⚘Kharon - Ölülərin Qayıqçısı

19 12 0
                                    

Yunan mifologiyasına görə qayıqçı Kharonın belə bir vəzifəsi var, ölülərin ruhlarını Stiks çayından keçirdib yer altındakı Ölülər ölkəsinə aparır. Və ölülərdən bəzilərini qayığa mindirir, bəzilərini isə nə qədər yalvarsalar da, vecinə də almayaraq sahildə qoyub yoluna davam edirmiş.

Kharonun sahildə tərk etdiyi ölülərə gəlincə sən demə bu yazıqlara o biri dünyada dini mərasimlər keçirtməyiblər, ona görə də onlar sahildə qalmağa məcbur olurlar. Bunlar yer altı Tanrısı Aidin tabeçiliyinə keçməmişdən əvvəl 100 il əzab çəkir və boşluqda gəzirlərmiş. (biriləri Aidi durdursun sjdjsj)

Dantenin "İlahi Komediya"sında Kharon haqqında belə söhbət açılır:
Kharon Acheron (Acheron dedim ağlıma Winx Club'daki Acheron gəldi) çayında insanları daşıyır (indi deyəcəksini ki, bəs demişdin çayın adı Stiks idi, çaylar bir yerdən sonra qovuşur). Acheron çayının sahilləri cəhənnəmə girişdir.

Mifoloji varlıq Kharon ölüləri cəhənnəmə daşıyır. Sahildə isə həyatdaykən yaxşı ilə pis arasında seçim etməyənlər qalır. Onlar hələ də həqiqi cəhənnəmdə deyillər ancaq bu bölgədə sonsuza qədər həbs olunmuş, dəlilər kimi ətrafda fırlanan, eşşək arıları tərəfindən sancılan, bəzi böcəklər tərəfindən qanları əmilənlərdir. Dante, Virgilin rəhbərliyində cəhənnəmdəki Acheronun sahilinə gəlir, amma Kharon onu çaydan keçirtmir.

Bəzi mənbələrə görə isə Ölülər ölkəsi Aidin olduğu bölgə çox dəhşətli təsvir edilir. Ölülərin ora keçməsi çox çətindir. Belə ki, ölüləri Stiks çayından keçirdən bir qayıqçı var. Həmən qayıqçı da ölülərdən pul alırmış, digər tərəfə keçirtmək üçün. Buna görə ölülərin ağzına bir obolos (mənasını tam bilmirəm, ama zənnimcə o vaxtki pul vahidi imiş) qəpik qoyulurdu. Zalım Kharon pul verməyənləri sahildə qoyarmış. Orada qalan ruhlar isə 100 il havada gəzirlərmiş.

Xristianlığın yayıldığı ilk dövrlərdə bu əfsanə o qədər təsiredici olmuşdur ki, insanlar ölüləri üçün mağaralarda dini mərasimlər keçirdir, hətta məzarlarına dəyərli əşyalar da qoyarlarmış. Yunanlılar isə dəfn zamanı ölüylə birlikdə hədiyyə pulu deyilən bir qabı da məzara qoymağı ənənə halına gətirmişdilər. Qabın içərisində də 10 -15 qəpik pul olarmış.

Galereya:

Galereya:

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.



MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin