⚘Selene

18 13 33
                                    

Selene (yunanca "ay", Romaca "Luna") Yunan mifologiyasında Ay ilahəsidir. Hyperion və Theia adlı Titanların qızıdır. Zevsdən də Pandia adında qızları olmuşdur.

Yunan Rodos adasında anadan olan Selene, çox vaxt aypara ay formalı baş geyimləri ilə təsvir olunan gözəl bir gənc qadındır. O, aypara şəklində ay ilə simvolizə olunur və gecə səmasında atlı arabanı sürmək kimi təsvir olunur.

Əslində valideynləri bir qədər qarışıqdır, amma Yunan şairi Hesiodun sözlərinə görə, atası Hyperion, anası isə Theia olaraq bilinən bacısı Euryphessa idi. Həm Hyperion, həm də Theia Titan idi və Hesiod öz övladlarını "sevimli uşaqlar: qızılgüllü silahlı Eos və zəngin tərbiyəli Selene və yorulmaz Helios" adlandırdı.

Qardaşı Helios yunan günəş tanrısı, bacısı Eos isə şəfəq ilahəsi idi. Selene də Ovçu olan Fibe olaraq ibadət edildi. Yunan tanrıları kimi, bir sıra fərqli cəhətləri də var idi. Selenenin Artemis'dən daha erkən bir ay tanrıçası olduğu güman edilir, onu bəzi yerlərdə əvəz etmişdi. Romalılar arasında Selene Luna kimi tanınırdı.

Selene yuxu vermək və gecəni işıqlandırmaq gücünə malikdir. Zamanla nəzarət edir və ayın özü kimi daim dəyişir. Sonra maraqlıdır ki, Selene mifinin ən davamlı hissələrindən biri sevgilisi Endymionu əbədi olaraq dəyişməz vəziyyətdə saxlamaqla əlaqəlidir.

Ay ilahəsinin həmişə öhdəlikləri çox və bir o qədər də çətin olmuşdur. İllər keçdikcə mifologiyada Selenanın yerini Artemida almağa başlamışdır, ona görə də bəzi yazarlar onu Artemida kimi təsvir etmiş, hətta Zevslə Pallasın qızı olduğunu qeyd etmişdilər.

Nəyisə, soyağaclarına baxanda görürük ki, Helios yəni günəş Selenenin qardaşıdır. Helios dünya üzərində dövr edib, işini qurtardıqdan sonra Selene iş başına keçirdi. Bununla yanaşı Şəfəq Tanrısı EOS da Selenenin qardaşıydı.

Sənət əsərlərində, heykəllərdə Ay ilahəsi Selene at və ya öküz tərəfindən aparılan gümüşdən hərb arabasının üzərində, solğun üzlü gözəl bir qadın kimi təsvir edilir. Başında yarım bir ay və əlində də bir məşəl də görünür. Başındakı ay tacı öküzün buynuzuna oxşadığı üçün də ona "Öküz Buynuzlu Selene" deyirlərmiş (qoymağa ləqəb tapmadılar?) İlahəmiz o qədər gözəl olur ki, Zevsdə ona aşiq olur və Pandia adında qızları olur Pandianı Yarım ay kimi təsvir edirlər.

Roma mifologiyasında isə Selenenin adı Lunadır. Aventinus təpəsində bir məbədi olsa da, haqqında bir əfsanə olmadığına görə vaxt keçdikcə İlahə Diana ilə birləşdirilmişdir.

Deməli bizim Selenemiz Pandoradan çıxan axırıncı şeyi, yəni ümidi qorumaqla vəzifələndirilmişdir və kömək üçün özünə dünyadan qızlar seçərmiş. Bu qızlar da dünyadakı insanları şərdən və xəstəliklərdən qoruyurdular.

Endimion və ya Endymion əfsanəyə görə Beşbarmaq dağında, qaval çalıb qoyunları otaran bir çobanmış. Dastanlara yerləşməyən eşq də elə bu dağlarda yaşanıb. Dağların arasında əks -səda verən qavalı, ən böyük dostu və sirdaşıymış. Bu Beşbarmaq dağının ən zirvəsində yaşayan bədbəxti Ay ilahəsindən başqa heç kim görmürmüş. Selene də hər axşam bu oğlana baxa -baxa aşiq olur.

Bütün gümüşü şəfəqlərini üstünə sərdiyi Endimion da Seleneye vurulur. Selene bəzi gecələr Endimionun yanında çox qalar, bəzən tez gedər, bəzən də qaranlığa qarışarmış. Ən nəhayət iki sevgili qovuşur.

İndi mifologiyadı da suyunu çıxartmalıdırlar bunun. Deməli bəzi qaynaqlara görə bu ikilinin 50 qızı olur ( Ay Allah sən saxla mən saxlaya bilmirəm ) və bütün Olimplilər bu bitməyən eşqi qısqanmağa başlayırlar, bir nəfərin isə -Zevs təbii ki- beyni çönür.

Bir ölümlü ilə ölümsüzün birlikdə olmaqlarını qəbul etmir ta ki Endimion onun hüzuruna çıxana qədər. Onda görür ki, bu həqiqətən saf niyyətli bir gəncdir və həqiqətən Seleneni sevir, onda onun da bu gözəl eşqdən xoşu gəlməyə başlayır və deyir ki, Beşbarmaq dağının çobanı Endimion məndən nə istəsən, sənə hədiyyə edəcəyəm. Bunu şeirlə ifadə edirlər ( Aldı ağam əlinə sazı görək nə deyir )

Endimion sonsuz bir yuxu ilə ölümsüzlük istəyir. Amma sevgisi heç vaxt itməsin, daimi olsun istəyir. Böyük Zevs arzunu qəbul edir igidə gözəllik və sonsuz yuxu  bəxş edir. Selene hər gecə işıq saça - saça mağaraya gəlsə də, Endimion artıq sonsuz yuxuda açmır gözlərini.

Zənn etməyin ki, bitər eşqləri. Əksinə bu əlaqə sonsuza qədər davam edir.

Not olaraq; Selene və Endymionun 50 qızı Yunan Olimpiadasının 50 ayını təmsil etmək üçün gəldilər. Selene Endymionu Caria'dakı Latmus dağındakı bir mağarada saxladı.

Galereya;

Galereya;

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


~Venera 💜

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin