⚘Uran

7 4 21
                                    

Uran (yun. Οὐρανός, səma, göy) - Qədim yunan mifologiyasında dünyanı ilk idarə edən səma tanrısı, Geyanın əri, titanların, kiklopların və yüzqollu nəhənglərin atasıdır. Yunan mifologiyasında bütün dünyada ən böyük tanrı Uran sayılırdı.
Hesiod yazır ki, " Geyadan səma yüksəldi", "Uran Geyanın həm oğlu, həm də əri oldu."

O vaxtlar yerlə göy bir -birilərini elə qucaqlayıblarmış ki, aralarındakı sərhəd bilinməzmiş. Bərəkətli Geya Uranın yağışı ilə islanır və nəticədə eşqin ruhu olan Eros yaranır. ( Mifologiyada iki dənə Eros var, bu ilk olandır) Biraz da cümlələri Hesiodun diliylə yazaq. Belə ki, Geya Uranın qollarında çox xoşbəxt şəkildə həyat sürərkən, yaşıl təpələr yaranır ki, bu təpələrdən Geya Titanları dünyaya gətirir, düşünmə qabiliyyətinə malik ilk varlıqları. Bunlardan sonra Geya yüz əlli, əlli başlı hekatonxeyrləri, kiklopları (Təpəgöz), nəhəngləri dünyaya gətirib.

Bəs Uran bu qədər gücə malik uşaqları görəndə nə edib? Xoşbəxt günlər davam edib?

Bir mənbədə yazılır ki, Uran titanlardan sonra doğulan uşaqlarını görəndə dəhşətə gəlib, uşaqlarından iyrənib və onları yenidən Geyanın bətninə göndərib. Geya da bundan çox əziyyət çəkirdi. Geya o qədər hərlənirdi ki, bundan da böyük dağlar yarandı.

Digər bir mənbədə isə yazılır ki, Titanlar sonsuz gücə malik olublar. Titan Okean çox nəhəng olub yeri tamam bürüyübmüş. Uran da uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın - yerin bətnində - zülmət Tartarda gizlətmişdir.

Səma Tanrısının Uranın Sonu:

Çox əzab çəkən Geya uşaqlarını ata Urana qarşı üsyana çağırır. Amma titanlar atalarından çox qorxurdular deyə Geyanın səsinə səs vermədilər. Titanların ən güclüsü Kron anasının təklifini qəbul edir. Geya da çox məmnun qalaraq dəmiri yaradır. Belə ki, o Kronun əlinə böyük, ağzı almaz qədər sərt bir oraq verir. Yenə bir mənbəyə görə Kron əlində oraqla buladların arasında gizlənərək atasının yatmağını gözləyirdi. Digər mənbəyə görə isə qardaşlar qəşəng bir plan hazırlayırlar. Plana görə isə 4 titan dünyanın 4 tərəfində keşik çəkəcəkmiş. Mərkəzdə isə Kron dayanacaqmış. Əlqərəz hər ikisinin sonunda Kron atasının cinsiyyət orqanını oraqla kəsir və ordan uzaqlaşır. Beləliklə də Uran problemi həll edilmiş olur.

Urandan sonra baş verənlər;

Deməli dedik ki, Geya övladlarını atalarına qarşı üsyana çağırır. Kron da anasının əlinə tutuzdurduğu orağı götürüb atası Uranın cinsiyyət orqanını kəsir. Orqandan axan qan torpağa düşür və bundan da Nəhənglər yaranır. Bundan başqa kəsilmiş orqan uçub düşür dənizə. Qanın dənizin köpüyü ilə qarışmasından isə gözəllik və eşq ilahəsi olan Afrodita doğulur. Beləliklə də Afrodita da ilk doğulan tanrılardan biri olur. Bu kəsilmiş orqandan bir də Erinilər törəyir.(onlar haqqında məlumat yazmışdım)

Bundan sonra da taxtda zamanın hakimi Kron əyləşir. Hamı da sevinir ki, indi Kron gəlib bizi Yerin altından çıxardacaq, falan. Kron deyir siz saydığınızı sayın görün mən nə edirəm. Amma hardan bilərdilər ki, atasına rəhmət oxutduracaq. Homerə görə bir varlığın başına gələn ən pis şey varsa o da Tartarın ən qaranlıq, səssiz dərinliklərinə həbs olunmaqdır ki, Kron bunu qardaşlarına qarşı edir. O yazıq yüz əlli qardaşlarını, təpəgözləri, ayağına dolaşan hamını Tartara həbs edir.

~Venera 💜

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin