb doğma obalarına qayıdır. Sevgilisinin hicranına dözməyib tələf olduğunu görür. Çoban bu ağır dərdə dözə bilmir.

Deyirlər ki, o vaxtdan güllər solduqca çoban təzəsini dərib başı altına qoyar, yatarmış. Həmin vaxtdan o çiçək çobanyastığı adlanır.

Bir də gəlin dünya folklorundaki “Çobanyasdığı çiçəyi” nağılına nəzər salaq;

Biri var idi-biri yox idi, bir meşə feyası – pərisi var idi. Harada görünsəydi təbiət canlanardı, çiçəklənərdi. İnsanlara şəfa verdiyinə görə onun yanına yardım almağa xəstələr də gələrdi. Meşədə qoyunlarını otaran bir gənc çobanı görən pəri ondan xoşlanır. Ağacın başında sakitcə dayanıb, gizlincə çobanın necə tütək çalmasını dinləyən pəri bir gün qərara gəlir ki, çobanla görüşsün.

Çobanla pəri hər gün görüşürlər, pəri ona təmənnasız olaraq bitkilərin şəfaverici xüsusiyyətlərini öyrədir. Ağacların və çiçəklərin, otların və daşların sirrini açır. Çoban insanları müalicə etməyə başlayır, amma pəri kimi təmənnasız deyil, pul qarşılığında. Çoban o qədər varlanır ki, artıq çobanlıq etmir. Pərinin onu gözlədiyi meşədəki talaya gəlmir və ya çox az-az gəlməyə başlayır. Nəhayət pərini unudur. Pəri isə ağacın başında öz sevgilisini gözləməyə davam edir, acı göz yaşları axıdır. Pəri ağladıqca daha da kiçilməyə, balacalaşmağa başlayır və günlərin birində tamamilə yox olur.

Amma pərinin göz yaşlarının düşdüyü yerlərdə “ramaşka/ çobanyastığı” bitir. Qollarını günəşə tərəf uzadan çiçəklər göz yaşları kimi ləçəklərini tökür və sanki sevir-sevmir deyə sorğulayır. Göz yaşlarından yaranan çiçəklər insanların acılarını hiss edir və təmiz ürəklə ona yanaşanlara yardım edir.

Çoban isə zaman-zaman axıdılan göz yaşları ilə pərinin ona verdiyi gücü itirməyə başlayır. Və elə bir gün gəlir ki, müvəffəqiyyət, həm də insanlar onu tərk edir. Nəhayət, pərini xatırlayan çoban pəri ilə görüşdüyü yerə gəlir və orada yalnız “romaşka” çiçəklərini görür. O nə qədər pərini səsləsə də ətrafında sükut və başlarını ona çevirmiş Romaşka çiçəklərindən başqa heç nə görmür. Çoban yenidən öz sürülərinə dönür. O zamandan bu günə qədər çobanyastığı çiçəkləri sevgililərin öz hisslərini araşdırmalarına yardım edir:

Sevir-sevmir,
Gələcək-gəlməyəcək,
Köksünəmi sıxacaq,
Ya başqasın tapacaq!

Ən maraqlısı isə odur ki, rus dilində “romaşka”, daha qədimdə “пупавка римская”/“Roman/Roma çiçəkləri” Anthemis romana; türk dilində papatya adlanan çiçək; Azərbaycan dilində çobanyastığı adlanır və bitkinin bu cür adlan-ması yuxarıda göstərilən əfsanə ilə daha çox uyğunluq təşkil edir.

Galereya;

Galereya;

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


~ Bendis


MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin