⚘Tor Qeyrodun qonağıdır

17 14 0
                                    

Torun yarası sağalana kimi allahlar ona qulluq eləyirdi, Loki isə darıxa-darıxa Asqardda veyillənir və özünə təzə bir əyləncə axtarıb tapmağı fikirləşirdi. Nəhayət, o, Freyyanın yanına getdi və şahin qanadını ona verməyi məhəbbət ilahəsindən bir də xahiş etdi. "Yotunxeymə uçub nəhənglərin bizə qarşı nə tədbir gördüklərini öyrənmək istəyirəm" - dedi.

Mehriban Freyya çox nadir hallarda birinin xahişini yerə salardı; yarım saat keçməmişdi ki, Loki şərqə, nəhənglərin ölkəsinə tərəf uçurdu.

Qrunqnirdən sonra Qrimtursenlərin ən böyük knyazı nəhəng Qeyrod idi. Qüvvətdə demək olar ki, Qayalı dağlar hökmdarından geri qalmayan Qeyrod daha ağıllı və hiyləgər idi, bundan başqa üç qızı vardı ki, onlardan hər biri qüvvətdə atasına bərabər olması ilə öyünə bilərdi.

Loki, Yotunxeymə çatan kimi məhz Qeyrodun qəsrinin damına endi. Bir müddət orda sakit əyləşib həyətdə vurnuxan nökərlərə baxdı, sonra bu məşğələ onun zəhləsini apardı. Nəhayət, Loki başını bacaya soxub, səsini cürbəcür heyvanların və quşların səsinə oxşadaraq çığırmağa başladı, özü də elə bərkdən və zil səslə çığırdı ki, həmin dəqiqələrdə nahar eləyən Qeyrod yeməyi yarıda qoydu və qorxu içində həyətə qaçdı.(Allah seni bildiği gibi yapsın Loki snsmkdkd)

Qəsrinin damındakı nəhəng şahini görüb nökərlərdən birini çağırdı və həyasız quşu tutmağı ona əmr elədi.

Nökərin çətinliklə dama qalxdığını görən Loki: "Yaxşı, yaxşı, - deyə fikirləşdi. - Əzizim, özünü yor, əldən sal. Mən səni lap yaxına buraxaram, sonra da qanadlanıb, buludlara uçaram".

Gözlərini yumub, özünü yatmış kimi göstərdi. Nökər isə (o da öz sahibi kimi nəhəng idi), nəhayət, dama çıxdı, ehtiyatla yalançı şahinə yaxınlaşdı və əlini ona uzatdı. Bunu gözləyən Loki ayaqlarını bütün qüvvəsilə dama vurdu və uçmaq üçün qanad çaldı, ancaq bir ayağı kirəmitlərdən birinə ilişdi, onu çıxarmağa vaxt tapmamış nökərin əlinə keçdi. Nökər ovu ilə birlikdə həyətə düşdü və yalançı şahini Qeyroda verdi.

Qeyrod öz əsirinin ağıllı və hiyləgər gözlərinə baxan kimi başa düşdü ki, bu, qeyri-adi quşdur.

- Hə, dostum, - deyə istehza ilə dilləndi, - de görüm, kimsən? Loki əsil şahini təqlid eləyib, dimdiyini şaqqıldatdı və nəhəngin barmağını dimdikləmək istədi.

Qeyrod hirslə dedi:

- Yaxşı! Gözlərik, axırı ki danışacaqsan! O, Lokini evə apardı, iri dəmir qəfəsə saldı və nökərlərə əmr elədi ki, şahin öz adını deməyincə ona çörək və su verməsinlər.

Od allahı üç ay bağlı qəfəsdə qaldı,(və bu zamanadək heç kim onun başına nə gəlib deyə maraqlanmadı???) aclıqdan və susuzluqdan əzab çəkdi, Qeyrodun onu gec-tez azad edəcəyi ümidilə yaşadı, lakin dözə bilmədi, nəhəng ondan yenə də adını soruşanda Loki özünü nişan verdi və Qrimtursendən xahiş etdi ki, qəfəsin qapısını açıb onu azad etsin.

Qeyrod dedi:

- Mən səni məmnuniyyətlə buraxaram. Ancaq əvvəlcə and iç ki, Toru piyada, həm də sehrli kəmərsiz, çəkicsiz və əlcəksiz yanıma gəlməyə razı salacaqsan. Mən çoxdandır ki, onunla danışmaq istəyirəm.

- Mən bunu eləyə bilmərəm, - deyə Loki etiraz etdi. - Tor heç vaxt öz Myolnirindən ayrılmır, sənin yanına onsuz gəlməz.

Qeyrod əsəbiləşdi:

- Eləyə bilməzsən. Yaxşı, onda üç ay da qəfəsdə qalarsan.

- Yox, yox!- deyə Loki qorxu ilə çığırdı. Sən deyən olsun, bir şey fikirləşərəm. And içirəm ki, Toru sənin yanına gəlməyə razı salaram.

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin