⚘Myolnirin Oğurlanması

14 11 0
                                    

Tor, Mitqardın şərq sərhədlərində üç ildən artıq vuruşub nəhənglərin hücumlarını dəf etdi. Qrimtursenlər sayca çox, həm də döyüşkən idilər, lakin şimşək allahı buludların üstündən şığıyıb, gah orda, gah burda görünür, düşmənləri bir-birinin ardınca öz dəhşətli çəkici ilə amansızcasına məhv edirdi. Nəhayət, qəzəbli Asla vuruşa dözə bilməyən nəhənglər geri çəkilib, Yotunxeymə qaçdılar ki, ordan insanların ölkəsi üzərinə yeni hücuma başlasınlar.

Tor indi sakitcə dincələcəyinə arxayın olub keçiləri arabadan açdı və onları qonşu çəmənlikdə otlamağa buraxdı, özü isə quru torpaqda uzanıb, Myolniri yanına qoydu və bərk yuxuya getdi. Dan yeri qızaranda şimşək allahı oyandı, əlini öz çəkicinə tərəf uzatdı, lakin onun əli xırda daşlardan və bir neçə otdan başqa heç nəyə dəymədi. Tor cəld ayağa sıçradı və gözlərini silib, diqqətlə ətrafa baxdı - Myolnir yerli dibli itmişdi.

Qüdrətli Asın qəzəbi doğrudan da dəhşətli idi. O, saqqalını yoluşdurur və ayaqlarını yerə elə döyürdü ki, dünya titrəyirdi; sonra Tanqiosta ve Tanqriznir adlı keçilərini arabaya qoşdu; allahları öz itkisindən xəbərdar eləmək üçün yel kimi Asqarda cumdu.

Ancaq yolda Odinin böyük oğlu, öz silahını havayı yerə əldən verdiyini fikirləşib, öz-özlüyündə xəcalət çəkdi və bu əhvalatı təkcə Lokiyə danışmağı qət etdi.

Od allahı Toru dinləyəndən sonra başını buladı və dedi:

- Sənin çəkicini ancaq nəhənglər oğurlaya bilərlər, buna görə də onu nəhənglərin arasında axtarmaq lazımdır. Tez Freyyanın yanına gedək və xahiş edək ki, şahin qanadını bizə versin. Mən Yotunxeymə uçaram, Myolnirin yerini öyrənərəm.

-Sən haqlısan, - deyə Tor razılaşdı. - Gedək Freyyanın yanına.

Hər iki As, Nyodrun qəşəng qızının sarayına yönəldi.

- Mənim qanadım qızıldan və gümüşdən olsaydı belə, onu yenə də heyifsilənmədən sizə verərdim, - deyə məhəbbət ilahəsi öz şahin qanadlarını gətirib Aslara verdi.

Loki qanadları əyninə keçirdi və bütün sürətilə dənizin üstündən ötüb, nəhənglər ölkəsinə uçdu.

Od allahının orda gördüyü ilk məxluq- Yotunxeymin ən məşhur və ən zəngin knyazlarından olan nəhəng Trim idi. O, uca dağın zirvəsində oturmuşdu, göydə, başı üzərində süzən böyük qartalı görəndə dərhal başa düşdü ki, bu, Aslardan biridir.

- Allahlar ölkəsində işlər necədir? - deyə Trim soruşdu. ( Güya bilmirsən də )

Loki cavab verdi:

- O qədər də yaxşı deyil, Trim, heç yaxşı deyil. Torun çəkici itib. Bilmirsən onu kim götürüb, harda gizlədib?

Trim qulaqbatırıcı bir qəhqəhə ilə güldü:

- Ha-ha-ha! Necə bilməyim ki, onu mən özüm oğurlamışam. (Çox gülməlidi hə)

Toru yatan yerdə öldürə bilərdim, ancaq Aslarla dalaşmaq istəmirəm. Mən hətta Myolniri də onlara qaytarmağa hazıram, bir şərtlə ki, gözəl Freyyanı mənə versinlər. (Başqa arzunuz paşam?) Allahlarla qohum olandan sonra mən, doğrusu, onların tərəfinə keçməyə razılıq verərəm.

Loki yenə soruşdu:

- Çəkici harda gizlətmisən?

- Çəkici, Loki?- deyə, od allahını səsindən tanıyan Trim yenə güldü. Çəkic yerin dərin, lap dərin qatındadır; nə qədər hiyləgər də olsan, onu ordan götürə bilməyəcəksən.

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin